Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
26-05-2026, 10:30
Prezident Administrasiyasında VHP sədri Sabir Rüstəmxanlı ilə görüş keçirilmişdir


Prezident Administrasiyasında

VHP sədri

Sabir Rüstəmxanlı

ilə görüş keçirilmişdir


Vətəndaş Həmrəyliyi Partiyasının Mətbuat xidmətinin bildirdiyinə görə cari ilin 25 may tarixində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Partiyanın sədri Sabir Rüstəmxanlı ilə görüşmüşdür. Görüşdə Partiya sədrinin müavini, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı da iştirak etmişdir.
Ölkədə siyasi dialoq mühitinin təşviq olunması ilə bağlı dövlətin təşəbbüsləri və bu cür təşəbbüslərdə siyasi partiyalara ayrılmış rol, sağlam siyasi mühitin yaradılması prosesinin zərurəti, milli maraqların toxunulmazlığı naminə əməkdaşlıq, milli həmrəyliyin təminatında, habelə dayanıqlı demokratik ənənələrin inkişafında siyasi partiyaların rolu, o cümlədən ölkə həqiqətlərinin təbliğində ziyalıların rolu kimi məsələlər görüş zamanı geniş müzakirə olunmuşdur.
Siyasi partiyaların inkişafına ölkə rəhbərliyi tərəfindən ayrılan xüsusi diqqətin əhəmiyyətini qeyd edən Partiya sədri bildirmişdir ki, yaradılmış mühit cəmiyyətdə olan potensialların səfərbər olunmasında müstəsna rola malikdir. Mövcud istiqamətə verilmiş ən kiçik töhfənin böyük nəticələrə səbəb olduğunu bildirən S.Rüstəmxanlı gənc nəslin də bu proseslərə cəlb olunmasının vacibliyini qeyd etmişdir.
S.Rüstəmxanlı rəhbərlik etdiyi Partiya tərəfindən həyata keçirilən layihələrdə dövlətin dəstəyini hər zaman gördüyünü və buna görə də ölkə rəhbərliyinə minnətdar olduğunu qeyd etmişdir. Görüşdə həmçinin Vətən müharibəsində qazanılmış böyük Zəfərdən sonra cəmiyyətdə yaşanan milli birliyin bundan sonra da qorunmasında siyasi partiyaların rolu bir daha qeyd olunmuşdur.
Sabir Rüstəmxanlı Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif olunmasına görə öz dərin təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, sözügedən fakt ölkə rəhbərliyinin mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafına müstəsna diqqətinin təcəssümüdür.
Prezident Administrasiyasının rəsmisi milli maraqların qorunması yolunda Vətəndaş Həmrəyliyi Partiyasına uğurlar arzulamışdır.
26-05-2026, 08:58
Zakir Şakirov və türkologiya dilçiliyinin inkişaf konsepsiyası

Pərvanə Məmmədova
Filologiya üzrə fəlsəfə doktoru,dosent
Azərbaycan Texniki Universiteti


