Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
2-03-2026, 23:56
İraqda hərbi aviabazaya dron hücum


İraqda hərbi aviabazaya dron hücum

İraqın Səlahəddin əyalətində yerləşən ən iri hərbi aviabazalardan biri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Bu barədə Əl-Cəzira telekanalı xəbər yayıb.
Bildirilir ki, əyalətin şimalında yerləşən Balad aviabazası ən azı iki silahlı dron tərəfindən hədəfə alınıb.
Hadisə nəticəsində indiyədək dağıntı və ya itkilərlə bağlı rəsmi məlumat açıqlanmayıb.
2-03-2026, 23:52
İrandakı qarşıdurmadan ən çox Dubay zərər görüb


İrandakı qarşıdurmadan ən çox Dubay zərər görüb

Qlobal investisiya mənzərəsi cəmi bir neçə gün ərzində kəskin şəkildə dəyişib. Onilliklərdir qlobal kapital üçün təhlükəsiz sığınacaq sayılan Dubay görünməmiş problemlə üz-üzə qalıb.
Fevralın 28-də ABŞ və İsrailin İrana hücumu ilə başlayan hərbi kampaniya Birləşmiş Ərəb Əmirlikləri üçün ciddi nəticələr doğurub. İrandan həyata keçirilən kütləvi raket və pilotsuz uçuş aparatları hücumları Əmirliyin ən mühüm üstünlüyü hesab edilən təhlükəsizlik reputasiyasına ağır zərbə vurub.
Məlumata görə, son günlər ərzində ölkədən 20 milyard dollar həcmində kapital çıxarılıb. İnvestorlar Dubayı artıq sabit və etibarlı maliyyə mərkəzi kimi qiymətləndirmirlər. Martın ilk həftəsində depozit mərhələsində ləğv edilən mənzil alışlarının sayı 4 dəfə artıb.
Şəhərin əsas nəqliyyat qovşaqlarından olan Dubay Beynəlxalq Hava Limanının bağlanması və logistik sığorta haqlarının 300 faiz artması yeni alıcı axınını əhəmiyyətli dərəcədə azaldıb. Raket qalıqlarının Palm Jumeirah ərazisinə düşməsi isə daşınmaz əmlakın investisiya cəlbediciliyini kəskin zəiflədib. Fiziki risklərin reallaşması fonunda kapitalın daha neytral ölkələrə yönəldiyi bildirilir.
Fundamental iqtisadi problemlər də vəziyyəti ağırlaşdırır. 2026-cı ilə qədər Dubayda rekord sayda – 131 min yeni mənzilin istifadəyə verilməsi planlaşdırılırdı. Tələbin 60 faiz azalması fonunda bu həcm qiymətlərin aşağı düşməsini qaçılmaz edir. Tikinti mərhələsində olan çoxsaylı layihələrin likvidlik çatışmazlığı səbəbindən gecikməsi riski artıb.
Aparıcı analitiklər də proqnozlarını yeniləyiblər. Belə ki, ilin əvvəlində gözlənilən 8 faizlik artım proqnozu dəyişdirilərək ilin sonuna qədər 10 faizlik enişlə əvəzlənib.
Eyni zamanda, bir sıra sığorta şirkətlərinin hərbi əməliyyatlar nəticəsində dəyən zərəri ödəməkdən imtina etməsi lüks əmlak sahiblərini ciddi maliyyə riskləri ilə üz-üzə qoyub.
2-03-2026, 23:46
İran səmasında ABŞ və İsrail PUA-ları vuruldu


İran səmasında ABŞ və İsrail PUA-ları vuruldu

İran hava məkanında ABŞ və İsrailə məxsus daha yeddi pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Bu barədə İran ordusu açıqlama verib.
Açıqlamada qeyd olunub ki, son saatlarda vurulan dronlar “MQ-9”, “Heron”, “Hermes” və “Orbiter” tipli olub. Həmin PUA-lar Təbriz, Tehran, İsfahan, Xürrəmabad və Buşehr ərazilərində hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
Ordunun bildirdiyinə əsasən, bununla birlikdə son hadisələr zamanı vurulan pilotsuz aparatların sayı ümumilikdə 29-a yüksəlib.
2-03-2026, 23:15
Zelenski Yaxın Şərq ölkələrinə Ukraynanın köməyini təklif edib


