Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                       
Tarix : Bu gün, 15:21
İstedad və zəhmətin gücü


Rəhim Əliyev

fillogiya elmləri doktoru,
professor


İstedad və zəhmətin gücü

Mən İbrahim Quliyevi əlli ilə yaxındir ki, tanıyıram. İşlədiyim “Ədəbiyyat və incəsənət” qəzeti Zevin küçəsindən indiki Mətbuat prospektinə köçəndən sonra İbrahimin tərçüməçi işlədiyi “İdman”-“Sport” qəzeti də doqquzuncu mərtəbədə yerləşirdi. Onun bahalı qara dəri pencəyi vardı, Əfqanıstanda hərbi tərcüməçi kimi çalışmış, döyüşlərdən və ağır müharibədən keçmişdi, o, ağır-ağır yeriyir, az danışııırdı. Həmişə qaş-qabaqlı görünürdü. Amma onu yaxından tanıyandan sonra çox kövrək, həssas, xeyirxah insan olduğunu gördüm. Davanın psixozu görünür hələ canında idi.
Bir müddət sonra İbrahim Quliyev Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda İran filoloogiyası şöbəsində işləməyə başladı. Bu mərhələdən bizim oununla ünsiyyətimiz daha da sıxlaşdı. İbrahim Birinci Qarabağ müharibəsində Əfqanıstandan gəlmiş döyüşçülərin tərcüməçisi kimi yenidən cəbhəyə gedib, döyüşlərdə fəal iştirak etdi. Xalq hərəkatı başlanandan sonra isə İbrahim yeni mərhələnin fəal publisistlərindən birinə cevrildi, müxtəlif mətbuat orqanlarında çalışdı və Sabir Rüstəmxanlının yaratdığı Vətəndaş Həmrəyliyi Partiyasınıın eyniadlı qəzetini buraxmağa başladı. Bu iş üçün onun sağlam düşüncəsi, biliyi və xeyirxah niyyəti kifayət qədər idi. İbrahim hərəkatdaki çayxana millətçilərindən fərqli olaraq, yaradıcı və elmli ziyalıların hərəkatda və onun redaktə etdiyi qəzetdə iştirakina xüsusi əhəmiyyət verir və onların qəzetdə iştirakına qayğı ilə yanaşıırdı. Bu, Vətəndaş Həmrəyliyi Partiyasının inkişafına və populyarlaşmasına güclü təsir göstərirdi. Onun buraxdığı qəzetdə mənim də xeyli yazılarım çap olundu.
İrəlidə qeyd etdiyim kimi, İbrahim həm də çox istedadlı bir publisistdir. O, qəzet redaktoru olduğuna görə nisbətən az yazırdı. Amma keyfiyyətli yazırdı. Siyasi proseslərin düzgün və obyektiv izahını verirdi. Onun əsas mövzularından biri də Azərbaycan ədəbiyyatı və onun ənənələri idi. Xüsusilə xalqımızın milli hüquqları və demokratiya uğrunda mübarizələri, onların ədəbiyatımızda və mətbuatımızda əksi idi. Bu barədə o qısa, amma çox tutarlı yazılar yazırdı. 2005-ci ildə İbrahim Quliyevin ən yaxşı kitablarından biri “Ədəbiyyatımızin azadlıq mücadiləsi” işiq üzü gördü. Bu, Azərbaycan marifçi mətbuatının qabaqcıl ənənələrini davam etdirən bir toplu idi. Burada repressiya illərində təqib və sürgünlərə məruz qalan, məhv edilən Azərbaycan ziyalılarının mübarizə yolundan, yaşadıqları faciələrdən bəhs edən oçerklərlə yanaşı, Meydan hərəkatı dövrünün siyasi-ictimai mənzərəsini əks etdirən analitik yazılar, ictimai fikri formalaşdıran məqalələr toplanmışdı. İbrahim göstərirdi ki, kor radikalizm, əməlsiz çayxana milllətçiliyi nəinki bəhrəsiz və milli ənənəyə ziddir, bu həm də ziyanlıdır. Çünki çağırışlarlarla, aqressiv şüarlarla heç nə dəyişmir, dünyanı üzaqgörən təlimlər və ardıcıl əməli iş dəyişdirir.
İbrahimin püblisistikada radikalizmdən sonra ikinci hədəfi tamahkarlıq və korrupsiyadır. O, vəzifəsinə, sosial statusuna baxmadan xalq malına tamah salanları, korrupsiyaya qurşananları amansızcasına, cəsarətlə tənqid edirdi. Bunu o həm öz qələmi ilə edir, həm də qəzetin informasiya siyasətini bu yönə çevirirdi. Nəticədə, bu xətt onun başçılıq etdiyi qəzetin susmasının əsas səbəblərindən oldu. Lakin hər ipin iki ucu var, qəzetsiz İbrahim öz enerıisini elmi-pedoqoji fəaliyyətdə toplaya bildi.
İbrahim Quliyev ixtisasca şərqşünasdır, İran filologiyası üzrə mütəxəssisidir. Amma pərəstişkarları onu zərif lirik şair, farscadan incə tərcümələr müəllifi, nizamişünas alim və polemik publisist, Baki Slavyan Universitetinin kafedra müdiri, gözəl müəllim kimi tanıyır. BDU-nun şərqşünaslıq fakültəsini bitirdikdən sonra zabit kimi Əfqanıstanda hərbi xidmət keçmiş, müşavir və tərcüməçi kimi çalışmışdı. Əfqanıctan müharibəsinin odunu-alovunu keçməsi həyatda İbrahimin mühüm dayaqlarından biri oldu, çünki artıq ona dünyanın sərt üzünü tanımaq əzabı lazım deyildi. Əfqanıstan veteranlarından ona ən yaxın adamlardan biri istedadlı yazıçı Əlibala Hacızadə idi. Onlar İbarhimlə Şərqşünaslıq institutunda birlikdə, İran filologiyası şobəsində işləyir və dostluq edirdilər. Əlibala da Əfqanıctan yolu keçmişdi. Onların ədəbi görüşlərində də paralellik vardı. Heç biri predmetsiz, yaltaq ədəbi məclisləri, cürbəcür ittifaqları sevmirdilər, amma hər ikisi irandilli ədəbiyyatlardan tərcümələr edir, mətbuatda çalışır və elmi işi də davam etdirirdilər.
Əlibala Hacızadənin dünyasını dəyişməsi İbarahimə ağır təsir göstərdi, xeyli müddət onu çaşqın vəziyyətdə qoydu…

