Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
26-03-2026, 22:10
YURD HƏSRƏTİLƏ ÇIRPINAN ÜRƏK

YURD HƏSRƏTİLƏ ÇIRPINAN ÜRƏK

VƏ YAXUD TANRININ YAZDIĞI QİSMƏT


Azərbaycana görkəmli ziyalılar, elm və qələm adamları, dəyərli insanlar bəxş etmiş, igid oğulları, aslan təbiətli qızlarıilə tanınmış, tarixin fəxr ediləsi, öyünüləsi səhifələrinə öz adınıı həkk etdirmiş bölgələrdən biri də Cəbrayıldır. Bu gözəl, şöhrətli diyarın tanınmış oğulları ilə - akademik Mehdi Mehdizadə, yazıçı - şair Əli Rza Xələfli, Oruc Qüdrətov, Dərgah Qüdrətov, kino- aktyor Şahmar Ələkbərov və digər dəyərli insanları ilə hər birimiz fəxr edir, öyünür, qürur duyuruq. Həmin o dəyərli, işıqlı adamlardan biri də istedadlı yazıçı, ömrünü Azərbaycan təhsilinə və sözə verən Vaqif Rüstəmovdu. Tanınmış yazar, «Qızıl qələm» media mükafatı laureatı Vaqif Rüstəmovun «İmza» nəşriyyatında təzəcə çapdan çıxmış «Yurd həsrəti» (Bakı, 2025) sənədli romanını bir nəfəsə oxudum və İkinci Dünya müharibəsi zamanı (1939-1945) milyonlarla günahsız insanın acı taleyi, didərgin həyatı, işgəncələrə məruz qalması iç dünyamı silkələdi, ürəyim göynədi, göz yaşlarımı saxlaya bilmədim. Əsir düşmüş əsgərlərin dözülməz taleyi, üzləşdikləri çətinliklər, dözülməz əzablar, işgəncələr… qürbətdə yaşayan, əslən Cəbrayıl rayonundan olan Səxavət İsmayılovun – Hasan bəyin vətən həsrəti, yar həsrəti… məni dəhşətə gətirdi və mən necə ağlamaya bilərdim?

