Yeni avtobus kartlarının istifadəyə verilməsi və ödənişin məsafəyə görə hesablanması planlaşdırılır. İctimai nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində yaxın illərdə bir sıra mühüm dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulur. Bu dəyişikliklər çərçivəsində 2026-2028-ci illər ərzində "Brutto" müqavilə modelinə mərhələli keçid nəzərdə tutulur. AYNA-dan bildirilib ki, yeni yanaşma ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərinin nağdsız ödəniş sisteminə keçirilmiş sıxılmış təbi qaz və elektrik mühərriki ilə təchiz edilən avtobuslara tətbiq ediləcək. Daha ətraflı "Xəzər xəbər"in video-materialında:
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!