İbrahim fitri bədii istedadı olan bir adamdır. Parlaq söz yaddaşı sayəsində o, klassik və müasir fars dilini, Əfqnıstanda işlənən qədim İran dialektlərini gözəl bilir. O həm də müasir farsdilli interneti, İran ədəbiyyatşünaslığını yaxşı öyrənib və başlıcacı elmi informasiya çoxluğunda, dəryasında balıq kimi üzür. Əslində bu bilik yox, elmi fəhmdir. İbrahim qısa bir vaxtda istənilən bir məsələni öyrənib ondan baş çıxara bilir, yazılar da yazır. Onun “Nizami Gəncəvi və zərdüştilik” mövzusunda namizəlkik dissertasiyası nizamişünasların diqqətini cəlb etmiş və iki dəfə kitab şəklində nəşr edilmişdir. 2012-ci ildə baş tutan “Nizami və zərlüştilik” kitabı müdafiədən sonra ikinci dəfə “Nizami yaradıcılığında zərdüştilik” (2018) adı ilə yenidən işlənərək, mükəmməlləşdirilərək çap edilmişdir. Bu qiymətli əsərdə zərdüştiliklə bağlı İran və Qərb mənbələri uğurla ümumiləşdirilmişdir.
Əsərin mühüm uğurlarından biri Azərbaycan ədəbiyyatında və tarixində zərdüştiliyin yeri və izlərinə dair məlumatları yenidən toplayıb qiymətləndirməyə çalışmışdır. İbrahim Azərbaycanın zərdüşti irsinə qısqanc yanaşma hallarını tənqid etmişdir. O öz tədqiqatında bir daha göstərirdi ki, Azərbaycanda zərdüştiliyin ənənələri və tarixi cox dərin köklərə malikdir və elmi qısqanclıq halları, islami ənənələri şişitməklə bunları elmi gündəlikdən aparmaq və kənarlaşdırmaq mümkün deyil. Bu mövqeyi təkzibedilməz edən faktlardan biri də məhz Nizami Gəncəvinin yaradıcılığı və oradakı zərdüştiliklə bağlı motiv və süjetlərdir. Aydındır ki, Nizami irsini və dünyagörüşünü zərdüştilik probleminə tendensiyalı münasibətdə qınamaq olmaz və bunun üçün heç bir əsas yoxdur.