Romanı oxuduqca kövrək duyğular içində çırpınırdım. Dostum Vaqif Rüstəmovun «Yurd həsrəti» əsəri əslində xatirələr, düşüncələr, Səxavət adlı bir əsgərin, tarix müəlliminin, 1948-ci ildən İstanbulda yaşamağa məcbur olan qeyrətli, vətənpərvər bir soydaşımızın, türk oğlu türkün ürək çırpıntılarıdır. Səxavət Abı oğlunun qeydləri əsasında qələmə alınmış bu əsər Cəbrayıl rayonunun Daşkəsən kəndinə, kəndin təbiətinə, coğrafi yerlərinə, kənd adamlarının məşğuliyyətinə, ictimai-siyasi hadisələrə və s. güzgü tutur. Bu güzgüdə Daşkəsən kəndinin 1941-ci ilin avqust ayına qədərki dövrü əhatəli şəkildə əks olunur. Cəbrayıl rayonunda tarix müəllimi, sonra da məktəbinin direktoru kimi fəaliyyət göstərən Səxavət Abış oğlunun dilindən ərz edilən bu faydalı və qiymətsiz əsər Vaqif Rüstəmov yaradıcılığının zirvəsi sayıla bilər. Bu zirvədə ötən əsrin 20-40-cu illərinin Daşkəsən kəndi, bu kəndin adamları, onların əmək fəaliyyəti, məşğuliyyəti, bolşevik rejiminin insanlara gətirdiyi bəlalar tarixi faktlarla oxuculara çatdırılır.
«Doğma yurdumuzu düşündükcə» adlandırılan birinci fəsildə Səxavət İsmayılovun – 1908-ci ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində dünyaya göz açan soydaşımızın həyat yoluna nəzər salınır. Onun müəllimlik fəaliyyəti, Krımda almanlar tərəfindən əsir götürülməsi, İsveçrədə, daha sonra Türkiyədə yaşaması, «Türkiyə-Azərbaycan Dostluq və Kültür Cəmiyyəti»ni təsis etdiyi, Mərkəzin başkanı kimi fəaliyyəti yığcam bir şəkildə oxuculara çatdırılır.
Əsərin birinci fəslində oxucu Səxavət bəylə yaxından tanış olmaq imkanı qazanır. Bu fəslin özündə də onun ağrılı taleyi, müharibənin və qürbətin qoyduğu izlər, qürbətdə ömür sürən bir qəribin hiss və həyəcanları, düşüncələri, sarsıntıları, əzabları, yurd həsrəti, doğmalarını görmək arzusu, qızı Elmiranın, oğlu Şamilin övlad yanğısı, Məleykə adlı ömür-gün yoldaşından ayrı düşməsi, bacı-qardaşlarının üzünə tamarzı qalması…çəkiləsi mümkün olmayan dərdlərdən biridir. Bu dərdi Səxavət bəy 28 il ürəyində gəzdirir. Bu ayrılıq dərdi onu için-için yandırır, yandırıb cızdağını çıxarır. Oxucu da Səxavətlə birlikdə yanır, onun dərdini öz dərdi bilərək göz yaşları içində boğulur.
Amansız taleyin hökmünə bax ki, Azərbaycanın igid, ziyalı və vətənpərvər oğlu Səxavət İsmayılov, eləcə də onun kimi on minlərlə soydaşımız kommunist rejiminin məngənəsi altında sıxılır, Stalinin «Əsir düşmüşləri İttifaqa qəbul etməyin» sözlərinə görə doğma yurdlarından uzaqlarda yaşamağa məcbur olurlar. Çünki onlar vətənə qayıtsaydılar ya güllələnməyə məhkum olunacaq, ya da Sibirdə fiziki ölümlə üz-üzə qalacaqdılar. Səxavət İsmayılov ölümü yox, yaşamağı üstün tutaraq qardaş Türkiyəyə sığınmağa məcbur olur. O, Türkiyədə yaşasa da Azərbaycanı, eləcə də doğma Daşkəsən kəndini unutmur, hər gün xatırlayır, uşaqlıq və gənclik illərini keçirdiyi «Heydər dağı»nı, Xan Arazı, «Göy gölü», «Ağ gölü», «Teştək gölü»nü, «Heydər dağı»nın zirvəsində «Tonqal yeri»ni, «Səsverən qaya»nı və s. gözləri önündə canlandırır ki, bu da onun yurda bağlılığının, yurd sevgisinin bariz nümunəsidir.
Əsərin ölməz qəhrəmanı Səxavət Alış oğlunun vətənpərvər, yurdsevər olduğunu, ürəyinin Vətən eşqilə döyündüyünü əsərin birinci fəslində bütün çılpaqlığı ilə oxuculara çatdıran yazıçı Vaqif Rüstəmov xatirə qeydlərinə söykənərək insanın iç dünyasını silkələyən bu əsərlə imzasını bir daha imzalar içində təsdiqləməyə müvəffəq ola bilib.

Ağır və əzablı bir tale yaşamış, ömrü-günü iztirablarla keçmiş Səxavətin – əsərin qəhrəmanının ömür yolları ilə tanış olduqca sözün əsl mənasında kövrəlməyə bilmirsən.
Vətən sevgisinin, insan ləyaqətinin, humanizmin, şərəf və ləyaqətin, sədaqətin, dostluğun, insanlığın başlıca yer tutduğu bu əsərin «Müəllim olmaq istəyində» adlı ikinci fəslində yazıçı oxuculara Səxavət dünyası ilə yaxından tanış olmaq fürsəti yaradır. Biz bu fəsildə Səxavətin indiki Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil aldığını, doğma rayonunda müəllimlik etdiyini, Məleykə adlı qızla tanış olduğunu, bu tanışlığın əsl sevgiyə çevrildiyini öyrənirik. Öyrəndiyimiz bu məlumatların özü də əsərin qəhrəmanı olan Səxavətin - Hasan bəyin ucalığını və böyüklüyünü, əsl ziyalı olduğunu açıb göstərir.
Əsərin üçüncü fəsli «Cəbhə yollarında» adlanır. Bu fəsil aşıq Məşədi Humayın «Olsun» rədifli qoşması ilə açılır:
Gəl bir öpüm oğul o gözlərindən,
Get hərb meydanına düşmən xar olsun.
Qisas al vətənin düşmənlərindən,
Tanrımız üstündə sənə yar olsun.

