Husilər də İran müharibəsinə qoşulurlarHusilər müharibəyə qoşulduqlarını bildirirlər.
Bu barədə İranın "Fars" agentliyi Yəməndə fəaliyyət göstərən husilərin yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, “Ənsar Allah” qruplaşması İranın apardığı hərbi əməliyyatlara qoşulur.
Nümayəndə bildirib: “Biz düşmən üçün sürprizlər hazırlayırıq”.
Qeyd edək ki, husilər hərbi əməliyyatlara qoşulduqlarını ilk dəfə müharibənin başladığı gün – fevralın 28-də bəyan etmişdilər. Lakin indiyədək bu bəyanatın ardınca konkret addımlar atıldığı barədə məlumat verilməyib.
Martın 8-də isə “Ənsar Allah” hərəkatı bəyanat yayaraq Müctəba Xameneyinin İranın ali lideri seçilməsini alqışlayıb. Bəyanatda Ekspertlər Şurasının qərarı “İslam inqilabının yeni qələbəsi və İranın düşmənlərinə vurulan sarsıdıcı zərbə” kimi qiymətləndirilib.