Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
17-03-2026, 18:13
Bakıda marketdə soyğunçuluq edilib - VİDEO


Bakıda marketdə soyğunçuluq edilib - VİDEO

Paytaxtın Nizami rayonu ərazisində yerləşən mağzaların birində soyğunçuluq törədildiyi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 42 yaşlı Tərlan Abbasov və 28 yaşlı İsmayıl Dostəlizadə müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.

17-03-2026, 18:04
ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin direktoru istefa verdi - İranla müharibəyə görə


ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin direktoru istefa verdi - İranla müharibəyə görə

ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin direktoru Co Kent bu gün vəzifəsindən istefa verib.
O, bu barədə "X" platformasında paylaşım edib.
Kent bildirib ki, İranla müharibəni vicdanla dəstəkləyə bilmir.
O qeyd edib ki, İran tərəfindən Birləşmiş Ştatlara qarşı qaçılmaz təhlükə mövcud olmayıb.
Co Kent müharibənin İsrailin təzyiqi ilə başladığını iddia edib.
"Və aydın oldu ki, biz bu müharibəni İsrail və onun Amerikadakı güclü lobbisinin təzyiqi altında başlamışıq”, - Kent vurğulayıb.
Kent əlavə edib ki, bu vəzifədə xidmət etmək onun üçün şərəf olub, lakin hərbi əməliyyatları dəstəkləyə bilməyəcəyi üçün istefa vermək qərarına gəlib.
17-03-2026, 17:57
İran Futbol Federasiyası FİFA-ya müraciət etdi


İran Futbol Federasiyası FİFA-ya müraciət etdi

İran Futbol Federasiyası təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən milli komandasının Dünya Kuboku oyunlarını ABŞ-dan Meksikaya köçürmək barədə FIFA ilə danışıqlar aparır.
Bu barədə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən həftə İranın Dünya Kubokunda iştirak edə biləcəyini bildirsə də, İran "öz həyatları və təhlükəsizliyi naminə" milli komandasının ABŞ-da oynamaya biləcəyini irəli sürmüşdü.
17-03-2026, 17:48
"Neftçi" - "Qarabağ" oyununun tarixi AÇIQLANDI


"Neftçi" - "Qarabağ" oyununun tarixi AÇIQLANDI

Misli Premyer Liqasında 27, 28 və 29-cu turların oyun cədvəlləri açıqlanıb.
Peşəkar Futbol Liqasının məlumatına görə, 27-ci tur 10-11 və 12 apreldə, 28-ci tur 17, 18 və 19 apreldə, 29-cu tur isə 25, 26 və 27 apreldə oynanılacaq.
Xatırladaq ki, 28-ci turda "Qarabağ" - "Sabah", 29-cu turda isə "Neftçi" - "Qarabağ" kimi maraqlı oyunlar olacaq.

27-ci tur

10 aprel (cümə)

15:30. “Karvan-Yevlax” – “Kəpəz”
Yevlax şəhər stadionu

11 aprel (şənbə)

15:30. “Şamaxı” – “Qarabağ”
Şamaxı şəhər stadionu

18:00. “Sabah” – “Zirə”
“Bank Respublika Arena”

20:00. “Neftçi” – “Araz-Naxçıvan”
“Palms Sports Arena”

12 aprel (bazar)

15:30. “Qəbələ” – “İmişli”
Qəbələ şəhər stadionu

18:00. “Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu

28-ci tur

17 aprel (cümə)

17:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”
“SOCAR Polymer Arena”

19:30. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu

18 aprel (şənbə)

15:30. “Karvan-Yevlax” – “Şamaxı”
Yevlax şəhər stadionu

19:30. “Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika Stadionu

19 aprel (bazar)

15:30. “Kəpəz” – “İmişli”
Yevlax şəhər stadionu

18:00. “Sumqayıt” – “Qəbələ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

29-cu tur

25 aprel (şənbə)

16:00. “İmişli” – “Sumqayıt”
Quba OİK stadionu

18:30. “Qəbələ” – “Araz-Naxçıvan”
Qəbələ şəhər stadionu

26 aprel (bazar)

16:00. “Şamaxı” – “Kəpəz”
Şamaxı şəhər stadionu

19:00. “Neftçi” – “Qarabağ”
“Palms Sports Arena”

27 aprel (bazar ertəsi)

18:00. “Turan Tovuz” – “Zirə”
Tovuz şəhər stadionu

20:00. “Sabah” – “Karvan-Yevlax”
“Bank Respublika Arena”
17-03-2026, 17:16
Yeraltı “raket şəhərləri” – İran Keşmdə nələr gizlədir...


Yeraltı “raket şəhərləri” – İran Keşmdə nələr gizlədir...

ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda İranın Keşm adası turizm və ticarət mərkəzi olmaqdan çıxaraq ön xətt qalasına və ABŞ dəniz piyadaları üçün əsas strateji hədəfə çevrilib.
Bu barədə Al Jazeera məlumat yayıb.
Bildirilir ki, körfəzin ən böyük adası olan Keşmin sahəsi 1,4 min kvadrat kilometrdir və burada təxminən 148 min nəfər yaşayır. Ada Bəndər-Abbas liman şəhərindən cəmi 22 kilometr məsafədə yerləşir və Klarens boğazına nəzarət etməklə Hörmüz boğazına girişə strateji üstünlük verir.
Analitiklərin fikrincə, Keşm İranın “asimmetrik” dəniz gücü strategiyasının əsas platformalarından biridir və faktiki olaraq “qaçılmaz aviadaşıyıcı” rolunu oynayır.
Livanın istefada olan briqada generalı Həsən Cuni Al Jazeera-yə açıqlamasında bildirib ki, adada yerləşən və “raket şəhərləri” kimi tanınan yeraltı komplekslər ciddi zərbə imkanlarına malikdir. Onun sözlərinə görə, geniş yeraltı tunel və baza şəbəkəsi Hörmüz boğazına effektiv nəzarət etməyə və lazım gəldikdə onu bağlamağa imkan verir.
Məlumata görə, hazırda boğazdan gəmiçilik demək olar ki, dayanıb. Bu vaxtadək yalnız az sayda tankerin keçidinə icazə verilib. ABŞ prezidenti Donald Trampın administrasiyası akvatoriyanı zorla açmaq üçün beynəlxalq hərbi-dəniz koalisiyası yaratmağa çalışır. Digər ölkələr isə öz gəmiləri üçün təhlükəsiz tranzit təmin etmək məqsədilə Tehranla danışıqlar aparır.
17-03-2026, 17:00
Təcridxanaya ayaqqabıda narkotik keçirmək istədilər


Təcridxanaya ayaqqabıda narkotik keçirmək istədilər

Əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.
Bildirilib ki, həbs olunmuş şəxsə qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd bükülüdə 2,810 qram qurudulmuş marixuana və 1,233 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
17-03-2026, 16:48
"Bəsic"in 300 üzvü öldürülüb - KİV


"Bəsic"in 300 üzvü öldürülüb - KİV

İsrail dünən gecə İrana endirdiyi zərbələr nəticəsində 300 "Bəsic" komandiri və döyüşçüsü öldürüb.
Bu barədə “Iran International” kanalı məlumat yayıb.
Məlumata görə, "Bəsic" lideri və döyüşçüləri ilə yanaşı, yüzlərlə nəqliyyat vasitəsi və motosikletin yerləşdiyi böyük təmir və texniki xidmət mərkəzinə də hücum edilib.
Xatırladaq ki, “İranın İslam İnqilabı Keşikçiləri Korpusunun “Bəsic” Müqavimət Qüvvələrinin komandiri Qulamrza Süleymani Tehranda öldürülüb.
17-03-2026, 16:35
Prezident nazirlikdə müavinlərin sayını artırdı


Prezident nazirlikdə müavinlərin sayını artırdı

Prezident İlham Əliyev "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, nazirin müavinlərinin sayı 5-dən 6-ya çatdırılıb.
Müavinləri vəzifəyə dövlət başçısı təyin edir və vəzifədən azad edir. Nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
17-03-2026, 16:32
Orta aylıq əməkhaqqı və orta aylıq pensiyanın məbləği


Orta aylıq əməkhaqqı və orta aylıq pensiyanın məbləği

2026-cı ilin 1 mart tarixinə Azərbaycanda orta aylıq əməkhaqqı 1103,8 manat, orta aylıq pensiya 593 manat, yaşa görə orta aylıq pensiya 632 manat təşkil edib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, 2018-ci ildən bəri icra olunan 5 sosial islahat paketinin bir istiqaməti olaraq pensiyalarda davamlı artımlara nail olunub. Nəticədə orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinin (əvəzetmə əmsalı) qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılmasında mühüm irəliləyişə əldə edilib.
2018-ci ilə nisbətən orta aylıq pensiya 40,7 faizdən 54 faizə, yaşa görə orta aylıq pensiya 45,8 faizdən 57,2 faizə çatıb.
17-03-2026, 16:30
Polşa Azərbaycana təşəkkür etdi


Polşa Azərbaycana təşəkkür etdi

Bu gün Polşa Respublikasının xarici işlər naziri Radoslav Şikorski Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, nazirlər Yaxın Şərqdə davam edən müharibənin regional və qlobal səviyyədə ciddi təhlükəsizlik təhdidləri yaratdığını, deeskalasiyanın və danışıqlar prosesinin bərpasının əhəmiyyətini vurğulayıblar.
Polşa naziri İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumlarını qətiyyətlə pisləyib və ölkəmizlə həmrəyliyini ifadə edib. Polşa naziri ölkəsinin diplomatlarının və vətəndaşlarının İran ərazisindən təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.
Telefon danışığı zamanı həmçinin Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub. Nazirlər telefon danışığı zamanı həmçinin digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!