Bu şeir təsadüfən verilməyib. Aşıq Məşədi Humayın oğlu Oruc cəbhəyə yola düşməzdən əvvəl atası onunla birlikdə saz çalıb oxuyur. Həmin məclisdə Səxavət müəllim də iştirak edir. Aşığın həyətinə bütün Daşkəsən kəndinin adamları toplaşıb. Kənd camaatı birinci kurs tələbəsi Orucu cəbhəyə yola salırlar. Həmin məclisdə məktəb direktoru Səxavət İsmayılov qərara alır ki, mütləq cəbhəyə getməlidir. O, xatirə qeydlərində yazır ki, «Adamlar arasında özümə yer tapa bilmirdim. İstəyirdim ki, ertəsi gün geriyə, Cəbrayıla qayıdanda rayon Hərbi Komissarlığından tələb edim ki, məni də cəbhəyə göndərsin». – Rayon Hərbi Komissarlığı onu cəbhəyə göndərmək istəməsə də, onun məktəb direktoru kimi arxa cəbhədə saxlanıldığını bildirsə də, Səxavət müəllim əl çəkmir və döyüşə yollanır. Onu Bakı vağzalından Tbilisi şəhərinə komandirlər məktəbinə göndərirlər. O, 1941-ci ilin iyul-sentyabr aylarında komandirlər üçün hərbi təlim keçir. Hərbi hissədə olarkən yoldaşı Məleykə, qardaşı Dərbənd və körpə qızı Elmira onunla görüşə gəlirlər. Bu görüşdən 28 il ötüb keçir.
Səxavət Krım-Kerç istiqamətində gedən döyüşlərin birində minlərlə döyüşçü yoldaşları ilə birlikdə almanlar tərəfindən əsir götürülür və onun əzablı günləri başlayır.
Vətən həsrətilə yaşayan Səxavət İsmayılovun Türkiyədə gördüyü işlər, onun fəaliyyəti qürurverici olsa da, doğmalarına, ailəsinə qovuşmaq istəyi, keçirdiyi sarsıntılar, yaşadığı ağrı-acılı illər ürək göynədir, O, İstanbulda ikinci dəfə ailə qursa da, bu izdivacdan bir oğlu, bir qızı dünyaya gəlsə də yenə də həyat yoldaşı Məleykəni, qızı Elmiranı, üzünü görmədiyi oğlu Şamili bir an da olsa unuda bilmir, yenə də onların həsrətilə yaşayır.
İstanbulda böyük nüfuz qazanan, «Türkiyə -Azərbaycan Dostluq Kültür Cəmiyyəti»nə rəhbərlik edən Səxavət İsmayılovu elm və incəsənət xadimləri yaxşı tanıyırdılar. Məhz dünya şöhrətli cərrah İbrahim Topçubaşovun köməyi sayəsində o, doğmaları ilə görüşməyə müvəffəq ola bilir. Bu görüş 1970-ci ilin may ayında baş tutur. Onun doğmaları ilə görüş səhnəsini yazıçı Vaqif Rüstəmov ən kövrək, həzin duyğularla qələmə almış, hər incə detala xüsusi diqqət yetirmiş, son dərəcə təsirli bir həyat səhnəsini gözlərimiz önündə canlandıra bilmişdir. Təkcə bir epizodu oxuculara çatdırmaqla, həm də Azərbaycan qadınlarının fədakarlığını, sədaqətini, ülvi məhəbbətini bir daha xatırlatmaq istəyirəm. «…Bu an xanımım Məleykə əlində iri dolabda su və ləyən gətirdi. Oturduğum kətilin önündə yerdən əyləşib dedi ki, uzaq yoldan gəlmisən, ayaqlarını yuyum ki, rahatlanasan. Mən etiraz etsəm də faydası olmadı. O, corablarımı çıxarıb ayaqlarımı yumağa başladı. Evdəkilər bu mənzərədən təsirlənərək, bir-birilərinə qoşulub ağlayırdılar.
