Cavid Vəkilov yazır: Müasir Azərbaycan gəncliyinin cəmiyyətdə rolu .....                        Ermənistan şərtləri qəbul etdi - Sülh müqaviləsi üçün maneə qalmadı .....                        Rusiya Azərbaycan vasitəsilə İrana yardım göndərir .....                        Kənar şəxslər adınıza kredit götürə bilməyəcək .....                        İlham Əliyev görüş keçirdi - FOTO .....                        Sabah 14 dərəcə isti olacaq .....                        İran XİN rəsmən etiraf etdi: Müctəba Xamenei yaralanıb .....                        İranın raket potensialı 3 həftəyə məhv ediləcək .....                        Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq .....                       
Tarix : Bu gün, 11:20
Ötən il törədilən kibercinayətlər - ŞOK RƏQƏM


Ötən il törədilən kibercinayətlər - ŞOK RƏQƏM

2025-ci il ərzində ölkədə informasiya texnologiyalarından istifadə edilməklə törədilmiş 1799 cinayət faktı qeydə alınıb.
Bu fikirləri 15 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda keçirilən forumda DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev deyib.
Onun sözlərinə görə, bunlardan 632-si kiberoğurluq, 352-si isə digər kibercinayət halları ilə bağlı olub.
E.Mehdiyev əlavə edib ki, rəqəmsal texnologiyaların inkişafı ilə paralel olaraq kibercinayətkarlıq da daha mürəkkəb xarakter alır:
“Elektron ödəniş məlumatlarının sızdırılması, informasiya texnologiyalarından istifadə edilməklə oğurluq halları və digər kiberhücumlar istehlakçıların maliyyə təhlükəsizliyi üçün ciddi risklər yaradır”.
Baş idarə rəisi vurğulayıb ki, elektron ticarət sahəsində törədilən cinayətlərin təhlili göstərir ki, cinayətkarlar daha çox saxta elektron poçt ünvanlarından, saxta internet saytlarından və fişinq üsullarından istifadə edirlər:
“Bu üsullarla cinayətkarlar insanların etibarından sui-istifadə edir, müxtəlif bəhanələr və cəlbedici təkliflərlə onların pul vəsaitlərini ələ keçirirlər. Üsulların mahiyyəti dəyişməsə də, tətbiq formaları və aldatma taktikaları daim yenilənir”, - deyə o qeyd edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!