Bələdiyyə seçkilərinin ilkin nəticələri .....                        Salyanda faciə: bir ailənin 4 üzvü öldü .....                        Suriyanın yeni prezidenti elan edildi .....                        Avropanın sərhədimizdəki missiyasının müddəti uzadıldı .....                        Ən çox seçici aktivliyi olan dairə .....                        Bələdiyyə seçkilərində 1.8 milyon insan iştirak edib .....                        Fatma Mahmudova xəstəxanaya yerləşdirildi .....                        Səsvermə ilə bağlı şikayət daxil olmayıb .....                        Bakıda tikiləcək 10 yeni metro stansiya ilə bağlı detallar .....                       
Tarix : 27-01-2014, 11:53



"Borçalı" İctimai Cəmiyyəti Məhəmməd Əmin Rəsulzadəyə sevgisini paylaşdı


M.Ə. Rəsulzadə ilə bağlı konfransda tarixçi alimlər və siyasətçilər bir araya gəldilər. “Rəsulzadə
Yanvarın 26-da “Borçalı” İctimai Birliyinin təşkilatçılığı ilə Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş konfrans keçirildi. Konfransda tanınmış ziyalılar, Məhəmməd Əmin irsini tədqiq edən tarixçi alimlər, siyasətçilərdən Müsavat başqanı İsa Qəmbər, VHP sədri Sabir Rüstəmxanlı, Milli Şura sədri Cəmil Həsənli və jurnalistlər iştirak edirdilər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi sayğı duruşu ilə anıldı.

“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli qeyd etdi ki, konfransın keçirilməsində məqsəd Rəsulzadə irsi, onun yubileyi tədbirindən başqa, həm də XX əsr Azərbaycan və Gürcüstan istiqlal tarixində Borçalı türklərinin rolundan söhbət açmaqdır.

Professor Nəsib Nəsibli Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində rolu olan tarixçilərin adlarını sadalamaqla yanaşı, onların araşdırmalarının gələcək nəsillərə böyük töhfə verəcəyini də vurğuladı.Daha sonra çıxış üçün söz tarixçi alim, Milli Şuranın sədri, professor Cəmil Həsənliyə verildi. O, Rəsulzadə haqqında yazdığı kitablar haqqında məlumat verərək bu irsin öyrənilməsi üçün hər zaman çalışacağını vurğuladı. Milli Şura sədri bildirdi ki, tarixdə heç kəs heç kəsin yerini tutmur. Azərbaycanın milli azadlıq hərəkatında, millət kimi özünüdərkində, bir yumruq kimi birləşməsində Rəsulzadənin rolu çox böyükdür və bunu nə indi, nə də ki, gələcək nəsillər dana bilər.
Nəsiman Yaqublu, Kərəm Məmmədov, Vaqif Arzumanlı, Firdovsiyə xanım və Faiq Ələkbərov Rəsulzadə ilə bağlı çox mühüm tarixi faktlardan danışdılar.

Müsavat başqanı İsa Qəmbər çıxışına konfransın təşkilinə görə, “Borçalı” cəmiyyətinə təşəkkür etməklə başladı: “Məhəmməd Əmin Rəsulzadə çoxminillik Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərindən biridir. Mən Rəsulzadənin qurduğu partiyanın başqanı olmaqla yanaşı, bir Məhəmməd Əmin Rəsulzadə vurğunuyam. Böyük şəxsiyyətlərin arasında ən böyüyünü seçmək haqqımın olduğunu düşünürəm. Mənim də seçimim Rəsulzadədir. Doğurdan da Cümhuriyyət dövrü çox möhtəşəmdir. Azərbaycanın çiçəklənmə, qızıl dövrüdür. O vaxt təkcə Azərbaycan yox, bütün dünya, bütün islam aləmi üçün dəyərli şəxsiyyətlər yetişib. Zərdabidən, Axundovdan başlayaraq, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğluya kimi yüzlərlə dəyərli insanlarımız olub. Bütün bu ziyalılarımızın ortaya qoyduğu ideologiyanı birləşdirərək bəşəriyyətə təqdim edən isə Məhəmməd Əmin Rəsulzadə olub. Azərbaycanda ilk siyasi partiyanı Rəsulzadə qurub. Rəsulzadə ilə bağlı hər mərhələ bir məktəbdir. Öyrənə-öyrənə gedirik və öyrənməliyik.O, zamanını qabaqlayan bir şəxsiyyət idi. Çoxluğun fikri ilə oturub durmaq, böyük siyasətçilərin görəcəyi iş deyil. Onlar xalqdan, cəmiyyətdən irəlini görməlidirlər. Rəsulzadə o vaxt xalqın üzərinə götürdüyü bütün ağırlığın altına özünü verdi. O ağırlığı paylaşaraq yüngülləşdirdi. Böyük Rəsulzadə “İnsanlara hürriyyət, millətlərə istiqlal”, söyləyib. Bu şüarda da o insanlara demokratiyanı istiqlaldan öndə qoyub. Daha sonra o deyib ki, azadlıq ümumbəşəri bir məsələdir. Onun bu fikirlərini dünya dövlətləri indi qəbul edir. Yəni, tam təhlükəsizlik yoxdursa, tam azadlıq da ola bilməz ”.

Konfransın gedişində Cəmil Həsənli, Nəsiman Yaqublu, Kərəm Məmmədov, Vaqif Arzumanlı, Şirməmməd Hüseynov, Firdovsiyə xanım və Faiq Ələkbərova Azərbaycan tarixinin tədqiqində göstərdikləri fədakarlıqlara görə, “İlin Şərəf medalı”təqim edildi.
Butov.az


Paylaş



Bölmə: Borçalı / Şəkilçarx / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!