Zelenski Yaxın Şərq ölkələrinə Ukraynanın köməyini təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski Ərəb liderləri Moskvanı atəşkəsə razı salsalar, Ukrayna Yaxın Şərq ölkələrinə İranın “Şahed” dronlarını məhv etməkdə dəstək verə biləcəyini deyib.
O Yaxın Şərq liderlərinin Rusiyaya yaxşı münasibətləri var və onlar bir aylıq atəşkəs elan etməsini istəyə biləcəklərini qeyd edib.
Zelenski əlavə edib ki, atəşkəs elan olunduqdan sonra Ukrayna ən yaxşı dron ələ keçirmə operatorlarını həmin ölkələrə göndərəcək. O, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərin Vladimir Putinlə güclü iqtisadi əlaqələrə malik olduğunu vurğulayıb və İsrailə də eyni şəkildə kömək edilə biləcəyini bildirib.
2-03-2026, 22:49
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtları


Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtları

Sabah Ramazan ayının on üçüncü günüdür.
İmsak vaxtı 05:46-ya, iftar isə 18:49-a təyin olunub.

On üçüncü günün imsak duası:

“Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit- tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil- məsakin”.

Tərcüməsi:

“İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
2-03-2026, 22:24
İrandakı hərbi əməliyyat nə vaxt başa çatacaq? - TRAMP AÇIQLADI


İrandakı hərbi əməliyyat nə vaxt başa çatacaq? - TRAMP AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp İranla bağlı genişmiqyaslı hərbi əməliyyatların davam etdiyini bildirib.
O, döyüşlər zamanı həlak olan hərbçilərin ailələrinə başsağlığı verib.
“Bu gün döyüşlərdə həlak olmuş dörd qəhrəman amerikalı hərbçi üçün yas saxlayırıq və onların ailələrinə sevgimizi və dəstəyimizi çatdırırıq. Biz bu missiyanı Amerika xalqına təhlükə yaradan bu terrorçu rejimi məhv etmək üçün qətiyyətlə davam etdiririk”, – deyə o vurğulayıb.
Tramp ABŞ-ın məqsədlərinin aydın olduğunu bildirib: “Birincisi, biz İranın raket imkanlarını məhv edirik və bunu hər saat görürsünüz, həmçinin onların yeni və kifayət qədər yaxşı raketlər istehsal etmək qabiliyyətini sıradan çıxarırıq. İkincisi, onların donanmasını məhv edirik. Artıq 10 gəmini sıradan çıxarmışıq. Üçüncüsü, terrorun dünyada bir nömrəli sponsoru olan ölkənin heç vaxt nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. Və nəhayət, İran rejiminin sərhədlərindən kənarda terrorçu orduları silahlandırmasının, maliyyələşdirməsinin və idarə etməsinin qarşısını alırıq”.
ABŞ prezidenti əlavə edib ki, nüvə silahına malik İran Vaşinqton üçün qəbuledilməzdir: “Bu, zərbə endirmək üçün son və ən yaxşı şansımız idi”.
Tramp qeyd edib ki, ABŞ İranda genişmiqyaslı döyüş əməliyyatlarını davam etdirir: "Əvvəldən dörd-beş həftə proqnozlaşdırmışdıq, amma bundan daha uzun müddətə getmək imkanımız var. Biz bunu edəcəyik."
2-03-2026, 22:22
“AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ  NAZİM CƏBRAYLOVUN ANIM GÜNÜ KEÇİRİLDİ


ÖTƏRXAN ELTAC

“AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ

NAZİM CƏBRAYLOVUN ANIM GÜNÜ KEÇİRİLDİ


Bu gün 2 mart 2026-cı il tarixində Azərbaycan İqtisadiyyat Universitetinin Akt zalında qəhrəmanlığı ilə dastan yazan “Azərbaycan Bayrağı” ordenli Nazim İbrahim oğlu Cəbrayılovun şəhidlik məqamına yüksəlişinin 32, anadan olmasının 77 illik yubiley tədbirinə qatıldıq.