İbrahim Quliyev həm də istedadlı şair və tərcüməçidir, bunlar onun sözü gedən kitabında əsas yer tutur. Onun həm klassik fars şeirindən, həm də yeni İran şeirindən tərcümələri kitaba zənginlik və rəngarənglik verir. On yeddinci əsr şairi Məczub Təbrizinin “Şahrahi-nicat” əsərinin, İranın məşhur qadın şairəsi Foruq Fərruxzadın şeirlərindən tərcümələri deyilənlərə ən yaxşı misal sayıla bilər. Xüsusilə sonuncu öz fərdiyyəti, poetik ruhu baxımından İbrahimə daha yaxındır, onların dünyaduyumundakı yaxınlıq tərcümələri İbrahimin öz şerlərinə oxşadır. Fikir başlanğıcının qabarıqlığı, orijinal assosiasiyalar, təmkinli düşüncə axını bu nümunələrin ümdə xüsusiyyətləridir.
İbrahimin klassik Şərq poeziyasının nəhəngləri Cəlaləddin Rumidən, Hafiz Şirazidən etdiyi tərcümələri mürəkkəb sufi konstruksiyasının və terminologiyasının Azərbaycan dilində sadə, lakin obrazlı şəkildə ifadəsinin uğurlu tapıntıları kimi diqqəti cəlb edir. İbrahim təkcə poetik nümunələri deyil, “Pəhləvi kraliçasının xatirələri” romanını, “İrəvan bir müsəlman vilayəti idi” adlı tarixi tədqiqat əsərini, “Dünyanı fəth edən Nadirin tarixi” (“Tarixi-Nadir”) adlı əsəri dilimizə çevirmişdir.
Hesab edirəm ki, xalq şairi Sabir Rüstəmxanlı İbrahimin “Dar ağacı” kitabına yazdığı önsözdə onun poetik fərdiyyətinin əsas xüsusiyyətlərini çox uğurla ümumiləşdirmişdir. O haqlı olaraq göstərir ki, İbrahim şeirdə say, ücüz populyarlıq dalınca qaçmır, ancaq yeni şeir onun qəlbində hazır formaya düşdükdən sonra onları kağıza köçürür, oxucularına təqdim edir. Elə buna görə onun şeirlərinin əksəriyyətində tapıntı və yenilik müşahidə etmək olar. Kitabın birinci bölməsində verilmiş “Sənə ürəyimdə bir ev tikmişəm” adlı şeir bu baxımdan çox səciyyəvidir. İlk baxışda ürəkdə ev tikmək anlayışı nahamvar görünür, lakin ciddi diqqət yetirəndə canlı danışıqda doğma olan ev tikmək ifadəsi yeni obrazlılıq axtarışı kimi uğurlu səslənir, zövqlü oxucunu razı salır.
Sənə ürəyimdə bir ev tikmişəm,
Hopub divarına payız sarısı.
Sənə ürəyimdə bir ev tikmişəm
Orda qurd ulayır gecəyarısı.
Orda sənsizlik var, bir də həsrətin,
Orda çiçəkləri külək daramır.
O ev gözlərinə bənzəyir sənin,
Yağışlar yağanda tavanı damır.

(Sənə ürəyimdə bir ev tikmişəm)
Qarabağ müharibəsində qələbəmizə həsr edilmiş “Ey Ali Baş komandan” şeiri də siyasi-ictimai siqləti baxımdan səciyyəvidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanıb zəfərlə bitən müharibəmizi şair “uzaq ümidlərimizin həqiqətə çevirilməsi” kimi səciyyələndirir. Bu bənzətmənin dəqiqliyi heyrətamizdir: axı otuz il ərzində çoxumuz torpaqların qayıdacağına ümidlərimizi itirmişdik. Bunun əsası da var idi, bütün xristian dünyası erməni millətçilərini himayə edirdilər. Lakin məhz Ali Baş Komandanımmızın qətiyyəti, uzaqgörünən siyasəti sayəsində milli ümidlərimiz çin oldu və insanlar öz rəhbərlərini sevdilər:
Sən döyüş meydanında
Yenilməz sərkərdəsən.
…Bəlkə də sən İsasan,
Bəlkə də Mehdi sənsən.
Tanrı göndərib səni
Xalqı xilas edəsən.
Əmr et hücuma keçək
Keçək bu yolda candan.
Ey yenilməz qəhrəman-
Ey Ali Baş komandan.

