İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                       
Bu gün, 08:05
Taksidən istifadəçilərinin NƏZƏRİNƏ

Taksidən istifadəçilərinin NƏZƏRİNƏ

"Taksi sürücülərinin şikayət etdiyi sərnişin minib-düşmə məntəqələrinin azlığı məsələsi çox ciddi mövzudur. Lakin burada müxtəlif maraqlar arasında balans qorunmalıdır. Hər yerdə avtomobil saxlamağa icazə vermək qeyri-mümkündür". Bu barədə "Report"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
Agentlik rəhbəri qeyd edib ki, hazırda avtobus və velosiped zolaqlarının çəkilməsi ilə əlaqədar bir sıra məhdudiyyətlər yaransa da, artıq şəhərin 16 küçə və prospektində 28 xüsusi minib-düşmə məntəqəsi istifadəyə verilib. Lakin o, ictimai nəqliyyatın intervalının hər şeydən vacib olduğunu vurğulayıb:
"Əgər avtobusun intervalı üç dəqiqədirsə, onun zolağında bir taksinin hətta 15-20 saniyə dayanması qrafikin pozulmasına səbəb olur. Biz ya ictimai nəqliyyatın hərəkət intervalını prioritet saxlamalıyıq, ya da hər nöqtədə sərnişin düşürməsinə şərait yaradaraq sistemi iflic etməliyik. Bu, kompromis tələb edən məsələdir".
Anar Rzayev taksi xidmətindəki problemlərin həllində sərnişinlərin də üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, bəzi vətəndaşların qeyri-real tələblərinin sürücüləri qayda pozmağa məcbur etdiyini bildirib:
"Bəzən vətəndaşlar "məhz burada məni düşürməlisən" və ya "tam dayandığım nöqtəyə gəlməlisən" deyərək sürücüləri çətin vəziyyətə salırlar. Elə məkanlar var ki, ora avtomobillə yaxınlaşmaq mümkün deyil. Vətəndaşlarımızdan xahiş edirik ki, sürücülərə anlayışla yanaşsınlar".
Sürücülərin peşəkarlıq səviyyəsinə toxunan AYNA sədri qeyd edib ki, bu günə qədər 67 min sürücü xüsusi təlimlərdə iştirak edib:
"Həmin sürücülər dərs oxuyub, Dövlət İmtahan Mərkəzində imtahan verərək fəaliyyətə başlayıblar. Onlar böyük əmək sərf edirlər və gün ərzində kifayət qədər çətin şəraitdə çalışırlar. Sərnişinlərin 'nöqtəbənöqtə' tələbləri azalarsa, sürücülər üçün də qaydalar çərçivəsində işləmək daha rahat olar".

Bu gün, 07:34
Bakıda ənənəvi III Kəlağayı Festivalı keçiriləcək

Bakıda ənənəvi III Kəlağayı

Festivalı keçiriləcək


22 may 2026-cı il tarixində saat 18:00-da Bakı şəhəri, Xətai rayonunda yerləşən Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində III Kəlağayı Festivalı keçiriləcək. Festival Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı ev muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü ilə artıq ənənə halını alan festival Azərbaycan xalq tətbiqi sənətinin incilərindən olan milli kəlağayı sənətinin təbliği, yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır. Bu ilki festival ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunaraq milli irsimizin şəhər mədəniyyəti, memarlıq estetikası və şəhərsalma mühiti ilə vəhdəti mövzusuna xüsusi diqqət ayıracaq. Festival çərçivəsində Kəlağayı Muzeyinin qədim kəlağayıları, milli baş geyimləri, zəngin eksponatlarıı və Güllü Eldar Tomarlının dekorativ tətbiqi sənətinə aid əl işləri, rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri nümayiş etdiriləcək, həmçinin milli musiqi və folklor nümunələrindən ibarət konsert proqramı təqdim olunacaq. Tədbirdə eyni zamanda İsmayıllı və Basqal ustalarının istehsal etdiyi müxtəlif çeşidli kəlağayıların sərgisi və satışı təşkil ediləcək. Festival iştirakçıları milli sənət nümunələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Festivalın əsas məqsədlərindən biri milli-mənəvi dəyərlərimizin qorunması ilə yanaşı, Azərbaycan mədəniyyətinin estetik zənginliyini və milli sənət nümunələrinin müasir dövrdə yaşadılmasının əhəmiyyətini ictimaiyyətə çatdırmaqdır.
Tədbirdə mədəniyyət nümayəndələri, ictimai xadimlər, sənət adamları, gənclər və media təmsilçilərinin iştirakı nəzərdə tutulur.
Bu gün, 07:29
Əməkdaşlıq məsələsi ön planda olacaq


Qulu Məhərrəmli yazır:

Əməkdaşlıq məsələsi ön planda olacaq

ABŞ və Çin öz aralarlndakı siyasi sahədəki fikir ayrılıqlarını açıq dilə gətirmirlər. Çünki Çin pərdə arxasındakı gücdür. Belə ehtimallar var ki, Suriya hadisələrində, HƏMAS və İran hücumlarında, hətta Rusiyanın Ukraynaya açdığı cəbhənin kölgəsinde Pekin var. Son illərdə isə Çin Yaxın Şərqdə qızışan nüfuz savaşında gizli şəkildə iştirak edir.

Bütün bunlara baxmayaraq ABŞ və Çin açıq şəkildə üz-üzə gəlmirlər. Mövcud ziddiyyətləri iqtisadi əməkdaşlıq yolu ilə aradan qaldırmağa çalışırlar. Əslində bu, Çinin çox uğurlu siyasətidir ki, dünyadakı bütün toqquşmalardan (Rusiya-Ukrayna, ABŞ-İran və s.) ağıllı şəkildə öz iqtisadi maraqları üçün istifadə edir. Donald Trampın Çinə iki günlük səfərində də əsasən iqtisadi münasibətlər müzakirə olunacaq. ABŞ nümayəndə heyətində İlon Mask və Tim Kuk kimi məşhur texnologiya ulduzlarının yer alması onu deyir ki, bu sahədə əməkdaşlıq məsələsi ön planda olacaq.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!