Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
13-03-2026, 23:08
Təxirə salınmış "Neftçi" - "Qarabağ" matçının TARİXİ


Təxirə salınmış "Neftçi" - "Qarabağ" matçının TARİXİ

Misli Premyer Liqasının XXI turundan təxirə salınan "Neftçi" - "Qarabağ" matçının keçiriləcəyi tarix və saat bəlli olub.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Qarşılaşma aprelin 30-da, saat 20:00-da "Palms Sports Arena"da baş tutacaq.
13-03-2026, 22:54
Daha 50 nəfər Azərbaycana təxliyə edildi


Daha 50 nəfər Azərbaycana təxliyə edildi

Axşam saatları olmasına baxmayaraq, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam etdirilir.
1 nəfər Azərbaycan, 6 nəfər Sudan, 2 nəfər ABŞ, 15 nəfər Oman, 8 nəfər Bəhreyn, 3 nəfər Tacikistan, 1 nəfər Dominik Respublikası, 1 nəfər Kanada və 14 nəfər İran vətəndaş Azərbaycan ərazisi vasitəsilə təxliyə ediliblər. Onların sərhəddən təhlükəsiz keçidi təmin olunub.
Təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir. Sərhəd-keçid məntəqəsində vətəndaşların rahat və təhlükəsiz keçidi üçün bütün zəruri şərait yaradılıb və proses gün ərzində mərhələli şəkildə davam etdirilir.
13-03-2026, 22:43
Qadın güləşçimiz Avropa ikincisi oldu


Qadın güləşçimiz Avropa ikincisi oldu

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında gümüş medal qazanıb.
62 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Rusiya təmsilçisi Amina Tandelova ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.
Bununla da Ruzanna Məmmədova Avropa ikincisi olub.
Qeyd edək ki, Azərbaycan turnirdə indiyədək 2-si qızıl, 5-i gümüş və 3-ü bürünc olmaqla ümumilikdə 10 medal qazanıb.
13-03-2026, 22:36
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatdı


Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatdı

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos-Hortanın Azərbaycana səfəri martın 13-də başa çatıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Timor-Leste Prezidentini Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar.
13-03-2026, 22:30
Ərdoğandan İrandan raket atılmasına REAKSİYA


Ərdoğandan İrandan raket atılmasına REAKSİYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin hava məkanını pozan istənilən təhdidə qarşı zəruri tədbirlərin görüldüyünü bildirib.
Ərdoğan çıxışında Türkiyə istiqamətində atılan üçüncü ballistik raketin təxribat xarakterli olduğunu vurğulayaraq, Ankara tərəfindən hadisələrin çox diqqətlə izlənildiyini qeyd edib.
“Hadisələrin yalnız görünən tərəfinə deyil, əsasən pərdə arxasında baş verənlərə də diqqət yetiririk. Heç bir ehtimalı və heç bir ssenarini istisna etmir, bütün prosesləri ən xırda detallara qədər təhlil edib araşdırırıq. Bu çərçivədə, dünən gecə olduğu kimi, hava məkanımızı pozan hər cür təhdidin qarşısının alınması üçün lazımi tədbirləri görürük. Ölkəmizi bu od çuxurundan uzaq saxlamaq bizim birinci prioritetimizdir”, – deyə Türkiyə prezidenti bildirib.
Ərdoğan Türkiyə vətəndaşlarına müraciət edərək, İrana qarşı hücumlar fonunda qızışdırılmağa çalışılan məzhəb və etnik xarakterli təxribatlara qarşı diqqətli olmağa çağırıb.
13-03-2026, 22:22
İsrail İrana endirdiyi zərbələrin sayını açıqladı


İsrail İrana endirdiyi zərbələrin sayını açıqladı

İsrail Müdafiə Qüvvələri (İMQ) İrana və Livana endirdiyi zərbələrin sayını açıqlayıb.
Qeyd olunub ki, İrana təxminən 7600, o cümlədən ölkənin hərbi hədəflərinə 2000-dən çox və İranın raket proqramına təxminən 4700 zərbə endirilib, minlərlə əsgər öldürülüb.
Livanda isə "Hizbullah"a qarşı 1100-dən çox zərbə endirib və 380-dən çox üzvünü öldürüb.
13-03-2026, 17:18
İran diplomatları sığınacaq istəyirlər


İran diplomatları sığınacaq istəyirlər

İran İslam Respublikasının Danimarka və Avstraliyadakı iki diplomatı sığınacaq üçün müraciət edib.
“Iran International”ın əldə etdiyi məlumata görə, İranın Kopenhagen şəhərindəki səfirliyinin diplomatı Əlirza Soxbati və ölkənin Kanberra şəhərindəki səfirliyində çalışan diplomat Məhəmməd Purnəcəf sığınacaq istəyiblər.
Məlumata əsasən, Purnəcəf daha əvvəl İranın Avstraliyadakı səfirliyində müvəqqəti işlər vəkili vəzifəsini də icra edib.
Son aylarda baş verən hərbi-siyasi gərginliklər fonunda İran diplomatlarının vəzifələrini tərk edərək kənar ölkələrdən sığınacaq istəməsi ilə bağlı digər hallar da qeydə alınıb.
Qeyd edək ki, İranın BMT-nin Cenevrədəki Avropa ofisində çalışan yüksək rütbəli diplomatı Əlirza Cirani Hökm-Abad iş yerini tərk edərək İsveçrədə sığınacaq üçün müraciət edib. Həmçinin İranın Avstriyadakı səfirliyinin müvəqqəti işlər vəkili Qolamreza Derikvənd də vəzifəsindən ayrıldıqdan sonra İsveçrədən sığınacaq istəyib.
13-03-2026, 17:13
Rusiya İrana kömək edir - Tramp


