Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 29-10-2024, 16:20
“Hizbullah”ın yeni lideri kimdir? - DOSYE


“Hizbullah”ın yeni lideri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Livanda yerləşən “Hizbullah” şiə təşkilatına yeni lider seçilib.
“Əl-Cəzirə” televiziyasının məlumatına görə, “Hizbullah”ın yeni lideri Şeyx Naim Qasım indiyə kimi hərəkatfa baş katibinin müavini olub.
Naim Qasımın adı açıqlamadan sonra onun neçə yaşında olduğu və həyatı gündəmə gəlib.
Bəs Şeyx Naim Qasım kimdir?
“Hizbullah”ın yeni lideri Naim Qasım 1953-cü ildə Livanın Keferkila bölgəsində anadan olub.
Evli və altı uşaq atası olan Naim Qasım ilahiyyat təhsili alıb. Daha sonra Livan Universitetində kimya üzrə bakalavr təhsilini tamamlayıb.
Universiteti bitirdikdən sonra 6 il kimyadan dərs deyən Naim Qasım Müsəlman Tələbələr Birliyinin qurucuları arasında yer alıb.
1974-1988-ci illərdə İslam Dini Təhsil Dərnəyinin başqanı vəzifəsində çalışıb.
“Hizbullah” hərəkatının yaranmasında mühüm rol oynayan Naim Qasım 1991-ci ildə baş katibin müavini təyin olunub.
Bu il sentyabrın 27-də İsrail tərəfindən həyata keçirilən hava hücumu nəticəsində Həsən Nəsrullahın öldürülməsi Şeyx Naim Qasımın “Hizbullah”ın yeni lideri seçilməsinə səbəb olub.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!