Xanımım ayaqlarımı yuyandan sonra ləyəndəki sudan bir fincan doldurub içdi və uca səslə əllərini göyə qaldırıb: - Ya Rəbbim, sənə şükürlər olsun, axır ki, uzun ayrılıqdan sonra əhdimə çatdım, - dedi». – Bax budur Azərbaycan qadınının sədaqəti, əbədi sevgisi, tükənməz məhəbbəti, ailəsini alınmaz qalaya çevirməsi… Bu səhnənin özündə böyük məna, böyük hikmət vardır. Kaş, indiki ailə quran qızlar da Məleykə kimi ailəcanlı olaydılar, onun kimi sədaqətli və etibarlı olaydılar…
Romanda dünya şöhrətli cərrah, İbrahim Topçubaşovun Vətən üçün, türk dünyası üçün gördüyü işlər, eləcə də Səxavət İsmayılovu 28 illik ayrılıqdan sonra Vətənə gəlməsi üçün əlindən gələn köməyi əsirgəmədiyi, onun humanizmi, insanlığı, şəxsiyyəti…yazıçı tərəfindən məharətlə təsvir edilmişdir.
Əsərdə eyni zamanda İbrahim Topçubaşovun həyat yoldaşı Flora Kərimova, Zeynəb Xanlarova, maestro Niyazi, xalq yazıçısı İsmayıl Şıxlı, akademik Mehdi Mehdizadə, bəstəkar Fikrət Əmirov, Qara Qarayev, xalq artisti Əbülfət Əliyev, Zaur Rzayev, İslam Rzayev və digər görkəmli şəxsiyyətlərdən də söz açılır və onların hər birinin Səxavət İsmayılovla dostluq əlaqələri, tanışlığı, yaxınlığı bədii boyalarla təsvir edilir. « Yurd Həsrəti» romanında «Azərbaycanın elm, incəsənət xadimləri Türkiyədə», «Türkiyədə Beynəlxalq Folklor Festivalı», «Əsli və Kərəm tamaşası» bölmələrində Səxavət İsmayılovun – Türkiyədə Hasan bəy İsmailli kimi tanınan və sevilən soydaşımızın ömür kitabının ən parlaq səhifələrindən də bəhs edilir. Əsəri oxuduqca həm kövrəlir, həm sevinir, həm də Tanrının yazdığı qismətlə barışan Səxavət müəllimin taleyinə acımaya bilmirsən. Ürəyində dərd gəzdirən, nisgil daşıyan bir insanın ömür yolu yazıçı Vaqif Rüstəmov tərəfindən qələmə alınmış və oxucuların ixtiyarına verilmişdir. Bu, adi roman deyil. Deyərdim ki, müharibədə əsir düşən yüz minlərlə soydaşımızın taleyindən bəhs edən sənədli bir əsərdir. Bu əsəri oxuyun və Səxavət İsmayılovun – o böyük insanın, ziyalının, Vətən sevgisilə ömrünü başa vuran, heç vaxt ümidini itirməyən, Türkiyə və Azərbaycan dostluğunun daha da möhkəmlənməsində xüsusi xidmətləri olan bir insanın ömür kitabı ilə tanış olun.
1941-ci ilin iyul ayında Cəbrayıl elindən müharibəyə səfərbər edilən Səxavət İsmayılov 28 ildən sonra Bakıya gəlsə də, bir daha doğma Daşkəsən kəndini görmək ona qismət olmur. O, müharibədə əsir düşən bir azərbaycanlı kimi, Türkiyə vətəndaşlığını qəbul edən bir insan kimi, kommunist rejiminin qaydalarına görə Cəbrayıla gedə bilməzdi. Çünki Cəbrayıl rayonu İranla həmsərhəd olduğuna görə o vaxtkı qanunlar buna imkan vermirdi. Və nə yaxşı ki, bu dünyada İbrahim Topçubaşov kimi dünya şöhrətli bir azərbaycanlı var imiş. Məhz onun sayəsində Səxavət Abış oğluna Bakını və doğmalarını görmək qismət oldu.