Rusiya İrana kömək edir - Tramp

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir
Putinin İrana kömək edə biləcəyini bildirib.
Tramp Fox News-a müsahibəsində bildirib: "Düşünürəm ki, o, onlara bir az kömək edə bilər, bəli, yəqin ki”.
"Və o, yəqin ki, bizim Ukraynaya kömək etdiyimizi düşünür, elə deyilmi?" - deyə Amerika prezidenti soruşub.
Aparıcı Brayan Kilmid Vaşinqtonun həqiqətən də Kiyevə kömək etdiyini soruşub.
"Bəli, biz də onlara kömək edirik", - Donald Tramp təsdiqləyib.
"Və o (Putin – red.) belə deyir və Çin də eyni şeyi deyərdi. Düzünü desəm, onlar bunu edirlər, biz də edirik".
"The Washington Post" mənbələrə istinadən bildirib ki, Rusiya Yaxın Şərqdəki Amerika hərbi obyektlərinin yerləri barədə İranla məlumat paylaşır. Kreml bu ittihamlara münasibət bildirməkdən imtina edib.
13-03-2026, 12:22
“İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir”

İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir”

“Martın 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumu və həmin Forumda Müzəffər Ali Baş Komandanın çıxışı müharibədən əziyyət çəkən, sülh arzusunda olan dünyamız üçün yol xəritəsidir”.
Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı məlum Forumdakı çıxışında sülhə gedən yolu addım-addım şərh edib, Azərbaycan təcrübəsindən konkret nümunələr gətirib:
“Prezident İlham Əliyev çıxışında sülh və müharibə arasında paralellər aparıb, sülhə alternativin olmadığını konkret nümunələr əsasında Forum iştirakçılatının, eləcə də dünya ictimaiyyətinin diqqətinə çatdırıb Dövlət başçısı qeyd etdi ki, bəşəriyyətin tərəqqisi və inkişafını sitimullaşdıra biləcək yeganə amil sülhdür. Buna görə də planetimizdə sülhün bərqərar olması üçün hər bir dövlət ciddi səy göstərməli, həmrəylik nümayiş etdirməlidir.
Dövlət başçısı Azərbaycanla Ermənistan arasında uzun illərdir ki, davam edən müharibə və münaqişəyə də diqqət çəkib. Müzəffər Ali Baş Komandan bildirib ki, məhz Azərbaycanın ardıcıl səyləri, sülhə sadiqliyi nəticəsində iki dövlət arasında müharibəyə son qoyulub, de-fakto olaraq sülh təmin edilib. 2025-ci ildə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətni paraflanıb ki, bu da de-yure sülh üçün əlverişli zəmin formalaşdırıb”.
Polkovnik qeyd edib ki, dövlət başçısı Azərbaycanın müharibə təcrübəsinə də malik olduğunu, öz torpaqlarını güc yolu ilə azad etdiyini də Forum iştirakçılarının diqqətinə çatdırıb:
“Prezident İlham Əliyev çıxışnda yaxın tarixi keçmişə diqqət çəkərək Azərbaycanın öz ərazi bütövlüyünü hərbi əməliyyatlar yolu ilə bərpa etdiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan işğal etdiyi torpaqları azad etməkdən imtina etdiyi üçün Azərbaycan BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində ərazi bütövlüyünü təmin edib. Yəni Azərbaycan güc faktorunu məcbur qaldığı üçün, beynəlxalq hüquq çərçivəsində tətbiq edib və öz məqsədinə nail olandan dərhal sonra müharibəni dayandırıb.
Bütün bunları nəzərə alaraq əminliklə bildirirəm ki, XIII Qlobal Bakı Forumu beynəlxalq sülh prosesinə ciddi dəstək verəcək, dünyamızın müharibə və münaqişlərdən sülhə doğru addımlamasını böyük ölçüdə stimullaşdıracaq”.

13-03-2026, 00:20
Yunanıstan səfirliyini Bakıya köçürdü


Yunanıstan səfirliyini Bakıya köçürdü

Yunanıstan Xarici İşlər Nazirliyi cümə axşamı günü Tehrandakı səfirliyinin Azərbaycana, Bakıya köçürüldüyünü açıqlayıb.
Nazirliyin mətbuat katibi Liana Zotu bu addımın İranın paytaxtında diplomatik nümayəndəliyin təhlükəsiz fəaliyyətinə imkan verməyən pisləşən təhlükəsizlik şəraiti ilə əlaqəli olduğunu bildirib.
Məlumata görə, İranda yaşayan Yunanıstan vətəndaşlarının sayı çox az olduğu və əsasən diplomatik nümayəndəliyin ailə üzvləri və işçiləri ilə bağlı olduğu üçün Yunanıstan vətəndaşlarının İrandan geri qaytarılması ilə bağlı heç bir sorğu yoxdur.
Köçürülmənin təfərrüatları təhlükəsizlik səbəbilə açıqlanmır və proses davam edir.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!