İbrahimin ən yaxşı şeir kitablarından biri “Dar ağacı”dır (1997). Qarabağ müharibəsi bitəndən sonra işııq üzü gördü. Adından göründüyü kimi kitabda əsgər borcu, döyüşçü hünəri və qəhramanlıq mövzuları əsas xətt təşkil edir. Bu müharibə Böyük Vətən müharibəsindən sonra xalqımızın vətənçi qüvvələrini sınağa çəkdi. Müharibə bizim ictimai fikir üçün keçmişdə qalmışdı, nağıla və mifə çevrillmişdi. Lakin rus-erməni ittifaqının hərbi təcavüzü, 20 faiz ərazilərimizi işğal etməsi ölkədə yeni reallıq yaratdı. Əsgər və fədai olmaq, canını vətənə və torpağa qurban vermək zəruri, lakin cətin bir seçim oldu. Digər həmkarları kimi İbrahim Quliyev də Əfqanıstandaki əsgərlik yolunu xatırladı, yenidən cəbhəyə yollandı və bu müharibələrin dərsləri ilə gənc nəsli tanış etdi.
İki il sonra şairin yeni kitabı çıxdı: “Yovşan ətirli dünya” (1999) artıq lirik duyğularla aşılanmış bir kitab idi, şairin addım-addım dünyanın lirik ətirlərinə daxil oilmasını, dinc həyata alışmasını əks edirdi. Növbəti kitabda qəzəliyyat ruhu vardı, özündən əvvəlki şeir kiitabından on il sonra işıq üzü görürdü. “Qüssə mələyi” (2008) çıxan zaman onun yaşı əlliyə yaxınlaşırdı, görünür dissertasiya üzərində işləməsi onun lirik ovqatlarını qısaldırdı. Şairin başı ciddi işlərə qarışmışdı, ona görə növbəti şeir kitabı (2019) əvvəlkindən on bir il sonra işiq üzü gördü. Lakin iki şeir kitabı arasında İbrahim Quliyevun Nizami və Zərdüştilik mövzusuunda kitabı iki dəfə çap olundu. Həmin kitabın ikinci nəşri xeyli təkmilləşdirilmişdi, müəllifin mövzuya çox ciddi bağlandığını və Nizami sehrindən çıxmağa tələsmədiyini əks edirdi. Bundan əlavə, qeyd olunan dövrdə İbrahim Quliyevin müasir ədəbi proseslərə həsr olunmuş “Dua kimi oxunan şeirlər”, “Heyrətdən həqiqətə doğru” kitabları işıq üzü görmüşdür.
İbrahim Quliyev çox istedadlı lirik şairdir. Onun şeirləri hamar, sığallı folklor dilindən fərqlənir və ilk baxışda kələ-kötür görünür. Amma bu nahamvarlığın arxasında ana dilimizə, müasir poetik leksikona cəsarətli, gözlənilməz və yaradıcı bir mübasibət var. Bu İbrahimin şüurlu seçimiidir, məhz buna görə o saya yox, şerlərinin yenilik potensialına daha çox diqqət yetirir. Bu, poeziyada çətin yoldur, şeirin həm də bir tale yolu olduğunu dərk edən yaradıcıların yoludur. İbrahim dərindən inanır ki, şairlik və şeir məntiqi sadəlövh görünsə də, əslində dünyanın çoxüzlü məntiqində poeziya fərdin fitri təbiətini daha dolğun əks edir. Bəzən dövlət, müharibə, iqtisadi böhran kimi fenomenləri anlamaq, doğru təsəvvür etmək üçün şeir məntiqi daha yaxşı kara kəlir. Çünki bütün böyük şairlər məntiqsizlikdə, xaosda, dəyərlərin itirilməsində həmişə xüsusi məntiq tapırlar, başlıcası isə bu məntiqi sözlərin yardımı ilə əyani edə biliirlər.
İbrahim Quliyev Moskvada Ədəbiyyat İnstitutu bitirən bəzi şairlər kimi, tərcümədən, dəbli motivlərdən, şeir kitablarından yaddaşın dibinə çökən tör-töküntüdən uzaqdır, o həmişə öz bədii yaddaşınıın işiğında addımlayır, öz orijinal yolu ilə gedir. Şeirə məhz bu yolla gələnlər və burada müsafirlik edənlər uğur qazanır. Əlbəttə, belələrini çox zaman gec, çox gec görürlər, amma şeirdə yeni yolları məhz onlar açır. Onlar gec-tez öz mükafatlaını alırlar.
İbrahim Quliyev zəhmətkeş, yorulmaz ziyalııdır. Onun yaradıcılıq yolunu bir məqaləyə sığdıırmaq mümkün deyildir. Nümunə kimi onun sonuncu “Regionşünaslığın tarixi və metodologiyası” (2024) kitabını yada salmaq olar. Bu onun başçılıq etdiyi kafedranın proqramı ilə bağlı bir dərs vəsaitidir və müəllifinin elmi maraqının universallığınnı göstərən faktlardan biridir.
İllər keçdikcə İbrahim Quliyev daha müdrik və işgüzar olur. Öz bədii yaradıcılığını yenidən nəzərdən keçirir, yenə ədəbiyyata, sözə, ədəbi ənənlərimizə qayıdır. Ona uğurlar arzulayırıq, hesab edirəm ki, onun bu kitabı ədəbi cameənin diqqət mərkəzində olacaq.


Paylaş



Bölmə: Ədəbiyyat / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!