Gənc oğlan dəm qazından zəhərləndi
Gəncədə zəhərlənmə hadisəsi baş verib.
2006-cı il təvəllüdlü A.Ağayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, gənc oğlan yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.