Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                       
Tarix : Bu gün, 00:00
Türkman Məmmədovun   İgidlik Salnaməsi


Xudafərində Ucalan Ruh

Türkman

Məmmədovun

İgidlik Salnaməsi


Azərbaycanın hər bir qarış torpağı şəhid qanı ilə suvarılıb, hər şəhid qanından bir igid boy göstərib. Hər şəhər, hər rayon ,hər kənd öz qəhrəman oğulları ilə öyünür, fəxredir. Bəli, Gədəbəyin uca dağları qədər məğrur bir gənc də Türkman Məmmədov da məhz bu torpaqda boya-başa çatmışdı. Gədəbəy yurdu da Türkman kimi cəsur oğulları ilə qürur duyur. Gədəbəy rayonunun Hacılar kəndində dünyaya göz açan, dağ havası ilə böyüyən bu gəncin ürəyi hələ uşaq yaşlarından vətən eşqi ilə döyünürdü.
Türkman Məmmədov 2005-ci ildə Sabunçu rayonunda yerləşən Cəbrayıl rayonu 22 saylı tam orta məktəbin birinci sinfinə qədəm qoyur. Məktəbin direktoru Mustafa Qəhrəmanov onu çox ağıllı, tərbiyəli və vətənpərvər bir şagird kimi xatırlayır. İbtidai sinif müəllimi Rüxsarə müəllimədən "Ana" və "Vətən" sözlərini yazmağı öyrənən Türkman, illər sonra bu müqəddəs anlayışlar uğrunda canını fəda edəcəkdi.
2019-cu ildə həqiqi hərbi xidmətə çağırılanda o, bu vəzifəni müqəddəs bir borc kimi qəbul etdi. "N" saylı hərbi hissədə, Hava Hücumundan Müdafiə Qoşunlarında atıcı-zenitçi kimi xidmətə başladı. O, bir əsgər kimi öhdəsinə düşən məsuliyyət hissini ürəyində fəxrlə daşıyırdı. Komandirlərinin etimadı Türkman xidmət etdiyi ilk gündən intizamlı və mehribanlığı ilə seçilirdi. Batareya komandiri, kapitan Elman Mirzəyev onu belə xatırlayır: "Türkman işdən qorxmayan, bacarıqlı bir hərbçi idi. Nə çətinliyi olsa, çəkinmədən mənə və ya baş çavuş Salman Səmədova deyərdi. Amma hər sözünün sonunda bir inam vardı: 'Komandir, narahat olmayın, bu işin də öhdəsindən layiqincə gələcəyik'."
2020-ci ilin iyulunda baş verən Tovuz hadisələri və General Polad Həşimovun şəhadəti Türkmana çox ağır təsir edir. Korpus komandiri Seymur Şükürovun dediyinə görə, Türkman generalın ölümündən sonra özünə yer tapa bilmir və daxilindəki qisas hissi ilə işğal altındakı torpaqlarımızın azad olunacağı günü gözləyir.

