Təbrik edirik!İnsan həyatı mübarizələrdən ibarət bir yoldur. İnsan rahat yaşamaq üçün uyğun bir yol seçməli və o yolla da maneələri sağlam şəkildə aşmaqla yürüməlidir. Uğurlu insanlar bu mübarizə yolunu ağılla, səbrlə, təmkinlə irəliləyir. Sonda məqsədinə çatmaqla yanaşı, böyük məqamlara doğru yüksələrək mükəmməl, faydalı bir insana çevrilir.
Bu cür mükəmməl insanlardan biri də AMEA nəzdində RSXM-in Kadrlar şöbəsinin müdiri Fəridə xanım Axundovadır. Fəridə xanım kollektivimizdə hörmətəlayiq bir xanımdır. O öz işini yüksək keyfiyyətlə və dəqiqliklə yerinə yetirməklə yanaşı, mehriban davranışı ilə də əməkdaşların dərin hörmət və rəğbətini qazanmışdır. Onun bilik və bacarığından gənc əməkdaşlar faydalanmaqla yanaşı, bəzən özündən yaşca böyüklər də hər hansı bir iş üçün ondan məsləhətlər alırlar. O da öz növəsində şöbəyə gələn hər kəsi çox diqqət və səbrlə dinlədikdən sonra, öz faydalı məsləhətləri ilə insanlarda xoş təəssürat yaradır. Bəzən adi bir söz belə insanın ruhuna toxunur, mənfi fikirlərdən ayırıb müsbət fikirlərin formalaşmasına səbəb olur. Fəridə xanım da məhz bu cür yanaşmayla insanın ruhuna toxunmağı bacarır, insanlara çıxış yolunun düzgün yol olduğunu israrla aşılamağa çalışanlardandır.
Fəridə xanım qayşıkeş ana, mədəni, səmimi, zəhmətkeş yoldaş, dövlətinə və xalqına faydalı olmağa çalışan bir xanımdır.
Fəridə xanımın bu il 55 yaşı tamam olur və bu münasibətlə onu kollektivimiz adından səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik və işlərində müvəffəqiyyətlər arzu edirik.
Mən inanıram ki, zaman gələcək,
Qəmli gözlərimiz bir gün güləcək.
Haqq tərəzisinin ağır gözündə,
Hər zaman yaxşılıq qalib gələcək! Yamən Orucova