Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
23-05-2026, 22:53
Bakıda ənənəvi III Kəlağayı Festivalı keçirilib


Bakıda ənənəvi III Kəlağayı

Festivalı keçirilib


22 may 2026-cı il tarixində Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində ənənəvi III Kəlağayı Festivalı keçirilib.

Festival Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcmasının Bakı şəhəri Xətai rayonu üzrə nümayəndəliyi, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü ilə artıq ənənəyə çevrilən festivalın əsas məqsədi Azərbaycan xalq tətbiqi sənətinin nadir incilərindən olan milli kəlağayı sənətinin təbliği, qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsidir. Bu il festival ölkədə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunaraq milli irsin şəhər mədəniyyəti və şəhərsalma mühiti ilə vəhdətini nümayiş etdirib.

Festival çərçivəsində qədim kəlağayı nümunələri, milli baş geyimləri və zəngin eksponatlardan ibarət sərgi təşkil olunub. Ziyarətçilər həmçinin sənətkar Güllü Eldar Tomarlının dekorativ-tətbiqi sənətə aid əl işləri və rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri ilə tanış olublar. Tədbirdə eyni zamanda Qərbi Azərbaycan guşəsində xalçaçılıq, kəlağayı nümunələri və milli şirniyyatlar nümayiş etdirilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın layihə rəhbəri olduğu
“SUSMAYAN HƏQİQƏTLƏR:
DEPPORTASİYA, SOYQIRIMI, ETNİK TƏMİZLƏMƏ” mövzusunda təşkil olunmuş sərginin tərkib hissəsi olan Qərbi Azərbaycanlıların geyim mədəniyyətini, kəlağayı ənələrini əks etdirən fotolar, arxiv sənədlərindən ibarət bölməsi Ombudsman Aparatının əməkdaşı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Qarakilsə rayonu Şəki kənd İcmasının sədri , şair-publisist, Prezident mükafatçısı Azadə Novruzova tərəfindən təqdim edildi.
Festival iştirakçıları üçün İsmayıllı və Basqal ustalarının istehsal etdiyi müxtəlif çeşidli kəlağayıların sərgisi və satışı təşkil olunub. Bu, iştirakçılara milli sənət nümunələrini yaxından tanımaq və əldə etmək imkanı yaradıb.

Tədbirin rəsmi hissəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi anılıb, dövlət himni səsləndirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin ( Ombudsmanın) Aparatının əməkdaşı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Qarakilsə rayonu Şəki kənd İcmasının sədri , şair-publisist, Prezident mükafatçısı Azadə Novruzova, millət vəkilləri Əli Hüseynli, Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon ağsaqqalları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rəsmi hissədən sonra tədbir zəngin konsert proqramı ilə davam edib. Festivalın bədii hissəsində aşıq sənəti, muğam, xalq musiqisi, poeziya və milli rəqs nümunələri təqdim olunub. Proqramda aşıqlardan əməkdar mədəniyyət işçisi Zülfiyyə İbadova, Gözəl Kəlbəcərli, Ramin Qarayev, Məhsəti Cabbarova, Rəvanə Lerikli, Xanım Göyçəli, Xəqani Zeynalabdinov, bəstəkar müğənni Arif Mehmandost, Fəridə Mirişova, Leyla Vəlayeva, Səma rəqs qrupu, Zəhraxanım Əzimova və Nənə Qızlar folklor ansamblı çıxış ediblər. Bundan əlavə, Xətai rayonu 316 saylı bağçanın uşaqları təqdim etdiyi rəqs nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

III Kəlağayı Festivalının əsas məqsədi milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin zənginliyinin təbliği və milli sənət nümunələrinin müasir dövrdə yaşadılmasının əhəmiyyətinin ictimaiyyətə çatdırılması olub. Festival bir daha göstərib ki, kəlağayı yalnız milli geyim elementi deyil, həm də xalqımızın tarixi yaddaşını, estetik düşüncəsini və mədəni kimliyini özündə yaşadan dəyərli irs nümunəsidir.
23-05-2026, 20:23
Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçirilib

Bakıda Özbəkistan Universitetlərinin

III Təhsil Sərgisi keçirilib


Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçirilib . Tədbir "İngla İnternational ETC", Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə təşkil olunub.
Tədbirin açılış mərasimində çıxış edən Milli Məclisin Eım və Təhsil komitəsinin sədri Anar İsgəndərov bildirib ki, Özbəkistan və Azərbaycan dost-qardaş dövlətlərdir: "Amma uzun illər həm Çar Rusiyası dövründə, həm də Sovet dönəmində bu əlaqələrin inkişafına süni əngəllər var idi. Hər iki dövlət öz müstəqilliyini əldə etdikdən sonra bu münasibətlər sürətlə inkişaf edir. Bu münasibətlərin inkişafında Azərbaycan və Özbəkistan  əhalisinin, o cümlədən jurnalistlərin də böyük xidməti var".
Milli Məclisin deputatı Ceyhun Məmmədov tədbiri bayram kimi səciyyələndirib: Bu gün həm də bayramdır. Türk dünyası arasında əlaqələr yüksək səviyyədədir. Bu əlaqələr son illər daha da inkişaf edib. Ümumiyyətlə, Azərbaycanla Orta Asiya və Türk dövlətləri arasında əlaqələr yeni mərhələyə daxil olub. Bu, təhsil sahəsində əlaqələrdə də özünü göstərir.  Odur ki, İngla Scoolun təşkilatçılığı ilə keçirilən sərgilərin davamlı olmasını arzu edirik. Hər birimiz bu prosesə töhfə verməliyik".
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi, Milli Məclisin deputatı Azər Allahverənov xatırladıb ki, bizim ailəmiz Türk dünyasıdır: "Bunu gündəlik fəaliyyətimizlə də təsdiq edirik. Humanitar sahədə əməkdaşlıq davam edir. Ümid edirəm ki, bu sərgi əlaqələrin daha inkişafına təkan verəcək".
Milli Məclisin deputatı Müşviq Cəfərov bildirib ki, Özbəkistan Azərbaycan təhsil müəssisələrinə xüsusi maraq göstərir:
"Tələbə mübadilələri, qarşılıqlı layihələr də bunu təsdiq edir. Düşünürəm ki, əlaqələrimiz daha da inkişaf edəcək".
İngla İnternational ETC-nin direktoru Aytən Məmmədli bu sərgilərin təhsil sahəsində ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini və artıq ənənə halını aldığını diqqətə çatdırıb.
Sərgidə Özbəkistanın 20-yə yaxın dövlət və özəl universitetinin, ümumilikdə 50-ə yaxın rəsmi nümayəndə iştirak edib.
Qeyd edək ki, Özbəkistan Universitetlərinin I Təhsil Sərgisi Bakıda ötən il təşkil olunmuşdu. II sərgi isə bu ilin yanvar ayında keçirilib.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!