2003-cü ildə, 95 yaşında, İstanbul şəhərində dünyasını dəyişən Səxavət İsmayılov Tanrının yazdığı qisməti yaşamalı oldu. O, haqq dünyasına qovuşsa da «ruhu yaşayır – övladlarının nəfəsində, xatirələrin dərinliyində, talelərin kəsişdiyi səmavi nöqtədə». Və bir də Vaqif Rüstəmovun yazmış olduğu «Yurd həsrəti» romanında onun özünü görə bilərsiniz, səsini eşidə bilərsiniz, nəfəsini duya bilərsiniz.
P.S. Tanınmış yazar Vaqif Rüstəmovun «Yurd həsrəti» sənədli romanı son illərdə qələmə alınmış ən yaxşı, ən dəyərli kitablardan biri olmaqla yanaşı, həm də müasir Azərbaycan ədəbiyyatında mükəmməl yeri olan sənət əsəridir. Bu əsər alman faşizminə qarşı ağır döyüşlərin birində əsir düşən, əzablı həyat yaşayan, qürbət ellərdə doğmaları, əzizləri üçün göz yaşları axıdan, Vətən üçün darıxan, həsrət çəkən Səxavət Alış oğlunun timsalında yüz minlərlə soydaşımızın həyat yoluna işıq salır, onların qanla yazılmış ömür səhifələri Vaqifin qələmilə bir-bir açılaraq bu günkü nəsillərə göstərilir.
Yaxşı olardı ki, «Yurd həsrəti» romanı əsasında bədii-sənədli film çəkiləydi. Bu gün televiziya ekranlarında nümayiş etdirilən bayağı, mənasız serialların əvəzində «Yurd həsrəti» ekranlaşdırılsaydı, mədəniyyətimiz də, tariximiz də qazanardı, xalqımız da.
28 il doğma Azərbaycandan – Cəbrayıl elindən uzaqda yaşayan Səxavət İsmayılovun – Hasan bəyin ürəkağrıdan həyatından, keçdiyi ömür yollarından, bəlalı taleyindən belə bir çoxseriyalı film çəkilərsə, milyonlarla tamaşaçının rəğbətini qazanardı. Eyni zamanda yüz minlərlə soydaşımızın Stalin dövründə üzləşdikləri bəlalarla bu günkü nəsillər daha yaxşı tanış olmaq imkanı qazanardı.
«Yurd həsrəti» sənədli – tarixi romanında Azərbaycanın dünya şöhrətli ziyalılarına, mədəniyyət və incəsənət xadimlərinə də yer verilmiş, onların hər birinin Səxavət İsmayılovla şəxsi tanışlığı, dostluğu qabarıq şəkildə əks etdirilmişdir.
İnanır və ümid edirəm ki, Vaqif Rüstəmovun «Yurd həsrəti» diqqətdən kənarda qalmayacaq, xüsusilə kino və televiziya rejissorlarının marağına səbəb olacaq, çoxseriyalı film çəkiləcək, bu filmdə romanda əks olunduğu kimi, Azərbaycan-Türkiyə dostluğu ön planda veriləcək, iki qardaş millətin dostluğu, mənəvi bağlılığı könül dünyamıza yeni bir sevinc gətirəcəkdir.
İnanıram ki, o gün gələcək və milyonlarla tamaşaçının ürəyindən xəbər verən belə bir çoxseriyalı film çəkilib kino tariximizin «qızıl fondu»na daxil ediləcəkdir.

Hüseyn İsaoğlu, yazıçı - publisist,
AYB - nin və AJB - nin üzvü.
26-03-2026, 17:13
3 gün sonra məktəblərdə dərslər başlayır


3 gün sonra məktəblərdə dərslər başlayır

Novruz və Ramazan bayramları ilə əlaqədar tətil bitmək üzrədir.
İstirahət günlərindən sonra altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində ilk dərs günü 28 mart, beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 31 mart tarixinə təsadüf edəcək.
Qeyd edək ki, hazırda 11 günlük qeyri-iş gününün 7-ci günüdür.
26-03-2026, 16:58
İrəvanda Ermənistan-Aİ sammiti keçiriləcək


İrəvanda Ermənistan-Aİ sammiti keçiriləcək

Ermənistan ilə Avropa İttifaqı arasında ilk sammit 4-5 may tarixlərində İrəvanda baş tutacaq.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sammitdə Ermənistanı baş nazir Nikol Paşinyan təmsil edəcək. Avropa İttifaqı tərəfindən isə Avropa Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen iştirak edəcəklər.
Məlumata görə, mayın 4-də Koşta və fon der Lyayen İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammitinə də qatılacaqlar.
26-03-2026, 16:52
''Sözlərdə yatan xəzinə''


''Sözlərdə yatan

xəzinə''


Bakı Xətai Sənət Mərkəzində Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin təşkilatçılığı ilə 44 günlük vətən müharibəsinin iştirakçısı, qazi, gənc şair Nadir Həsənoğlunun ''Sözlərdə yatan xəzinə'' adlı kitabının təqdimatı keçirildi.

Dövlət himnimiz səsləndirildi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru Güllü Eldar Tomarlı gənc şair Nadir Həsənoğlunun yaradıcılıq yolundan söhbət açdı. Qeyd etdi ki, Nadir Həsənoğlunun vətənpərvərlik mövzusunda yazdığı şeirlər gənclərə nümunədi.

Tədbirdə Xətai Rayon Ağsaqallar Şurasınn sədri, şəhid atası Mürvət Əsgərov, müavini Nizami Hüseynov, qazi Vidadi Şabanov, Kərbalayi Ramil Əzimov, şairlərdən Zaməddin Ziyadoğlu, Şəlalə Niyazlı, Fərman Borçalı, Alim Aslanoğlu, Sumaya Yunusova, Yunis Qaraxanlı, ''Nənə qızlar'' folklor ansamblı, Azərbaycan nəşriyyatınn diretoru Sənan Aslansoy, Mirvarid Dilbazi Poeziya Dərnəyinin gənclər şöbəsinin rəhbəri Polad Ağa İbrahimov, 64 saylı məktəbin şagirdləri Zəhraxanım Əzimova və Mədinə Hüseynli çıxış etdilər.

Qazi, şair Nadir Həsənoğlunun valideynləri təsirli çıxışları ilə yadda qaldı. Övladları ilə fəxr etdiklərini qeyd etdilər.
Sonda Güllü Eldar Tomarlı Bakı Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzova və tədbir iştirskçılarına təşəkkürünü bildirib.



26-03-2026, 16:26
ABŞ-nin İrana qarşı son zərbə planı: Tramp üçün 4 hərbi ssenari