"27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Türkman Füzuli, Cəbrayıl və Qubadlı istiqamətində gedən ən ağır döyüşlərdə iştirak etdi. Manqa komandiri Xanoğlan Cəfərovun yaddaşına həkk olunan bir hadisə Türkmanın daxili dünyasını tam şəkildə ifadə edir:
"Cəbrayıl istiqamətində Araz çayı boyunca təmizləmə əməliyyatı aparırdıq. Qəfil qarşımızda əzəmətli Xudafərin körpüsü göründü. Türkmanın gözləri parladı. O, dərhal kapitan Elman Mirzəyevə yaxınlaşıb xahiş etdi: 'Komandir, icazə verin, bu bayrağı körpünün bizə aid olan hissəsinə mən asım!' Kapitan ona ehtiyatlı olmağı, ərazinin minalı ola biləcəyini tapşırsa da, Türkmanı saxlamaq mümkün deyildi. O, sanki quş olub uçurdu. Türkman körpüyə doğru qaçıb bayrağımızı ucaldanda, çayın o tayındakı cənublu qardaş-bacılarımız bu tarixi anı çəkir, var gücləri ilə 'Yaşa Azərbaycan!', 'Qarabağ Azərbaycandır!' deyə hayqırırdılar."
Vətən müharibəsi Türkman üçün torpaqlarımızı düşməndən təmizləmək və arzularına çatmaq üçün bir zəfər yolu idi. O, döyüşlərdə böyük şücaət göstərərək irəliləyir. Şəhadətə ucaldığı an gözlərini səmaya dikməsi sanki onun mənəvi ucalığının göstəricisi idi. Komandiri həmin anı belə təsvir edir: "Mən onda dedim ki, Polad Həşimovun ruhu ilə sənin ruhun artıq görüşüb. O, sənə 'şəhadətə tam layiqsən' deyəcək."
Lakin müharibənin amansız üzü Türkmanı sevənlərindən ayırdı. 2020-ci ilin oktyabrın 27-də Xocavəndin Zoğalbulaq və Şəxri kəndləri uğrunda gedən şiddətli döyüşlərdə Türkman qəhrəmancasına şəhid oldu. Manqa komandiri Xanoğlan Cəfərov o ağır dəqiqələri ürək ağrısı ilə xatırlayır:"Türkman mənim gözlərim önündə şəhid oldu. O mənzərəni, onun o son anındakı məğrurluğunu heç cür unuda bilmirəm. Onu heç vaxt unuda bilməyəcəm..."
Bu gün Türkman təkcə valideynlərinin deyil, bütün Azərbaycan xalqının fəxr etdiyi şəhid oğludur. Valideynləri öz vəsaitləri hesabına yaşadıqları evin bir otağını onun xatirə muzeyinə çeviriblər. Sabunçu rayonunda yerləşən bu muzeydə qəhrəmanın şəxsi əşyaları, hərbi hissədən verilən fəxri fərmanlar və foto şəkilləri nümayiş olunur.

Muzey mütəmadi olaraq məktəblilər tərəfindən ziyarət edilir. Türkmanın valideynləri gələn şagirdlərə onun döyüş yolu və vətənpərvərliyi haqqında məlumat verərək, şəhidimizin adını və amallarını gələcək nəsillərin yaddaşına həkk edirlər.
Millətin Qəlbində Yaşayan Qəhrəman Göstərdiyi rəşadət dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Türkman Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad edilməsinə görə", "Cəbrayılın azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə" medalları və eyni zamanda Fəxri fərmanlarla təltif olundu.
26 iyun Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə 6 ildən sonra nəhayət ölümündən sonra 3- cü dərəcəli "VƏTƏNƏ XİDMƏTƏ GORƏ"ordeni ilə təltif olunub. Bu gün Türkman Məmmədovun ad

Ruhu şad olsun! Yox , Türkman ölməyib onun Xudafərində ucalan ruhu Bütöv Azərbaycanı, eləcə də Turan dünyasını gəzib- dolaçır. Onun haqqında çox və nə qədər ki, Azərbaycan var, yenədə yazılacaq. Qələm dostum Vaqif İsaqoğlunun igid və unudulmaz Türkmana yazmış olduğu dörd yarpaq şerlə vətənin qəhrəman oğlunu bir daha yad edir, müqəddəs ruhu qarşısında baş əyirəm.
Vətən göylərdə ruhun dolaşır,
Ruhunla vətənə keşik çəkirsən.
Məzarın dönübdü ziyarətgaha,
Daha and yerisən , ocaqsan, pirsən.
***
Müqəddəs qanınla tarix yazmısan,
Bu tarix hər zaman oxunacaqdı.
Mən indi bildim ki, şəhid qardaşım,
Bu dünya yalandı, o dünya haqdı.
***
Hər gecə bir mələk göydən enərək,
Məzarın önündə diz çöküb gedir.
Yatdığın torpağa sığal çəkərək,
Göz yaşı axıdıb, oh çəkib gedir.
****
Şəhid balasıyla öyünür Vətən,
Vətənə ən yaxşı oğuldu Türkman.
Vətənin yolunda şəhid olaraq,
Günəş tək yenidən doğuldu Türkman.


Hüseyn İsaoğlu,
yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü.


Paylaş



Bölmə: Şəhidlər / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!