Ümumilikdə türk dünyasının şəhidlərini bir dəqiqəlik sükutla yad etdikdən sonra dosent Pikəxanım Xudiyevanın aparıcılığı ilə ilk söz təhsil ocağının Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədova verildi. Birinci Vətən müharibəsində himayədarlarının köməyi ilə torpaqlarımıza təcavüz edən qarı düşmənin məkrindən, kəndlərə basqın edərək silahsız insanları girov götürmələrindən, eləəcə də, ağır texnikaların, uzaqvuran artilleriyanın qarşısında əliyalın da olsa, bir addım geri çəkilməyən igidlərin rəşadətindən, ələlxüsus Nazim Cəbrayılovun dillərdə əzbər olan şücaətindən söz açdı.
N. Cəbrayılovun sinif yoldaşı, ictimai-siyasi xadim Çimnaz Əliyeva qəhrəmanımızın yeniyetməlik, gənclik çağlarını xatırlamağa çalışdı, onun diribaşlığından, cəsarətindən, yurdsevərliyindən danışdı. Onu da vurğuladı ki, məhz elə igid oğulların və dəmir yumruqlu komandanımızın sayəsində ermənisiz məmləkətdə yaşamağa nail olduq. Qürurlu deyilmi?!

Tələbə Fidan Şərifovanın qürurla söylədiyi vətənpərvərlik şeiri sanki hər kəsi səfərbərliyə, döyüşə səsləyirdi. Tarzən Rəsul Hacızadənin barmaqlarından süzülən həzinlik şeirin qüdrətini daha da artırırdı.

Ömrünün 30 ilini yurd intizarı, həsrət, yanğı, ağrı və acılarla keçirən söz sərrafı, şair Seyran Səxavətin dilindən puçurlanan duyğusal, bir qədər də qətiyyətli kəlmələr hər kəsə qürur dolu anlar yaşatdı. Şair onu da vurğuladı ki, müasir Azərbaycan hərb tarixində ən şanlı əsəri məhz Ali Baş Komandanımız yazdı.
Tural İsgəndərovun qəhrəmanımızın igidliyindən, şücaətindən bəhs etdiyi şərəf dastanını tələbə yoldaşı Hacər Qasımlının ifasında – tarın yanğılı müşayiətində dinləmək hər kəsin ovqatını yüksəltdi.

Növbəti çıxış üçün söz Nazim Cəbrayılovun döyüş yoldaşı Rüstəm Hacıyevə verildi. Xatirələr dil açdıqca, həm qürur duyduq, həm də qəlbimiz sızladı. Ağdamın Kəngərli, Qarağaclı, Cəvahirli, Salahlı, Kosalar, Göytəpə və neçə-neçə kəndləri uğrunda amansız döyüşlərin şiddəti qulaqları cingildətdi.
Tələbə Elcanə Cabbarovanın yurd sevdalı, torpaq məhəbbətli lirik duyğuları da bir ruh ovsunu idi. Əməkdar jurnalist Flora Xəlilzadə qəhrəmanımızın döyüş yolunun ibrət və örnək olduğunu və bu igidliyin gənc nəslə aşılanmasında ən böyük yükün ziyalıların boynuna düşdüyünü dilə gətirdi.
Sonda şəhid qəhrəmanımızın həyat yoldaşı, universitetin müəllimi, dosent Rahilə Cəbrayılova ailə həyatından danışdı. Köhnə xatirələri vərəqlədi, elçilikdən söz açdı. Doğulub boya-başa çatdığı Şuşalı günlərini xatırladı, bir sözlə, xarıbülbül ətirli ab-hava yaratdı.

