Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
22-05-2026, 20:29
Ürəklərin əbədi sakini

Ürəklərin əbədi sakini

19 noyabr 1993-cü ildə Biləsuvar rayonu, Bəydili kəndində dünyaya göz açan Ruslan Arif oğlu Əlizadə İkinci Qarabağ müharibəsində canını Vətəninə, torpağına fəda etməklə tarix yazıb. Qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna dönən ər oğlumuzun ömür yolu qısa olsa da, könüllərə köç etməklə qərinələr ötsə, nəsillər bir-birini əvəz etsə belə heç vaxt unudulmaz, millətinə böyük şərəf, qürur olacaqdır. Həmçinin ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığına görə medalları onun müharibə meydanında göstərdiyi şücaətə zaman-zaman şahidlik edəcək.
Vətənə sevgi, erməni dığalarına nifrət ruhunda formalaşan Ruslan Əlizadə müstəqil həyata qədəm qoyanda birinci amalı yağı tapdağında qalan Qarabağımızı azad görmək olub. Məhz Vətən qarşısında borcunu ödəmək üçün bu istəklə yola düşüb. Hava Hücumundan Müdafiə Qoşunların tərkibində xidmətə başlayıb. İlk gündən komandirlərin bütün tapşırıqlarına ürəklə girişib. Göstərdiyi cəsarət, hünər həmişə də ona uğur gətirib, əsgərlərin, zabitlərin sevimlisinə çevrilib. Yaxşı, vətənpərvər əsgər kimi ad qazanan Ruslan həm də erməni dığalardan qisa almağa məqam gözləyib. Elə düşməndən alacağı öcə görə orduda qalıb və hərbi qulluğunu davam edib.
Qəlbi Vətən, torpaq sevgisi ilə döyünən Ruslan döyüş meydanında düşmənə qalib gəlməkdən ötrü öz üzəridə daha ciddi çalışıb, qatıldığı ən ağır təlimlərdə döyüş məharətinə görə fərqlənib. Vətən naminə bütün çətinliklərə mərdliklə sinə gələn Ruslan həmişə də deyib ki, müqəddəs yurd yerimiz olan Qarabağımızı azad etmək bizim üzərimizə düşür, yoxsa gələcək nəsillər bizi bağışlamaz. Mən bu yolda canımdan keçməyə hazıram. Bircə qalır Ali Baş Komandanın yağıya əsir düşən Vətən torpaqlarının azadlığı uğrunda döyüş əməliyyatlara başlamaq əmri. Nəyin bahasına olursa-olsun, ta qədimdən xalqımıza məxsus torpaqları tezliklə mənfur erməni dığalarının tapdağından azad etməliyik.
Nəhayət, Ruslanın Vətən, torpaq naminə arzuladığı gün gəlib çatıb. 2020-ci ilin 27 sentyabrında başlanan İkinci Qarabağ müharibəsində ön cəbhədə döyüşlərə qatılıb. Hər adımda ölümlə üzləşən, müharibənin ən qızğın və ağır anlarda yağıya sarsıdıcı zərbələr endirib. Çoxlu sayda düşmən yaraqlısını məhv edib, mərdliyi, qəhrəmanlığı əsgər yoldaşlarına da nümunə olub. Hər dəfə azad olunan Vətən torpaqlarının bağrına zəfər bayrağı sancılananda yağıya qarşı daha ürəklə vuruşub və düşmən üzərinə qorxu bilmədən növbəti qələbə əzmi ilə atılıb.
Ruslan Əlizadənin qürur, heyrət doğuran döyüş yolu Tərtər, Xocavənd, Füzuli, Cəbrayıldan keçib. Öndə getməklə iştirak etdiyi bütün əməliyyatlarda verilən tapşırıqları layiqincə yerinə yetirməklə erməni dığaların kabusuna çevrilib. Xocavənddə yaralanıb, amma Vətən, torpaq sevgisi onu yenidən cəbhəyə qaytarıb.
7 oktyabrda Füzuli yolunda gedən ağır ölüm-dirim savaşı qəhrəman Vətən sevdalısı Ruslan üçün sonuncu olub. “Qələbə bizimdir”-deyib düşmənin üstünə şığıyıb və ona ciddi itki verib. Təəssüf ki, qəfil atılan güllə qorxu bilməz igidin ömrünə son qoyub.
Bəli, Vətən müqəddəsdir, onun yolunda şəhid olanlar ölmürlər. Ruslan Əlizadənin həyatı da əbədiyaşardır.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



22-05-2026, 20:18
YADDAN ÇIXMIR QARAQIŞLAQ

Yurd harayı

YADDAN ÇIXMIR QARAQIŞLAQ
"Orda uzaqda bir kənd var. Getməsək də, gəlməsək də,əlimiz çatmasa da, ünümüz yetməsə də, o kənd bizim kəndimizdir. QARAQIŞLAQ idi o kəndin adı. İndi xaçpərəst qonşularımız Hayanist adını veriblər ona. Fərqi yoxdur, necə istəyirlər elə çağırsınlar qoy. Amma... daşnak xislətli ermənilər bir şeyi unudurlar: o kənd təpədən-dırnağa müsəlman, türk kəndidir. Ta bineyi-qədimdən o ərazidə oğuzlar yaşayib-yaradıblar. O kəndin hər məhləsində, hər daşında-kəsəyində dədə-babalarımızın-- bizlərin ayaq izi, müqəddəs ruhların gözəgörünməz rüzgarı var..."
Bu sətirlər tanınmıs publisist-yazar, Jurnalistlər və Yazıçılar birliklərinin üzvü Mirzə YUSİFin yenicə işıq üzü görmüş "QARAQIŞLAQ: o kənd bizim kəndimizdir" adlı kitabındandır.

