Zəncanlıların da
əmlakı müsadirə edildiGüney Azərbaycanda yeni təzyiq dalğası; onlarla insanın əmlakı donduruldu.Gunaz TV-nin məlumatına görə, Zəncan vilayətinin məhkəmə rəsmiləri Güney Azərbaycanın türk şəhərlərindən biri olan Zəncanda 52 nəfərin əmlakının müsadirə edildiyini açıqlayıb. Bu addım İranın mübahisəli “casusluq və sionist rejimlə əməkdaşlığa görə cəzaların sərtləşdirilməsi” qanununa əsasən həyata keçirilib.
Zəncan vilayətinin məhkəmə rəisi Əli Fərəci-Bərhəq bildirib ki, qərar məhkəmə göstərişi ilə icra olunub və müsadirə edilən əmlaklara rial və xarici valyuta hesabları, qızıl, daşınar və daşınmaz əmlak daxildir.
Məhkəmə qurumunun yaydığı məlumata görə, bu halların 33-ü Zəncanda, 15-i Əbhərdə, 3-ü Xürrəmdərədə, bir hal isə Xudabəndə və Tehranda qeydə alınıb.
Rəsmilər həmçinin bu işlə bağlı 7 nəfərin saxlanıldığını, bəzi şəxslərin isə İran xaricində olduğunu bildiriblər.
Bu addım İran məhkəmə sisteminin istinad etdiyi qanunun hüquqşünaslar tərəfindən ciddi tənqid olunduğu bir vaxtda atılıb.