Hələ Rahilə xanımdan əvvəl illər öncə igidimiz haqqında hazırladığım radioverilişdən danışmaq imkanım oldu. Döyüş yolunu – ağrılı-acılı günləri xoş xatirə qanadlarında tarın ruhuna kökləməyə çalışdım. Rəsul Hacızadə gənc olmasına baxmayaraq, elə yanğı ilə ifa etdi ki, coşqunun illəti yanaqlarda bərq vurdu.

Tədbirdə şəhidin övladları ilə yanaşı, ailə dostları, yurd aşiqləri, professor-müəllim və tələbə heyəti də iştirak edirdi. Onu da qeyd edək ki, tədbirin əvvəlində qəhrəmanımızın döyüş yoluna həsr edilən videoçarxı dinləmək imkanımız oldu. Hələ üstəlik fürsətdən istifadə edib şəhidin qızının doğum gününü də qeyd elədik. Tədbir musiqi sədaları altında sona çatdı.

2-03-2026, 21:35
Yaponiyanın səfirliyi təhlükəsizlik tədbiri çərçivəsində konsulluğu bağlayıb


Yaponiyanın səfirliyi təhlükəsizlik tədbiri çərçivəsində konsulluğu bağlayıb

Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyi təhlükəsizlik tədbirləri çərçivəsində 2 və 3 mart tarixlərində yalnız konsulluq şöbəsini müvəqqəti olaraq bağlayacağını açıqlayıb.
Səfirlik hazırda hər hansı təhdid məlumatı olmasa da, Orta Şərqdəki gərgin vəziyyətlə bağlı ziyarətçilərin təhlükəsizliyi təmin edilməli olduğunu qeyd edib.
Əvvəlki məlumatlarda bağlanmanın qeyri-müəyyən müddətə olduğu qeyd edilmişdi, lakin düzgün məlumat yalnız bu iki günü əhatə edən müvəqqəti bağlanmadır.
2-03-2026, 21:27
İran ABŞ və İsrail obyektlərinə raket zərbələri endirib


İran ABŞ və İsrail obyektlərinə raket zərbələri endirib

İran ABŞ və İsrail obyektlərinə qarşı “Həqiqi vəd – 4” əməliyyatının 12-ci mərhələsinə başladığını açıqlayıb. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.
Bundan əvvəl NourNews İranın regiondakı ABŞ bazalarına zərbələr zamanı ən yeni ağır raketdən istifadə etdiyini iddia etmişdi.
Fevralın 28-də İsrail Müdafiə Qüvvələri İran ərazisinə “Şir nəriltisi” əməliyyatı çərçivəsində zərbələr endirmişdi və hər iki ölkə hava məkanını bağlamışdı.
Daha sonra ABŞ Prezidenti Donald Trump ABŞ-ın da əməliyyatda iştirak etdiyini bildirib. Pentaqon əməliyyatı “Epik Qəzəb” adlandırıb.
İran isə cavab olaraq İsrailə onlarla ballistik raket buraxıb və Qətər, BƏƏ, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.
2-03-2026, 20:40
Britaniya Baş naziri: İran hücumlarını daha təhlükəli edir


Britaniya Baş naziri: İran hücumlarını daha təhlükəli edir

Böyük Britaniyanın Baş naziri Keir Starmer İranın Ali Rəhbəri Ali Xamenei öldürüldükdən sonra ölkə regionda hərbi və iqtisadi hədəflərə daha “təhlükəli və məsuliyyətsiz” hücumlar həyata keçirdiyini deyib.
Starmer parlamentdə Xameneinin ölümü İrana bu hücumları dayandırmaq üçün mane olmayacaq və zərbələr mülki əhaliyə qarşı daha riskli hala gəldiyini deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!