Metroda cibgirlik edən şəxs saxlanıldı .....                        İsrail SEPAH-a məxsus 16 təyyarəni məhv edib .....                        Beşmərtəbəli bina dağıldı - 10 nəfər öldü .....                        Ölənlərin sayı 41-ə çatdı .....                        İran daha bir tankeri vurdu .....                        İranda iki Ayətullah yeni Ali Rəhbər üçün ÇAĞIRIŞ ETDİ .....                        Hindistan Rusiyaya qoyulan sanksiyalardan imtina edəcək .....                        Azərbaycan Özbəkistanla strateji müttəfiqliyi genişləndirəcək .....                        Ermənistanda Konstitusiyaya yeni dəyişikliklər müzakirə olunur .....                       
Tarix : Bu gün, 19:51
Erməni mediasında yalanlar və gerçəklər


Erməni mediasında

yalanlar və gerçəklər


Martın 7-də Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, "Cosmoline" Tərcümə və Araşdırma Mərkəzi və Müvəkkil Hüquq Mərkəzinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan həqiqətləri erməni mediasında: yalanlar və gerçəklər” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov Qərbi Azərbaycan mövzusunun araşdırılmasının və bu istiqamətdə obyektiv məlumatların ictimaiyyətə çatdırılmasının əhəmiyyətindən danışıb:
"Müxtəlif dövrlərdə Qərbi Azərbaycanla bağlı məlumatlar təhrif edilərək təqdim olunub və bu səbəbdən məsələyə hüquqi, eləcə də tarixi baxımdan yanaşmaq xüsusi əhəmiyyət kəsb edir. O vurğulayıb ki, mövzu ilə bağlı arxiv materiallarının, beynəlxalq sənədlərin və tarixi mənbələrin araşdırılması həqiqətlərin ortaya çıxarılmasına kömək edir".

Tədbirdə çıxış edən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Cəlalova mövzunun elmi əsaslarla araşdırılmasının vacibliyini vurğulayıb:
"Ermənilər təkcə tarixi torpaqlarımıza deyil, həm də xalqımızın milli-mənəvi dəyərlərinə sahib çıxmağa cəhd göstəriblər. Onlar Azərbaycan xalqının zəngin mədəni irsinin tərkib hissəsi olan bir çox incəsənət nümunələrini, musiqi əsərlərini, xüsusilə də məşhur “Sarı gəlin” kimi xalq mahnılarını öz adlarına çıxarmağa çalışıblar. Eyni zamanda, Qərbi Azərbaycan mövzusu ilə bağlı erməni mənbələrində yayılan məlumatların böyük bir hissəsi saxtalaşdırılmış və təhrif olunmuş şəkildə təqdim edilir. Bu kimi iddiaların həqiqi mahiyyətini ortaya qoymaq üçün geniş, bir o qədər də dərin elmi araşdırmalar aparılmalı, müxtəlif tarixi və elmi mənbələr arasında müqayisəli təhlillər həyata keçirilməlidir. Belə yanaşma həm tarixi həqiqətlərin üzə çıxarılmasına, həm də Azərbaycanın mədəni və tarixi irsinin qorunmasına xidmət edir".

"Cosmoline" Tərcümə və Araşdırma Mərkəzinin icraçı direktoru Tünzalə Əsədova çıxış edərək, erməni mənbələrində Qərbi Azərbaycanla bağlı yer alan məlumatların araşdırıldığını bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində erməni dilində yayımlanan materiallar tərcümə edilərək müqayisəli təhlil aparılıb:
"Saxtalaşdırılmış və təhrif olunmuş məlumatların üzə çıxarılması üçün dərin araşdırmalar aparmaq, faktları müqayisəli şəkildə təhlil etmək vacibdir. Əsədova əlavə edib ki, bu layihə gələcəkdə həyata keçiriləcək digər perspektivli təşəbbüslərin başlanğıcı hesab oluna bilər".

Tədbirə ev sahibliyi edən, BAMF prezidenti Umud Mirzəyev çıxışında bildirib ki, Bakı tarixən beynəlmiləl şəhər kimi tanınıb. Onun sözlərinə görə, Ermənistan cəmiyyətində uzun illər anti-türk və anti-Azərbaycan ideologiyası təbliğ olunub:
"Azərbaycan ziyalıları tarix boyu bu ideoloji təzyiqlərlə üzləşib və Qərbi Azərbaycanın tanınmış şəxsiyyətlərinin həyat və fəaliyyətini əks etdirən layihələrin hazırlanması vacibdir. Habelə BAMF olaraq daima bu mövzuları prioritet hesab edib, işıqlandırmışıq".

Qərbi Azərbaycan İcmasının aparat rəhbəri Qalib Qasımov isə nitqində vurğulayıb ki, Ermənistan mediasında Qərbi Azərbaycan mövzusunda yayılan məlumatların diqqətlə izlənilməsinin vacibdir. O bildirib ki, müxtəlif dövrlərdə bu ərazilərdən on minlərlə azərbaycanlı zorla köçürülüb və bu faktlar tarixi sənədlərlə təsdiqlənir. Qasımov əlavə edib ki, Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı məsələsi beynəlxalq hüquq normaları çərçivəsində müzakirə olunur.

Qərbi Azərbaycan İcmasının gənclərlə iş üzrə məsul şəxsi Anar İrzaquliyev çıxış edərək tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb və gənclərin ata-baba yurdlarının tarixini öyrənməsinin əhəmiyyətini qeyd edib.

"Cosmoline" Tərcümə və Araşdırma Mərkəzinin Qafqaz regionu üzrə eksperti, layihə rəhbəri, baş tərcüməçi Həsən Əhmədov isə erməni mediasında Qərbi Azərbaycanla bağlı yayılan bəzi materialların təhrif olunduğunu diqqətə çatdırıb. O bildirib ki, hazırlanan təqdimatda həm Ermənistan iqtidarının, həm də müxalifətinin mövzuya yanaşması araşdırılıb.

Tədbirdə Azərbaycan Dillər Universitetinin tələbləri, tarixçi-alim Məmməd Vəliyev, "Salam" Kənd İcmasının rəhbəri Anar Osmanov və "Bütöv Azərbaycan" qəzetinin təsisçisi, baş redaktoru Tamxil Ziyəddinoğlu çıxış edərək Qərbi Azərbaycan mövzusu ilə bağlı xatirələrini bölüşüb, belə bir məsələnin araşdırılmasının vacibliyini vurğulayıblar.

Tədbir zamanı Həsən Əhmədovun müəllifi olduğu, saxtalaşdırılmış materiallara dair videoçarx nümayiş olunub.
Sonda xatirə fotosu çəkilib.








Paylaş



Bölmə: İrəvan / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!