“20 sentyabr-Neftçilər günü” münasibəti ilə ARDNŞ-in rəsmiləri Fəxri Xiyabanı ziyarət ediblər. Dövlət Neft şirkətinin prezidenti Rövnəq Abdullayev və bir sıra rəsmilər ümummilli lider Heydər Əliyevin məzarına əklil qoyublar.
Xatırladaq ki, ölkə başçısının imzaladığı fərmanla 2001-ci il 20 sentyabrdan hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilir.