Rusiyanın 55 milyon dollarlıq qırıcısı məhv edildi .....                        İlon Mask qalmaqallı postunu sildi .....                        11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub .....                        Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar .....                        Bakıda faciəvi qəza - 3 nəfər öldü .....                        Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı .....                        17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA .....                        Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ .....                        “ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ .....                       
Tarix : 16-09-2013, 10:23
Bakının qurtuluş günü ilə bağlı Türkiyə Şəhidliyi ziyarət olunub.


Bakının qurtuluş günü ilə bağlı Türkiyə Şəhidliyi ziyarət olunub.

1918-ci il 15 sentyabr tarixində Bakının düşmən işğalından qurtuluş gününü qeyd etmək üçün Yeni Nəfəs Gənclər Təşkilatının təşkilatçılığı ilə ziyalıların, müxtəlif təşkilat nümayəndələrinin, gənclərin iştirakı ilə Türkiyə türklərinin ruhuna ucaldılmış Şəhidlik ziyarət olunub.
Şəhidlik önünə güllər qoyulub, Şəhidlərin ruhuna dualar oxunduqdan sonra çıxış edən Seymur Həsənli bildirib ki,Türkiyənin şanlı tarixində Azərbaycan türklərinin rolu olduğu qədər, Türkiyə türklərinin də Azərbaycanın şanlı tarixində öz rolu olmuşdur. “1918-ci ildə Azərbaycanın müstəqilliyi Tiflisdə elan olunub sonradan Gəncəyə köçsə də, Bakı hələ də ingilis-rus-erməni işğalı altında idi. Bakının işğaldan azad edilməsində Türkiyə türklərinin əvəzsiz rolu olmuşdur. Bu sırada Ənvər paşanı, Nuru paşanı yad etməmək mümkün deyil. 28 may tarixində Tiflisdə elan olunan müstəqillik, indi Bakıda oturub Təbrizin müstəqilliyini elan etməyə bərabər bir hadisə idi”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət, Azərbaycan Milli Elmlər Akademiyasının alimi Babək Abışov, Dünya Azərbaycanlıları Konqresi daimi şurasının sədri Əjdər Tağızadə, İnam Ata Ocaqlarından İşıqlı Atalı, Qarabağ qazisi, "Mina Qurbanları Sosial-İqtisadi Problemlərin Həllinə Kömək" İctimai Birliyinin sədri Həsən Həsənov çıxış edərək Bakının qurtuluşunun əhəmiyyətindən bəhs ediblər. Onlar bəzi şəxslərin bilərəkdən Bakının qurtuluşunda Türkiyə türklərinin rolunu azaltmağa çalışdığını, bununla Azərbaycan və Türkiyə arasına mənfi toxumlar səpməyə çalışdığını diqqətə çatdırıblar.
Ziyarətdə Bütöv Azərbaycan Ocaqlarının, Uluslararası Güney Azərbaycan Konseyinin, Demokratik İslahatçı Gənclər İctimai Birliyinin və digər təşkilatların nümayəndələri də qatılıb.
Sonda xatirə şəkilləri çəkilib, tarixi məsələlərdə ictimai təşəbbüslərin daha da gücləndirilməsinin mühümlüyü bildirilib.

Bakının qurtuluş günü ilə bağlı Türkiyə Şəhidliyi ziyarət olunub.

Bakının qurtuluş günü ilə bağlı Türkiyə Şəhidliyi ziyarət olunub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!