Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
13-05-2026, 15:40
Həkimin vətəndaş mövqeyi


Həkimin vətəndaş mövqeyi

Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov həmkarlarına vida müraciəti yazıb. Müraciəti təqdim edirik:
Dəyərli dostlar, məsləkdaşlar!
Dünən etibarilə Respublika Pediatriya Mərkəzinin Direktoru vəzifəsindən ayrıldım. Vəzifə Dövlətin sənə əmanətidir. Onu göz bəbəyi kimi qoruyub, ləyaqətlə dövlətə geri vermək hər insana nəsib olmur. Bu müddətdə qurduğumuz işləri saymaqla bitməz. Sadəcə mən və zəhmətkeş komandamız, hər təbəqədən olan vətəndaşın müracət edə bildiyi müasir bir Respublika Pediatriya Mərkəzini inşa etdik.
Nə xoş mənə belə fürsəti doğru dəyərləndirə bildim.
Bu quruculuqda əməyi keçən, dəstək verən hər kəsə, xüsusilə də görünməyən qəhrəmanlar olan komandaya təşəkkür edirəm.
Allah körpələrimizi qorusun!
P.S. Gözü xəstənin əlində, cibində olduğundan əməliyyat alətini pasiyentin içində qoyub yarasını tikən, xəstə qıçının əvəzinə sağlam qıçı kəsən, ağrıyan dişi qoyub, ağrımayanı çəkən həkimlərin olduğu indiki zəmanədə hər adam kollektivdən üz ağlığı ilə ayrıla bilmir. Azər, sənə həmişə güvənmişik, harda olsan xalatına ləkə sürtməyəcəksən. Uğur olsun!
13-05-2026, 12:33
İran ordusu əraziyə daxil oldu


İran ordusu əraziyə daxil oldu

SEPAH-ın Küveyt ərazisinə girdiyi iddia olunur.
Butov.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə BƏƏ xarici işlər naziri Abdullah bin Zayed ən-Nəhyan məlumat yayıb.
BƏƏ xarici işlər nazirinin sözlərinə görə, SEPAH üzvləri Bubiyan adasına terror planı həyata keçirmək məqsədilə daxil olublar.
Ən-Nəhyan bu addımı qanunsuz müdaxilə kimi qiymətləndirib və BƏƏ-nin yaranmış vəziyyətdə Küveytlə tam həmrəy olduğunu vurğulayıb. O bildirib ki, regionun təhlükəsizliyini təhdid edən bu cür addımlar qəbuledilməzdir.
13-05-2026, 12:25
Şuşaya gedirsən?

Şuşaya gedirsən?

Şuşa şəhərində yol hərəkətinin təşkili ilə bağlı dəyişiklik edilib.
Butov.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb.
Bildirilib ki, Şuşa qalasının qarşısından keçən avtomobil yolunda hərəkət artıq birtərəfli qaydada təşkil olunub. Ərazidə sürücülərin hərəkətinə nəzarət məqsədilə xüsusi müşahidə kameraları da quraşdırılıb.
Qeyd edilib ki, müəyyən olunan hərəkət qaydalarını pozan sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar.
Belə ki, əks istiqamətdə hərəkət edən sürücülər 4 cərimə balı və 150 manat məbləğində cərimə ilə üzləşə bilərlər.

13-05-2026, 09:32
BA Tv Youtube kanalı   yayıma başlayır


BA Tv Youtube kanalı

yayıma başlayır


BA Tv (Bütöv Azərbaycan Televiziyası) Youtube kanalı yayıma başlayır. Kanalın qurucusu Hərbi Jurnalistlər Birliyinin sədri Tamxil Ziyəddinoğlu yeni layihəsi ilə bağlı fikrini belə açıqlayıb:
2008-ci ilin 15 sentyabrında- Bakının işğaldan azad olunduğu gün “Bütöv Azərbaycan” qəzetinin nəşrinə başladıq. Aradan 18 il keçib. Demək olar ki, bu illər ərzində çox şey dəyişib. Redaksiyamız bütün qardaş xalqlarımızın- Talış, Ləzgi, Kürd dostlarımızın toplaşdığı isti ocağa çevrilib. 1805-ci ildən başlayaraq işğal olunmuş torpaqlarımızın bir qismini azad edən igid oğullarımız haqqında dastanlar yazılıb, çap eləmişik. Bu illər ərzində yaranan Bütöv Azərbaycançılar Ordusunun əsas kontingenti gənclərdən ibarətdir ki, bu da bizi çox sevindirir.
Demək olar ki, indiki texnoloji inkişaf şəraitində informasiya yayımı sürətləndikcə dünya “kiçilir” və hər yer əlçatan olur. Bu əlçatanlığı oxucularımız üçün də təmin etmək üçün qəzetimizin Youtube kanalının yaradılması zərurəti yarandı. Bu ehtiyacı nəzərə alıb jurnalist dostum Vəfalı Qasımovla birgə fəaliyyətə başladıq. Komandamız formalaşana qədər kiçik təqdimat süjetləri hazırlayırıq.
Kanalımızda tariximizin qaranlıq səhifələrinə işıq tutulacaq. Milli məfkurə liderlərimiz, Milli Azadlıq fədailərimiz, elm fədailərimiz, din xadimlərimiz, şəhidlərimiz, çoxsaylı Azərbaycan xalqlarının mədəni irsi, müasir Azərbaycanın qurucuları - bir sözlə Azərbaycan adına tapınan hər kəsin könül sirdaşı-can qardaşı və silahdaşı olmaq niyyətindəyik!
Sığınacağımız əxlaqımız, dürüstlüyümüz, vicdanımızdır, güvənəcənəyimiz isə xalqımız və onun azadlıq eşqi, mübarizə əzmidir. Yolumuz açıq, ruhumuz azad olsun!
https://www.youtube.com/watch?v=pTkvRHtvq2g
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!