Allah rəhmət eləsin!Ömür vəfa etmədiyi kimi, günlər də gözləmir. Artıq Hacı Qasımın dostlarını, doğmalarını tərk edib, balalarını boynubükük qoyduğu vaxtdan 40 gün keçir.
Aslanov Qasım Satılmış oğlu 1979-cu ildə, sentyabrın 1-də Zəngəzur mahalının Pürülü kəndində doğulmuşdu. 1988-ci ildə, 9 yaşındakən, erməni faşistlərinin silahlı basqını nəticəsində dogma yurdunu tərk etmək məcburiyyətində qalmışdı. Valideynlərilə birlikdə Zəngilan rayonuna pənah gətirən Qasımın taleyi orda da gətirmədi. 29 oktyabr 1993-cü ildə Zəngilan işğal olunanda 15 yaşlı Qasım ikinci dəfə qaçqınlıq həyatı yaşamağa məhkum oldu. Valideynləri Abşeron rayonunun Mehdiabad qəsəbəsində məskunlaşdı. Ailəlikcə el-obanın hörmətini qazandılar. Gənc yaşlarından Həcc ziyarətinə gedən Qasım Aslanov, elə gənclik illərindən yas mərasimlərində ağsaqqllıq elədi, ağır yığnaqlı məclisləri yüksək əxlaqla, ədəb-ərkanla idarə elədi. Artıq 5 həftəni keçib ki, Hacı Qasım axirət evindədir, amma onun əziz xatirəsi tanıyanlarının ürəyində, sevənlərinin qəlbindədir.
Mərhumun şair həmyerlisi İsrayıl Lətifoğlu onun cismən yoxluğunu iki bənd şeirlə belə ifadə edib:
Sənin yoxluğunu mən necə deyim?!Sənin yoxluğunu mən necə deyim?!
Gəlib məzarına ellər Hacının.
Dünən yolum düşdü qəbiristanlığa,
Ağlayır üstündə güllər Hacının.
Yox oldu bir anda xoş arzu, dilək,
O qoca dağlardan gəlmədi kömək.
Gəlin baş daşına nəzər yetirək,
Yazılıb ayları, ili Hacının…P.S. Tamxil Ziyəddinoğlu Aslanovlara Qasım Aslanovun cavan yaşında dünyadan köçməsinə kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.