Erməni idmançıların “Arsax” adlı musiqidən istifadə etməsinə qarşı tədbir görülüb .....                        Vensin Paşinyanla görüşü başladı .....                        Ukrayna ordusu əks-hücuma keçdi - kənd azad edildi .....                        Siyəzən sakini dəm qazından ölüb .....                        "Barselona"nın prezidenti istefa verdi .....                        36 yaşlı kişi dərmandan zəhərlənib öldü .....                        AXCP-nin rayon şöbəsinin sədri həbs edildi .....                        Bakıda Barış Mançonun xatirəsi anılacaq .....                        Prezident bu sazişi təsdiqlədi .....                       
Tarix : 17-01-2014, 14:26

Azərbaycanda hansı nazirliklər daha çox korrupsiyalaşıb?



“Korrupsiya ilə bağlı müraciətlər azalsa da, şikayətlər axını dayanmayıb”. Modern.az-ın məlumatına görə, bunu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyev deyib.

“2012-ci ildə İdarəyə 495 müraciət daxil olubsa, 2013-cü ildə bu rəqəm 350-yə çatıb. Ümumən rüşvətlə bağlı müraciətlərin sayı azalıb. Bununla belə, məmur özbaşınalığı ilə əlaqədar şikayətlər daha çoxdur. Həmin müraciətlər aidiyyətli idarələrin rəhbərlərinə göndərilib”.

K. Əliyev qeyd edib ki, səhiyyə sahəsində qanunsuzluqlara dair İdarəyə 286 müraciət daxil olub ki, onlar da səhiyyə nazirinin diqqətinə çatdırılıb. “72 tibb işçisi intizam məsuliyyətinə cəlb olunub, 23 tibb işçisinə xəbərdarlıq, 39 tibb işçisinə töhmət verilib. 3 nəfər isə işdən azad olunub”.

İdarə rəisi qeyd edib ki, sosial müdafiə sahəsində islahatlar aparılsa da, bu sahədə şikayətlərin daxilolma faizi azalmayıb. “2013-cü ildə DİN sahəsində şikayətlərə görə 5 cinayət işi açılıb və 42 polis işçisi cəzalandırılıb”.

K. Əliyevin sözlərinə görə, 2012-ci ildə 170 cinayət işi məhkəmələrə göndərilib, ötən il isə 367 şəxs barəsində 201 cinayət işi məhkəmələrə verilib.

Bank sektorunda 38 nəfər barəsində – 18 iş, əmlak məsələləri ilə bağlı 2 şəxs barəsində – 1 iş, yerli icra hakimiyyəti orqanlarında 8 şəxs barəsində – 6 iş , sənaye sahəsində 22 şəxs barəsində – 14 iş, Təhsil Nazirliyində 5 şəxs barəsində – 14 iş, Mədəniyyət və Turizm Nazirliyində 1 şəxs barəsində – 1 iş, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 1 şəxs barəsində – 1 iş, Nəqliyyat Nazirliyində 5 şəxs barəsində – 2 iş, Ekologiya Nazirliyində 9 şəxs barəsində – 6 iş, Kənd Təsərrüfatı Nazirliyində 3 şəxs barəsində – 2 iş, ticarət sahəsində 18 şəxs barəsində – 17 iş, Dövlət Xəritəçəkmə və Torpaq Komitəsində 3 şəxs barəsində – 2 iş, iqtisadi sahədə 12 şəxs barəsində – 7 iş, prokurorluq orqanlarında 1 nəfər, polis orqanında 1, ədliyyədə – 2, Fövqəladə Hallar Nazirliyində 4 nəfər barəsində cinayət işi açılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!