Təbrik edirik!Bu gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşı və “İnnovasiya Könüllüləri” İctimai Birliyinin Baş Katibi Təhmasib İmaməliyevin doğum günüdür.Təhmasib bəy ali təhsil illərindən etibarən gənclər siyasəti və tələbə özünüidarəetmə sahəsində aktiv fəaliyyət göstərmişdir. Tələbə Gənclər Təşkilatında qrup meneceri kimi başladığı fəaliyyətini növbəti mərhələlərdə fakültə rəhbəri və ADPU TGT-nin sədri olaraq davam etdirmişdir. Rəhbərliyi dövründə təşkilatın daxili və xarici tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynamış, gənclərin inkişafına yönəlmiş layihələrin icrasını təmin etmişdir. Bu xidmətlərinə görə o, 2022–2023-cü illərdə “İlin Tələbə Gənclər Təşkilatı Sədri” adına layiq görülmüşdür.
Zəngin ictimai fəaliyyəti və qazandığı uğurlu nailiyyətlər müvafiq gənclər təşkilatları, eləcə də müxtəlif dövlət strukturları tərəfindən yüksək qiymətləndirilərək fəxri fərman və təltiflərlə mükafatlandırılmışdır. Fəaliyyəti dövründə dövlət əhəmiyyətli bir çox tədbirlərdə yaxından iştirak etmiş, həmçinin dövlət səviyyəli layihələrin icrasından birbaşa rol oynamışdır.
2024-cü ildən etibarən isə “İnnovasiya Könüllüləri” İctimai Birliyinin Baş Katibi vəzifəsini icra edən Təhmasib bəy, qısa müddət ərzində təşkilatın strukturunun təkmilləşdirilməsi və daxili idarəetmənin optimallaşdırılması istiqamətində səmərəli islahatlar həyata keçirmişdir. Hazırda o, bu fəaliyyəti ilə paralel olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində də məsul vəzifə icra edir.
“Hərbi Jurnalistlər Birliyi” İdarə Heyəti adından Təhmasib bəyi doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayırıq.