"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 3-12-2025, 18:00
"Söyüş blogerləri"nin ekstradisiyası niyə baş tutmur? - Səbəblər AÇIQLANDI


"Söyüş blogerləri"nin ekstradisiyası niyə baş tutmur? - Səbəblər AÇIQLANDI

Xaricdəki "söyüş blogerləri" adlandırılan İlqar Hacıyev, Məhəmməd Mirzəli, Qurban Məmmədov, Elşad Məmmədov, Qabil Məmmədov, Tural Sadıqlı və digərləri barədə Azərbaycan Baş Prokurorluğu tərəfindən istintaq işləri başladılıb və onlardan bəziləri barədə qiyabi məhkəmə hökmü verilib.
Buna baxmayaraq, həmin şəxslərin hələ də ölkəyə ekstradisiyasının baş tutmaması ciddi müzakirələrə səbəb olur.
Bu proseslə bağlı hansı addımların atıldığı və məsələnin qarşısını alan nüansların nələr olduğu maraq doğrurur.
Hüquqşünas, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əlimməmməd Nuriyev bildirib ki, Azərbaycan tərəfi üzərinə düşən hər bir hüquqi addımları atıb:
“İstintaq tamamlanıb, sübutlar toplanılıb və məhkəmənin hökmü çıxarılıb. Bir çoxları barədə beynəlxalq axtarış elan edilib. Ekstradisiya üçün lazım olan hüquqi baza tam formadadır. Bundan sonra top müraciət edilən tərəfdədir. Problem ondadır ki, bəzi ölkələr şəxslərin əməllərinə hüquqi deyil, siyasi yanaşır. Təhqir, şantaj, reketlik, nüfuzdan salma, ailə üzvlərinin alçaldılması kimi hərəkətlər Avropanın özündə, yəni həmin blogerlərin yaşadığı ölkələrdə cinayəttərkibli əməllərdir. Amma həmin dövlətlər bu adamları “ifadə azadlığı” altında qoruyur. Yəni hüquq işləmir, siyasi maraqlar işə düşür.
Azərbaycan ekstradisiya müraciətlərini diplomatik kanallarla göndərir. Sadəcə, bu cür müraciətlər ictimaiyyətə açıqlanmır. Bu da beynəlxalq praktikada tətbiq olunan alətlərdən biridir. Bu müraciətlər açıqlandığı təqdirdə həmin şəxslər o ölkələri tərk etməyə, yenidən gizlənmək və digər müxtəlif yollarla yayınmağa çalışarlar. Ona görə bu müraciətlər diplomatik kanallar, prokurorluq vasitəsi ilə müvafiq qaydada təqdim olunur. Bizim tərəf beynəlxalq sənədlərə və milli qanunvericiliyə uyğun olaraq bütün hüquqi öhdəlikləri yerinə yetirib. Qarşı tərəf buna siyasi motivlə yanaşır. Məhz siyasi səbəbdən proses saxlanılır. Burada bir sıra hallarda irəliləyişləri görmürük”.
Ə.Nuriyev blogerlərlə bağlı, Avropa ölkələrinin yanaşmasının ikiüzlülük olduğunu vurğulayıb:
“Barəsində ekstredisiya ilə bağlı müraciət edilən şəxslər ya həmin ölkələrdə oturum, ya da sığınacaq alıblar. Bunlar da prosesə mane olan tərəflərdir. Sığınacaq statusu verilən kimi ekstradisya məsələsi faktiki olaraq bağlanılır. Avropa sistemində “siyasi təqib” ehtimalı kifayətdir ki, həmin şəxslərin qaytarılması prosesi dayandırılsın. Bu mexanizm on illərdir ki, manipulyasiyaya açıqdır və indi çoxlarının maraqlarına xidmət edir. Əslində isə həmin şəxslərin demək olar ki, heç biri siyasi fəal deyil. Onların fəaliyyəti sırf kriminal xarakterlidir. Həmin blogerlərin çıxışlarının da yalnız kriminal, böhtan, şantaj xarakterli məlumatlar və bütün dəyərlərdən imtina var. Qanunların bütövlükdə geniş formada pozulması prosesi baş verir. Onların fəaliyyətinin yeganə məqsədi ayrı-ayrı siyasi-ictimai xadimləri, vəzifəli şəxsləri nüfuzdan salmaqdır, bunların arxasında bir çox hallarda əlbəttə ki, maliyyə tələbləri də olur. Eyni zamanda onların yaşadığı ölkələrdə siyasi sifarişlər olur ki, onu icra edirlər. Heç bir demokratik ölkə ailə üzvlərinə qarşı alçaldıcı ifadələri, sistemli təhqiri, şantajı, reketliyi, hədə-qorxunu rəsmi olaraq siyasi fəaliyyət saymır. Azərbaycana gələndə bu adamlar ya “siyasi məhbus” və ya “rejim tənqidçisi” imicində qorunur. Bu açıq-aşkar ikiüzlülük, ikili standartdır”.
Ə.Nuriyev barəsində məhkəmə hökmü olan blogerləri daxildən də müdafiə edənlərin olduğunu qeyd edib:
“Bəli, fakt ondan ibarətdir ki, müəyyən dövrlərdə Ramiz Mehdiyev və bəzi siyasi dairələr bu şəxslərin xaricə çıxmasına, “siyasi fəal” obrazı qazanmasına kömək edib. O zamanın siyasi oyunlarının nəticəsiydi ki, bu gün qarşımızda belə bir sistemli destruktiv qüvvə çıxır. Bir çox hallarda onlar ciddi sürətdə fəaliyyətlərini koordiasiya edirlər. Ölkə daxilindən onların fəaliyyəti koordinasiya edilir, onlara yalan informasiyalar ötürülür. Dezinformasiya bu şəxslərin əlindəki əsas alətlərdən biridir. Amma qeyd etməliyəm ki, həmin şəxslərin geri qayıtmaması xarici ölkələrin siyasi, iqtisadi, maliyyə maraqlarıdır. Onlar bu adamları Azərbaycana qarşı təzyiq rıçağı kimi saxlayırlar. Və hazırki şəraitdə onları qoruyurlar. Ola bilsin ki, yenə də bir çox dövlət qurumarında, siyasi qüvvələrdə bəzi şəxslər bu adamların ekstredisyasının qarşısını almaq üçün müxtəlif təsirlər göstərirlər.
Amma bu gün prosesin qarşısını alan daha çox xarici siyasi mərkəzlərdir. Onların sosial şəbəkələrdə yaratdığı aqressiya, yalan kampaniyaları, reputasiya hücumları bəzi ölkələrin siyasi dairələri üçün çox əlverişlidir. Heç bir xərc çəkmədən Azərbaycana qarşı informasiya müharibəsi aparmaq imkanı əldə edirlər. Dezinformasiyanın böyük bir şəbəkəsi yaradılıb. Bu təsir ucuz başa gəlir. Video “like” etmək, təhqir etmək yetər ki, regional proseslərdə Azərbaycana təzyiq üçün hazır materiallar olsun. Onlar bu alətlərdən zaman-zaman istifadə ediblər.
Azərbaycan doğru yol seçib, hüquqi prosesi tam başa çatdırıb. İndi əsas iş diplomatik xəttdədir. Daha müxtəlif diplomatik kanallarla qarşı tərəfə açıq sübutlar, dəlilər paketi təqdim edilir. Qarşı tərəfin “siyasi motiv” bəhanələri hüquqi arqumentlərlə tamamilə dağıdılmalıdır. Bu istiqamətdə addımlar atılsa da, qarşı tərəf buna bir çox hallarda məhəl qoymur. Bu şəxslərin kriminal xarakterli fəaliyyətləri beynəlxalq tərəfdaşlara daha sərt formada izah edilməlidir. Bu istiqamətdə Baş Prokurorluq, hüquq-mühafizə orqanları - Daxili İşlər Nazirliyi, Dövlət Təhülkəsizlik Xidməti izahat işi aparır. Bir çox hallarda bəzi nəticələr də var. Tərəflər nə qədər siyasi oyun oynasa da, hüquq öz sözünü deməlidir. Çünki bütün məsələlər sonda hüquq müstəvisində həll olunur. Amma bir məsələni də realist şəkildə qeyd etmək lazımdır ki, prosesin taleyi qarşı tərəfin siyasi iradəsindən də asılıdır. Bu adamları alət kimi saxlamaqdan imtina etməzlərsə, ekstradisiya çətin olacaq. Azərbaycan lazımi addımları atır və atmağa davam edəcək. Çünki bu məsələ artıq konkret şəxslərin deyil, dövlətin nüfuz məsələsidir”.


Paylaş



Bölmə: Müsahibə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!