Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
14-06-2026, 14:35
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı


Qurtuluşdan Zəfərə

uzanan yolun

başlanğıcı


15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi kimi tarixə düşüb. 1993-cü ildə ölkədə hökm sürən dərin siyasi, iqtisadi və hərbi böhran şəraitində xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası və müstəqilliyin qorunması baxımından həlledici rol oynayıb.

1987-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrindən istefa verən Heydər Əliyevin siyasi səhnədən uzaqlaşdırılmasından sonra Azərbaycana qarşı ərazi iddiaları daha da fəallaşıb. Müstəqilliyin ilk illərində isə ölkədə idarəetmə böhranı, siyasi qarşıdurmalar, qanunsuz silahlı dəstələrin fəaliyyəti, separatçılıq meylləri və iqtisadi tənəzzül dövlətin mövcudluğunu ciddi təhlükə altına salıb.
1993-cü ilin ortalarında ölkədə vəziyyət daha da gərginləşərək vətəndaş qarşıdurması və parçalanma təhlükəsi yaranıb. Həmin dövrdə xalqın böyük əksəriyyəti çıxış yolunu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Azərbaycanın müxtəlif bölgələrindən gələn çağırışlara cavab verən Ulu Öndər 1993-cü il iyunun 9-da Bakıya gəlib və qısa müddətdə ölkədə sabitliyin təmin olunması istiqamətində qətiyyətli addımlar atıb.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Məhz bu tarix sonralar Milli Qurtuluş Günü kimi Azərbaycan xalqının yaddaşına həkk olunub. Onun hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitliyin bərpası, dövlət institutlarının möhkəmləndirilməsi, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi və dövlətçiliyin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Ulu Öndər Heydər Əliyev həmin dövrdə çıxışlarının birində bildirirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”. Bu prinsip sonrakı illərdə həyata keçirilən siyasətin əsasını təşkil edib.
1993-2003-cü illər ərzində ölkədə ictimai-siyasi sabitlik təmin olunub, iqtisadi islahatlara başlanılıb, nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atılıb, beynəlxalq əlaqələr genişləndirilib və Azərbaycanın dünya birliyinə inteqrasiyası sürətlənib. “Əsrin müqaviləsi”nin imzalanması, yeni Konstitusiyanın qəbul edilməsi və çoxpartiyalı siyasi sistemin formalaşması da həmin dövrün mühüm nəticələri sırasında yer alıb.
Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası sonrakı illərdə də uğurla davam etdirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib, iqtisadi və siyasi nüfuzunu artırıb, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Vətən müharibəsində qazanılan tarixi Zəfər və Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri də Ulu Öndərin siyasi kursunun uğurlu davamı kimi qiymətləndirilir.
Bu gün Azərbaycan xalqı Milli Qurtuluş Gününü dövlətçiliyin xilası, milli birliyin təntənəsi və müstəqil Azərbaycanın inkişaf yolunun başlanğıcı kimi qeyd edir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Məhz həmin tarixdən etibarən Azərbaycan sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoyaraq müasir, güclü və nüfuzlu dövlətə çevrilib.

Məhərrəm İbadov

Abşeron Rayov Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası
14-06-2026, 13:00
BİR ÖMÜRLÜK XATİRƏ...

BİR ÖMÜRLÜK XATİRƏ...

