Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                       
Tarix : Bu gün, 22:10
Dədə Qorqud ruhunu   yaşadan sənətkar

Dədə Qorqud ruhunu

yaşadan sənətkar


Bakının mərkəzində, "28 May" metrosu yaxınlığındakı kiçik emalatxana sadəcə iş yeri deyil, həm də unudulmaqda olan bir tarixin, köçkünlük ağrısının və ustad sənətkar irsinin yaşandığı bir saz ocağıdır. Bu günlərdə yolumuz həmin emalatxanaya düşdü. Qərbi Azərbaycanın Göyçə mahalından köçkün düşmüş tanınmış sazbənd Rizvan Şahmalı oğlu Qurbanovla səmimi söhbət elədik. Bu söhbət bizi həm Göyçənin sazlı-sözlü dünyasına apardı, həm də bir sənətkarın fədakar ömür yolunu gözlərimiz önündə canlandırdı. Haşiyə: Rizvan Qurbanov 1959-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalı, Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya göz açıb. Göyçə mühiti hər zaman aşıq sənətinin, sazın-sözün beşiyi hesab olunub. Rizvan ustanın uşaqlıq və gənclik illəri də bu zəngin mədəni mühitdə formalaşıb. Lakin 1980-ci illərin sonunda baş verən məlum tarixi hadisələr və deportasiya dalğası onun da taleyindən yan keçməyib."Biz Qərbi Azərbaycanın Göyçə mahalından qaçqın gəlmişik. 1989-cu ildən bəri Bakıda yaşayıram," – deyən Rizvan usta, yurd itkisinin ağrısını bu gün də ürəyində gəzdirir. Doğma kəndindən, bərəkətli Göyçə torpağından ayrılmaq məcburiyyətində qalsa da, o, özü ilə bərabər Bakıya ən qiymətli xəzinəsini – saz sənətinə olan sevgisini və ustadlarından öyrəndiyi sənətkarlıq sirlərini gətirib. Hər bir böyük sənətkarın arxasında ona yol göstərən, əlindən tutan bir ustad dayanır. Rizvan Qurbanov üçün bu şəxs Azərbaycan Neft Kimya Akademyasının müəllimi əslən Göyçəli olan tanınmış elm adamı Kimya Elimləri Doktoru Pənah Qurbanov olub. Rizvan usta sənətə gəlişini böyük ehtiramla xatırlayır: "Bu sənəti mənə Pənah müəllim öyrədib". Pənah müəllimdən öyrəndiyi dərslər sadəcə quru ağac parçasından musiqi aləti yonmaqdan ibarət olmayıb. O, ustaddan ağacın dilini anlamağı, pərdələrin düzülüşündəki riyazi dəqiqliyi və ən əsası, saza ruh verməyin sirlərini mənimsəyib. Bu gün Rizvan ustanın əlindən çıxan hər bir saz ustadı, professor Pənahın müəllimin ona miras qoyduğu ənənəvi sazbəndlik məktəbinin canlı sübutudur.

1989-cu ildən Bakıda məskunlaşan sazbənd, illər ərzində "28 May" metrosu yaxınlığındakı emalatxanasını aşıq dünyasının mərkəzlərindən birinə çevirib. Bura sadəcə sazların təmir olunduğu yer deyil, həm də ustad sənətkarların, aşıqların toplaşdığı, dərdləşdiyi bir məkandır. Rizvan usta illər ərzində neçə-neçə ustad aşığın sazını bərpa etdiyini, onlara yenidən həyat verdiyini qürurla qeyd edir. Sazın qolu əyiləndə, çanağı çatlayanda və ya pərdəsi kökdən düşəndə aşıqlar birbaşa Rizvan ustanın emalatxanasına üz tuturlar. Sazların bərpası prosesində isə emalatxanada qızğın sənət söhbətləri qurulur. Rizvan usta bura gələn sənətkarlarla ustad aşıqlar, qədim dastanlar, sazın pərdələri və sənətin gələcəyi haqqında saatlarla bəhs etdiklərini bildirir. Bu söhbətlər qədim Göyçə aşıq mühitinin Bakıdakı kiçik bir modelini xatırladır. Sazbənd Rizvan Şahmalı oğlu Qurbanovun həyatı və fəaliyyəti bir sənətkarın öz kökünə, mədəniyyətinə necə sadiq qala biləcəyinin bariz nümunəsidir. Göyçənin Nərimanlı kəndindən başlayan, qaçqınlıq çətinliklərindən keçən və Bakının mərkəzində qərar tutan bu ömür yolu sazın sehrinə bürünüb. Rizvan usta öz emalatxanasında qədim aşıq ruhunu -Dədə Qorqud ruhunu, Dədə Ələsgər ruhunu yaşadır və hər toxunuşu ilə Azərbaycanın milli-mədəni irsinə əvəzsiz töhfələr verməyə davam edir.
Əllərin var olsun , ustad!

Hüseyn İsaoğlu,
yazıçı-publisist,
AYB və AJB üzvü.

Dəyərli oxucular usta Rizvan haqqında yazılmış bir neçə şeri də sizlərlə bölüşürəm.
Sazbənd Rizvana
Sənət dünyasının sərkərdəsisən,
Həmişə dağ kimi dur usta Rizvan.
Sənət aləmində, saz dünyasında
Həmişə möhrünü vur usta Rizvan.
****
Can qurban verərsən bir təmiz ada,
Sənə əl eləyir günəş də, Ay da
Öz Qorqud sazınla qoca dünyada,
Sən yeni bir dünya qur usta Rizvan.
****
Qaracan söz qoşar , saz sənətinə,
Qızıl əllərinə, dəyanətinə.
Cəm ustadlar gələr ziyarətinə,
Haqq səni yaradıb pir usta Rizvan
Qaracan Borçalı

Dəli könlüm havalandı,
Rizvanın otağında.
Qəlbimizə nur ələndi,
Rizvanın otağında
***
Sənətkar, sənətdən dedi,
Aşıq məhəbbətdən dedi.
Dörd tərəf cənnətə döndü,
Rizvanın otağında.
***
Məcnun sığal çəkir saza,
Bülbüllər qayıtdı yaza,
Sinəm dolu , ilham təzə,
Rizvanın otağında.
***
Telli sazlar dilə gəldi,
Bir "Sarı tel " yola gəldi.
Gələn gülə-gülə gəldi,
Rizvanın otağında.
***
Şair unutmaz bu dəmi,
Hikmətdi sənət Aləmi,
Salman götürdü qələmi,
Rizvanın otağında.
Salman qazi
Rizvanın
Sənət aləmində elə iz qoyub,
Qalacaq tarixdə adı Rizvanın.
Ana sazımız bir süs verıb ki,
Fəxr edir doğması, yadı Rizvanın.
***
Düzəltdiyi hər saz gözü oxşayır,
Ulu bir sənətin yükün daşıyır.
Pərdədən boylanıb, sazda yaşayır,
İsidir qəlbləri odu Rizvanın.
***
Ay Urfan gələndə sazın avazı,
Qışda çiçəkləyir baharı, yazı.
Yüz illər qalacaq ustadın sazı,
Sənətdə pasportu budu Rizvan
Urfan Qurbanov.


Paylaş



Bölmə: Borçalı / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!