ABŞ-nin İrana qarşı son zərbə planı: Tramp üçün 4 hərbi ssenari

Pentagon İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyat planları üzərində işləyir.
Axios nəşri ABŞ rəsmilərinə və mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, söhbət son zərbə kimi qiymətləndirilən və həm quru qoşunlarının istifadəsini, həm də intensiv bombardmanı ehtiva edən ssenarilərdən gedir.
Məlumata görə, ABŞ-nin sabiq prezidenti Donald Trump üçün bir neçə alternativ variant hazırlanıb. Bu planlara İranın Fars körfəzində yerləşən və strateji əhəmiyyət daşıyan adalara müdaxilə, onların blokadaya alınması, eləcə də regionda mühüm nəqliyyat marşrutlarının nəzarətə götürülməsi daxildir. Xüsusilə, İranın enerji ixracında mühüm rol oynayan ərazilərin hədəf alınmasının nəzərdən keçirildiyi bildirilir.
Mənbələrin sözlərinə görə, planlardan biri Hörmüz boğazına nəzarəti gücləndirən adalara müdaxiləni, digəri isə İranın neft ixracını həyata keçirən gəmilərin bloklanmasını əhatə edir. Bundan əlavə, strateji baxımdan vacib hesab olunan adaların ələ keçirilməsi də mümkün ssenarilər sırasında göstərilir.
Eyni zamanda, ABŞ hərbçilərinin İran ərazisinin daxilinə yönəlmiş quru əməliyyatları planlaşdırdığı da qeyd olunur. Bu əməliyyatların əsas məqsədinin nüvə obyektlərində saxlanılan yüksək zənginləşdirilmiş uranın təhlükəsizliyini təmin etmək olduğu vurğulanır.
26-03-2026, 16:15
İran mənə yeni Ali Lider olmağı təklif edib - Tramp


İran mənə yeni Ali Lider olmağı təklif edib - Tramp

İran Trampa Ali Lider olmağı təklif edib.
ABŞ-nin prezidenti Donald Tramp İranla bağlı növbəti qalmaqallı açıqlamalar verib.
Tramp iddia edib ki, İran tərəfi ona “Ali Lider” olmağı təklif edib. Onun sözlərinə görə, bu təklifi qəbul etməyib:
“İran mənə ali lider olmağı təklif etdi. Mən isə "yox, təşəkkür edirəm, bunu istəmirəm" dedim”.
Sabiq prezident əlavə edib ki, İran nümayəndələri danışıqlarda tamamilə fərqli və qəribə davranırlar və əslində ABŞ ilə razılaşma əldə etmək üçün yalvarırlar.
O bildirib ki, İran hərbi baxımdan zəiflədiyi üçün razılaşmaya getməyə məcburdur, lakin buna baxmayaraq, rəsmi Tehran ictimaiyyət qarşısında yalnız ABŞ təkliflərini nəzərdən keçirdiyini bildirir.
Tramp bu yanaşmanı sərt tənqid edərək xəbərdarlıq edib ki, İran vaxt itirməməlidir:
“Onlar işi tezliklə ciddiyə almalıdırlar. Əks halda çox gec olacaq. Bu baş verəndən sonra geri dönüş olmayacaq və nəticələr xoş olmayacaq” - o vurğulayıb.
26-03-2026, 15:53
Azərbaycana soyuqlar gəlib


Azərbaycana soyuqlar gəlib

Soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitinin dəyişəcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, kəskin hava şəraiti Bakıda və Abşeron yarımadasında martın 27-dən 29-dək, rayonlarda isə 30-dək davam edəcək.
“Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında, xüsusilə Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri ərazisindən axan çaylarda qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi ehtimal olunur”, - Gülşad Məmmədova bildirib.
26-03-2026, 15:34
Bakının ən rahat iş tapılan rayonları - SİYAHI


Bakının ən rahat iş tapılan rayonları - SİYAHI

Bakıda 70 mindən çox iş yeri yaradılıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, il ərzində paytaxtda ümumilikdə 78 min 411 yeni iş yeri açılıb. Eyni göstərici 2024-cü ildə 68 min 965 olub.
Rayonlar üzrə ən çox yeni iş yeri Nərimanov rayonunda qeydə alınıb. Bir il ərzində burada açılan iş yerlərinin ümumi sayı 14 708 olub. Onu Nəsimi (12 847), Xətai (10 897) və Yasamal (9 851) rayonları izləyir. Ən az göstərici isə Pirallahı rayonunda (30) qeydə alınıb.
Digər rayonlarda isə göstəricilər belədir:

Binəqədi 7 912
Səbail 8 172
Sabunçu 3 730
Nizami 4 608
Suraxanı 2 510
Xəzər 2 006
Qaradağ 1 140.