(Masallıda məzunlar 50 ildən sonra görüşdülər)
Kövrək duyğular, şıltaq və ərköyün uşaqlıq illəri, yeniyetməlik dövrünün astanasında əsl vətəndaş kimi yetişib həyatın qoynuna atıldığımız T.Bayraməlibəyov adına Yeddioymaq kənd 2 saylı tam orta məktəbindən məzun olduğumuz 1976-cı ilin 31 may günü. 50 il əvvəlki həmin illərə qayıtdıq,
yarım əsrə bərabər o günlərin xatirələri təzələndi 7 iyun 1026-cı ildə. Bu xatirələr 70 yaşın qovşağında məzunların ömürlərinə bir naxış vurdu, nur çilədi qəlblərə.
Məktəbin həyətinə toplaşan məzunların sinif otağına girib bir neçə dəqiqəlik parta arxasında şagird kimi oturub əziz və hörmətli müəllim Yusif Balayevi diqqətlə dinlədilər. Veteran müəllim bu dəfə Azərbaycan və Ədəbiyyat fənnini yox “Həyat dərsi”ni keçdi. Həyatın enişli-yoxuşlu yollarını keçən keçmiş şagirdlərinə sağlam həyat, polad iradə, səbr, təməli möhkəm olan ailə modeli arzuladı. Onlara diqqətə görə razılıq edib, ən xoş arzularını bildirdi. Tədbirin təşkilatçılarına minnətdarlıq etdi. Bu günkü görüşdən çox məmnun olduğunu dilə gətirdi.
Dünyasını dəyişən əziz müəllimlərin və sinif yoldaşlarının ruhuna dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edildi. Mircəfər ağa Vidadi, Allahşükür, Xəlil, Camal, Asif, Hasil, Qurban, Oğlanxan, Əlikömək, Qismət, Fərasət, Raqif və Süleyman orta məktəb illərinin şirin və yadda qalan anlarından kiçik epizodlar danışdıqca üzlərə təbəssüm qonur, şaqraq gülüş səsləri ətrafa yayılırdı.
Tədbir dağlar qoynunda yerləşən şəffaf bulaqları, gözəl təbiət mənzərəsi ilə Cənub bölgəsində məhşur olan “Viləş” otelin yaxınlığında yerləşən "Masallı süfrəsi" restoranında ləzzətli təamlarla dolu olan stol və şən musiqi sədaları altında davam etdirilirdi. Açıq mikrofon məzunların ixtiyarına verilmişdi. Hər kəs oynaq musiqilər altında rəqs edib arzu və istəklərini bildirir, Rauf qardaşımız isə bu xoş günləri və anları video kameranın yaddaşına köçürür. Sintizator ifaçısı Heybət məzunların sifarişlərini məmnuniyyətlə dinləyib, hər kəsin zövqünə uyğun musiqi səsləndirir, onları şənləndirməyə çalışır.
Həyat fani, ömür qısa olduğunu nəzərə alan məzunlar hər il bir araya gəlib görüşməyi qərara aldılar. Rusiya Federasiyasından "Məzun günü"nə canlı bağlantı ilə qoşulan Səmayə xanım həmvətənlərinə -sinif yoldaşlarına təbriklərini çatdırıb heç zaman bir-birlərini unutmamağı tövsiyə etdi. Məzunlar xatirə şəkli çəkdirib görüşmək ümidi ilə ayrıldılar.
Allahşükür KƏRİMOV,
AJB -nin üzvü, «QANUN HƏDƏF» qəzetinin bölgə müxbiri.
14-06-2026, 10:27
Könüllərə köçən Saleh


Könüllərə köçən Saleh

İkinci Qarabağ müharibəsi tariximizin ən şərəfli səhifəsidir. 44 gün davam edən bu haqq savaşımızda torpağını canından artıq sevən, Vətən qeyrətli, dağ vüqarlı, polad biləkli ər igidlərimiz yağıya diz çökdürərək qazanılan şanlı qələbə ilə xalqın mənliyini, kimliyini bir daha bütün dünyaya bildirdilər. Bu müqəddəs yolda tarix yazıb şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də 1992-ci il aprelin 30-da Biləsuvar rayonunun Günəşli kəndində dünyaya göz açan Saleh Nurəddin oğlu Ağayevdir. O, şəhid ömrünü yaşamaqla bizim üçün böyük mənəvi sərvət qoyub. Bu sərvətin özündə Vətənə, onun torpağına, daşına ilahi bir sevgi var. Həmişəlik bütöv bir xalqın qəhrəmanlıq simvolunu adında yaşadan Saleh Ağayevin ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, “Hərbi xidmətə görə”, eləcə də Füzulinin, Cəbrayılın azadlığı uğrunda medalları doğmalarına bir təsəllidir.
Vətənini canından artıq sevən, igidliyi, mərdliyi, dürüstlüyü el-obada ona hörmət, rəğbət qazandıran Saleh Ağayev erməni dığalarına yerinə göstərmək amalı ilə 2010-cu ildə ordu sıralarına yollanıb. Cəbhə bölgəsində əsgərliyə başlayan Saleh bildirib ki, Vətən hər şeydən müqəddəsdir. Onu göz bəbəyi kimi qorumağa, çətində yolunda canımızı qurban verməyə hazır olmalıyıq. Həmçinin Ali Baş Komandan müharibə əmri versə, ön sırada düşmənin üzərinə mən gedəcəyəm.
Xidmət borcunu şərəflə yerinə yetirən, cəsurluq, igidlik, mərdlik həyat kredosu olan əsgər Saleh hərbi hissədə qısa zaman kəsiyində hamının sevimlisinə çevrilib. Düşməndən qisas almaq məqsədilə qatıldığı böyük cəsarət, hünər tələb edən təlimlərdə göstərdiyi fədakarlıq, eləcə də qürur, heyrət doğuran məqamlar hamıya nümunə olub. Vətəninə, torpağına necə ürəkdən bağlılığı çətin tapşırıqları layiqincə yerinə yetirməklə bildirib. Azərbaycanın hər qarışını canından əziz tutan Salehin köksündə çırpınan ürəyi yağıya əsir düşən müqəddəs, əzəli yurd yerimiz olan Qarabağı azad edib evə dönmək arzusu ilə döyünüb. Elə bu arzusu, Vətənə ilahi sevgisi əsgərlikdən sonra da yenidən şanlı formanı geyinməsinə səbəb olub. 2012-ci ildən etibarən xidmətini kiçik gizir kimi davam etdirib. Hər an işğalçı erməni dığalardan qisas alacağı günü gözləyib. Və buna tam hazır olmaq üçün şəxsi heyət arasında keçirilən müxtəlif təlimlərdə döyüş igidliyinə görə fərqlənib. Nümunəvi xidməti, ədəb-ərkanı, ləyaqəti, sədaqəti onu əsgərlərin, zabitlərin yanında başıuca edib.
Azərbaycan Ordusunun kiçik giziri olan Saleh Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan xalqımıza məxsus torpaqların azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlayan Vətən müharibəsinin ilk günlərində yağının kabusuna çevrilib. Ən qaynar nöqtələrdə döyüşüb, yaşının çərçivəsinə sığmayan qəhrəmanlıqlar göstərib. Cəbrayılın çox kəndinin azad olmasında axıradək düşmənlə vuruşub və ona ciddi itkilər verib. Cəbhənin hansı istiqamətində vuruşubsa, quduz erməni faşistlərinə qan qusdurub. Çox yerdə Azərbaycanın üçrəngli qələbə bayrağını asanlardan olub. İgid Vətən oğlu Saleh oktyabrın 11-də Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub. Qana susamış düşməni qanda boğmaqla əlçatmaz, ünyetməz göylərə ucalıb. Vətənə, torpağa canını fəda etdiyinə görə Saleh Ağayev əbədi yaşamaq üçün könüllərə köçüb.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü




.




14-06-2026, 08:23
Abşeron rayonunun tam orta   məktəblərində “Son zəng”


Abşeron rayonunun tam orta

məktəblərində “Son zəng”



Abşeron rayonunda fəaliyyət göstərən tam orta məktəblərdə “Son zəng” tədbirləri keçirilib.
Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə təşkil olunan “Son zəng” tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları, şəhid ailələri, qazilər, o cümlədən valideynlər iştirak ediblər.
Dövlət Himni oxunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev məzunları və pedaqoji kollektivi Qurtuluş Günü və “Son zəng” münasibəti ilə təbrik edərək bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də böyük inkişaf əldə olunub. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitsde-Prezidetn Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Abşeron rayonu da daxil olmaqla respublika ərazisində yüzlərlə orta məktəb tikilib, mövcud binalar isə əsaslı şəkildə təmir olunub, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatlar aparılıb.

RİH başçısı xalqımızın Vətən Müharibəsində qazandığı zəfərdən danışıb, qələbə üçün döyüşən igid övladlarımızın müstəqil Azərbaycanın orta məktəblərində formalaşdığını, təlim-tərbiyə olunduğunu, milli vətənpərvər ruhunda yetişdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
A.Fərzəliyev tarixi qələbədə payı olan qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirərək qeyd edib ki, Azərbaycan xalqı şəhidlərimizi daim qəlblərdə yaşadacaq, bugünkü və gələcək nəsillər hər zaman onlardan ibrət götürəcək.
Sonda RİH başçısı Abdin Fərzəliyev Vətən Müharibəsi şəhidi Ruslan İsmayılovun oğlu Nihat İsmayılovu orta məktəbi bitirməsi münasibəti ilə təbrik edib, ona gələcək həyatında uğurlar arzulayıb.
14-06-2026, 08:16
Xaməneinin vəsiyətinə əməl olunacaq

Xaməneinin vəsiyətinə

əməl olunacaq


İranın sabiq rəhbəri Əli Xamənei 9 iyulda Məşhəddə dəfn ediləcək.
Bu barədə Əli Xaməneinin dəfn mərasimi üzrə qərargahı məlumat yayıb.
Məlumata əsasən, onun vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Müsalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.
Qum şəhərində vida mərasimindən sonra Əli Xamənei öz vəsiyyətinə uyğun olaraq 9 iyulda Məşhəddə torpağa tapşırılacaq.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!