Müəllif özü həmin yurd yerində-Qərbi Azərbaycanın (Ermənistan) Zəngibasar (Masis) rayonunun Qaraqışlaq ( Hayanist) kəndində doğulmuş, burada boya-başa çatmışdır. Bakıda, ADU-nun jurnalistika fakültəsində təhsil aldıqdan sonra (1981) peşə fəaliyyətinə İrəvan (Yerevan) şəhərində, " Sovet Ermənistanı" qəzeti redaksiyasında başlamış, soydaşlarımızın 1988- çi il deportasiyasınadək orada çalışmışdır.
Əzizim vətən yaxsı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı.

Bax, beləcə kövrək bayatı ruhunda, bədii publisistik janrda qələmə alınmış kitabın hər səhifəsi maraqla oxunur, heç bir tarixi dəlil, heç bir qeyd və haşiyə diqqətdən kənarda qalmır. Müəllifin özünun yazdığı "Ön söz"dəki bu sətirləri oxuyanda duyğulanmaya bilmirsən: " ... Bu kitabı əldə edib, asta-asta vərəqləyəndə çox şeydən agah olacaqsınız: dədə-baba yurd yerlərimizin, Qərbi Azərbaycan torpaqlarının, unudulmaz İrəvan çuxurunun, doğma Zəngibasarın ətrini hiss edəcək, əzəmətli Ağrıdağ rüzgarlarına sevinclə qucaq açan Qaraqışlağı və qaraqışlaqlıları yaxından tanıyacaqsınız..."
Yurd-yuva həsrəti çəkənin ürəyi nazik olar, deyirlər. Mirzə Yusifin öz doğma kəndi, bu kəndin qoynundan çıxmış sayılıb- seçilən ziyalılar, məşhur iş adamları, habelə sıravi peşə sahibi olan həmyerliləri ilə bağlı xatirələri, məqalə və oçerkləri məhz bu mərhəm ovqatın məhsuludur.
Kitabdakı mətnləri müvafiq fotoların müşayiət etməsi nəşrə "kitab-albom" statusu verməklə onun bədii təsir gücünu daha da artırır. Bu mənada, kəndin "köhnə kişiləri"nə aid şəkillər, xüsusilə dəyərli və diqqətə layiqdir.
Atalar sozüdür: "Yurd itkisi elə bir itkidir ki, yerini heç nə ilə doldura bilməzsən." Müəllif də bu deyimdəki dərin məna və hikmətə, öz yurddaşları ilə sıx ünsiyyətdən aldığı təəssürata söykənərək yazır: " ...Pənah gətirdiyimiz, məskunlaşdığımız Azərbaycanda (bölgəsindən asılı olmayaraq) rahatca yaşaya bilərik. Amma həyatda elə kövrək, elə zərif duyğu və hisslər, elə istək və arzular var ki, insanı heç vaxt rahat buraxmır. Bu bir inkaredilməz həqiqətdir: insan harda olur-olsun, hansı şəraitdə yaşayır-yaşasın, daim dünyaya göz açıb boya-başa çatdığı məkana--Vətənə, doğma yuvasına can atır. Bizim qaraqışlaqlılar kimi! Öz sevimli kəndlərinə, Öz halal zəhmətləri bahasına tikdikləri evlərə qayıtmaq, öz dədə-babalarının məzarlarını ziyarət edib, şükranlıqla Allah-Təalaya səcdəyə durmaq onların ən gerçək xəyallarıdır."
"Günəş-MMC" tərəfindən rəngli formada araya-ərsəyə gətirilmiş kitab nəfis tərtibatı, peşəkar dizaynı ilə fərqlənir.
22-05-2026, 08:20
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir


Azərbaycan şəhərsalma sahəsində

beynəlxalq əməkdaşlığı

genişləndirir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində çıxışı zamanı Azərbaycanın şəhərsalma siyasəti, tarixi-mədəni irsin qorunması, müasir şəhər inkişafı və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə ətraflı məlumat verib.
Dövlət başçısı çıxışına forumun miqyası və beynəlxalq əhəmiyyətindən bəhs etməklə başlayaraq bildirib ki, tədbir dünya ölkələri tərəfindən böyük maraqla qarşılanıb. Onun sözlərinə görə, forumda iştirak etmək üçün 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib və bu göstərici indiyədək qeydə alınmış ən yüksək iştirakçı saylarından biri hesab edilə bilər. Prezident bu tədbirin Azərbaycanda keçirilmiş COP29-dan sonra ölkənin ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq platformadır və Ümumdünya Şəhərsalma Forumunun da mühüm nəticələrlə yadda qalacağına ümid etdiyini ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanın tarixi-coğrafi mövqeyinə də toxunaraq bildirib ki, ölkə tarixən Şərq ilə Qərbin qovuşduğu məkan olub və bu xüsusiyyət Azərbaycan memarlığında və şəhərsalma ənənələrində də öz əksini tapıb. Eyni zamanda Bakının memarlıq siması qədim tarixlə müasir inkişafın vəhdətini əks etdirən nadir nümunələrdən biridir. Prezident qeyd edib ki, İçərişəhərin qədim küçələri ilə müasir şəhər infrastrukturu arasında yaradılmış uyğunluq Azərbaycanın tarixi irsə münasibətinin və inkişaf siyasətinin göstəricisidir. Şəhərsalma siyasəti Azərbaycanda yalnız paytaxtın inkişafı ilə məhdudlaşmır və ölkənin müxtəlif regionlarında da sistemli şəkildə həyata keçirilir. O xatırladıb ki, ölkədə cari il “Şəhərsalma və Memarlıq İli” elan olunub və bu istiqamətdə beynəlxalq əməkdaşlıq daha da genişləndirilir. Prezident qeyd edib ki, 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə birgə işğaldan azad edilmiş ərazilərdə şəhərsalma forumları keçirilir.
Çıxış zamanı Azərbaycanın zəngin tarixi-memarlıq irsinə də xüsusi diqqət ayrılıb. Bildirilib ki, Azərbaycanın qədim şəhərləri ölkənin mədəni kimliyini və tarixi irsini özündə əks etdirir. Dövlət başçısı Şamaxı şəhərində yerləşən qədim məscidi, Naxçıvan şəhərində yerləşən Möminə Xatun türbəsini, Gəncə şəhərinin tarixi irsini, eləcə də Qəbələ, Şəki və Lahıc kimi yaşayış məntəqələrinin memarlıq nümunələrini xüsusi qeyd edib. Prezident vurğulayıb ki, bu irsin qorunması və gələcək nəsillərə çatdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Dövlət başçısı şəhərlərin inkişafı ilə tarixi irsin qorunması arasında tarazlığın təmin edilməsinin vacibliyinə də diqqət çəkib. O bildirib ki, müasirləşmə prosesləri davam etsə də, tarixi və memarlıq irsinin qorunmasına münasibətdə son dərəcə həssas və məsuliyyətli yanaşma nümayiş etdirilməlidir.
Prezident İlham Əliyev çıxışında işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərinə də xüsusi yer ayırıb. O qeyd edib ki, uzun illər işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzur əraziləri tamamilə dağıdılıb, bir sıra şəhərlər ağır dağıntılara məruz qalıb. Bəzi beynəlxalq müşahidəçilər Ağdam şəhərini dağıntıların miqyasına görə “Qafqazın Xirosiması” adlandırıblar.
Dövlət başçısının sözlərinə görə, Böyük Qayıdış Proqramı çərçivəsində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, şəhər və kəndlərin baş planları hazırlanır. Son beş il ərzində onlarla kilometr uzunluğunda tunellər çəkilib, yüzlərlə körpü inşa edilib, məktəblər, xəstəxanalar, elektrik stansiyaları, su infrastrukturu obyektləri və beynəlxalq hava limanları istifadəyə verilib. Hazırda isə on minlərlə vətəndaş öz doğma torpaqlarına qayıdaraq həmin ərazilərdə yaşayır, çalışır və təhsil alır.
Prezident çıxışında Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə də toxunub. O bildirib ki, uzun illər ərzində neft sənayesinin təsiri nəticəsində ciddi ekoloji problemlərlə üzləşmiş ərazilərdə genişmiqyaslı abadlıq və yenidənqurma işləri aparılıb. Dövlət başçısı vaxtilə çirklənmiş sənaye zonası kimi tanınan Qara şəhərin müasir Ağ şəhər layihəsi çərçivəsində tamamilə yeni şəhərsalma modelinə çevrildiyini diqqətə çatdırıb. Prezident əlavə edib ki, son illər ərzində Bakıda çoxsaylı parklar, ictimai məkanlar və yaşıllıq zolaqları salınıb, ekoloji dayanıqlılığa əsaslanan şəhər inkişafı istiqamətində mühüm addımlar atılıb.
Çıxışının sonunda Prezident İlham Əliyev beynəlxalq əməkdaşlığın şəhərsalma sahəsində mühüm rol oynadığını vurğulayaraq bildirib ki, belə platformalar ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsinə, yeni yanaşmaların öyrənilməsinə və şəhər inkişafı ilə bağlı gələcək prioritetlərin müəyyənləşdirilməsinə mühüm töhfə verir. Dövlət başçısı Azərbaycanın bundan sonra da müasir, dayanıqlı şəhərsalma siyasətini davam etdirəcəyini diqqətə çatdırıb.

Anar Abbasov
Xırdalan şəhər bələdiyyəsinin sədri
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!