Eyni zamanda, 2025-ci ildə Bakıda 11 min 155 yeni müəssisə və təşkilat yaradılıb.
Bu göstərici üzrə lider Xətai rayonu (1 973) olub. Sonrakı yerlərdə Yasamal (1 785), Nərimanov (1 519) və Nəsimi (1 380) qərarlaşıb. Ən az yeni müəssisə isə yenə Pirallahı rayonunda (70) qeydə alınıb.
26-03-2026, 15:20
Afrika ölkəsinin 15 vətəndaşı Ukraynada öldürülüb


Afrika ölkəsinin 15 vətəndaşı Ukraynada öldürülüb

Zimbabve hakimiyyəti Ukraynadakı müharibədə iştirak edən vətəndaşlarının itkiləri ilə bağlı açıqlama verib.
Bildirilib ki, Rusiyanın tərəfində döyüşmək üçün cəlb olunan Zimbabve vətəndaşlarından azı 15 nəfəri həlak olub.
Məlumata görə, Ukrayna rəsmiləri ümumilikdə Afrika ölkələrindən 1700-dən çox şəxsin aldadılaraq müharibəyə cəlb edildiyini bildirir. Onların Rusiyanın tərəfində döyüşlərdə iştirak etdiyi qeyd olunur.
26-03-2026, 15:16
Qarabağda açılan iş yerlərinin sayı sürətlə artır


Qarabağda açılan iş yerlərinin sayı sürətlə artır

2025-ci ildə Qarabağ iqtisadi rayonunda iqtisadi aktivlik davam edib, yeni müəssisələrin yaradılması və məşğulluğun artırılması istiqamətində mühüm göstəricilər qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, il ərzində bölgədə ümumilikdə 270 yeni müəssisə və təşkilat yaradılıb.
Yeni yaradılan müəssisələrin sayına görə liderlər sırasında Xankəndi şəhəri və Bərdə rayonu (hər biri 60) yer alıb. Onları Ağdam rayonu (33) və Füzuli rayonu (30) izləyir. Ən az müəssisə isə Ağdərə rayonunda (4) qeydə alınıb. Şuşa (9) və Xocavənd (11) rayonları da aşağı göstəricilərlə diqqət çəkir.
Eyni zamanda, Qarabağ iqtisadi rayonunda yeni açılmış iş yerlərinin sayı 2025-ci ildə 2361 olub. Bu göstərici 2024-cü illə müqayisədə artıb. Belə ki, həmin il açılan iş yerlərinin ümumi sayı 2266 idi.
Ən çox yeni iş yeri Tərtər rayonunda (533) və Bərdə rayonunda (466) yaradılıb. Xankəndidə isə 577 yeni iş yeri açılsa da, bu göstərici əvvəlki illə müqayisədə azalma ilə müşahidə olunur. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Xankəndidə 702 iş yeri açılıb.
Orta səviyyəli göstəricilər Ağdam (187), Füzuli (143) və Xocalı (132) rayonlarında qeydə alınıb. Ən az iş yeri isə Ağdərə rayonunda (61) yaradılıb.
Şuşa rayonunda isə 2024-cü illə müqayisədə iş yerlərinin açılmasında azalma müşahidə olunub . Belə ki, mədəniyyət paytaxtında yeni iş yerlərinin sayı 352-dən 85-ə düşüb. Bunun əksinə olaraq, Bərdə və Tərtər rayonlarında əhəmiyyətli artım qeydə alınıb.
Bərdədə 2024-cü ildə açılan iş yerlərinin sayı 118 idisə, bu ötən il 466-a qalxıb. Eyni göstərici Tərtər üçün 401 və 533-dür.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!