Başqırd alimi Zakir Şakirov və

türkologiya dilçiliyinin inkişaf konsepsiyası


Məlum olduğu kimi, 1926-cı il 26 fevral – 5 mart tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayı SSRİ-də yaşayan türk xalqlarının tarixi, etnogenezi, mədəniyyəti, dili və ədəbiyyatı sahələrinin inkişafında əvəzsiz rol oynamışdır. Qurultay latın əlifbasına (yanəlifə) keçid və terminologiyanın unifikasiyası ilə bağlı tarixi əhəmiyyətli qərarlar qəbul etmiş, bu da iştirakçıların sonradan repressiyalara məruz qalmasına baxmayaraq, mədəni-etnik inteqrasiyaya və konsolidasiyaya mühüm pozitiv təsir göstərmişdir.
Birinci Ümumittifaq Türkoloji Qurultayı SSRİ-də yaşayan türk xalqlarını (azərbaycanlılar, başqırdlar, qazaxlar, qaraçaylılar, qırğızlar, malkarlar, tatarlar, özbəklər, Krım tatarları, yakutlar və s.), həmçinin aparıcı rus akademiklərini və xarici ölkələrdən olan mütəxəssisləri təmsil edən və türkologiya sahəsində çalışan alimləri, ədəbiyyatçıları, dilçiləri, etnoqrafları və tarixçiləri bir araya gətirmişdir. Qurultayın bir çox nümayəndələri haqqında elm-ictimaiyyəti məlumatlı olsa da, Başqırdıstan MSSR-ni və digər regionları təmsil edən başqırd alimlərinin taleyi və fəaliyyəti ilə bağlı məlumatlar olduqca azdır. Bunu nəzərə alaraq, biz Azərbaycan ictimaiyyətini Birinci Türkoloji Qurultayın başqırd nümayəndələri ilə tanış etməyi məqsədəuyğun hesab edirik.
Stenoqrafik materiallardan məlum olur ki, qurultayda başqırd ziyalılarını təmsil edən səkkiz nəfər iştirak etmişdir: 1) Atnaqulov Salah Sədri oğlu – “Qajur” nəşriyyatının müdiri və baş redaktoru (Kazan); 2) Bilyalov Məcid Masaqutoviç – Başqırd Xalq Maarif Komissarlığı (Moskva); 3) Manatov Şərif Əhmədoviç – pedaqoq (Tiflis); 4) Qabitov Həbibulla A.-Kağıroviç – pedaqoq (Ufa); 5) Vildanov Qabduləhət Fazıloviç – 1925–1927-ci illərdə başqırd dili komissiyasının üzvü (Ufa); 6) İdelqujin Kərim Abdulloviç – Başqırd Xalq Maarif Komissarlığı (Ufa); 7) Şakirov Zakir Şakiroviç – Xalq Təhsili İnstitutu (Ufa); 8) Mryasov Sağit Qubaydulloviç – Başqırdıstanı Öyrənmə Cəmiyyəti (Ufa).
Materialların təhlili göstərir ki, faktiki olaraq Başqırdıstanı rəsmi şəkildə altı nəfər təmsil etmişdir. Bu yazıda biz onlardan biri – görkəmli başqırd maarifçisi, pedaqoq-tarixçi Zakir Şakiroviç Şakirovun (1881–1968) həyat və fəaliyyətindən bəhs etməyi zəruri hesab etmişik.
Zakir Şakirov Ufa quberniyasının Birsk qəzasının Karasay-Yelqa kəndində anadan olmuşdur. O, ömrü boyu təhsil və başqırd dili problemləri ilə məşğul olmuş, sovet dövründə Başqırd MSSR Xalq Maarif Komissarlığında çalışmışdır. 2007-ci ildə Ufada “Başqırdıstan pedaqoji jurnalı kitabxanası” seriyasından Y.V. Erginin “Z.Ş. Şakirov (1881–1968)” adlı kitabı nəşr edilmişdir . Bu əsərdə onun həyatı və fəaliyyəti geniş şəkildə işıqlandırılmışdır.
Kitabda onun uşaqlıq illəri, təhsili, “Mühəmmədiyyə” mədrəsəsində oxuması, A.L. Şanyavski adına Moskva Universitetində təhsil alması, Ufa quberniya idarələrində fəaliyyəti, muzeyə rəhbərliyi, elmi ekspedisiyalarda iştirakı, başqırd dili dərsliklərinin və terminologiyasının yaradılmasında rolu kimi mövzulara nəzər salınmışdır.
XX əsrin 20-ci illərində başqırd dilinin dövlət dili kimi hüquqi status alması ilə həm də bu dil üzrə dərsliklərin yaradılmasına başlarılmışdır. Lakin dilçilik kadrlarının çatışmazlığı və elmi tədqiqatların azlığı bu prosesi çətinləşdirirdi. Buna baxmayaraq bu sahədə həmin dövrlərdə Başqırdıstanda fəaliyyət göstətərən, N.K.Dmitriyev adlı böyük alimin mühüm rolun etməliyik.
Zakir Şakirov öz dövrünə görə yüksək səviyyəli təhsil almışdır. O, 1902-ci ildə “Mühəmmədiyyə” mədrəsəsini bitirmiş, 1912–1915-ci illərdə Moskvadakı A.L.Şanyavski adına universitetdə təhsilini davam etdirmişdir [1, s. 18]. Daha sonra müxtəlif təhsil müəssisələrində çalışmış, 1931–1951-ci illərdə Maarif İnstitutunda başqırd dili və ədəbiyyatı kafedrasına rəhbərlik etmişdir. O, həmçinin dərsliklər, lüğətlər, proqramlar müəllifi olmuş, başqırd ədəbi dilinin, terminologiyasının və orfoqrafiyasının formalaşmasında böyük işlər həyata keçirmişdir.
Zakir Şakirov dövrünün tanınmış türkoloq alimləri və ziyalıları ilə, o cümlədən Kayum Nasiri, Məcid Qafuri və professor N.F.Katanovla dostluq etmişdir. O, Şərq ədəbiyyatını dərindən öyrənmiş, İbn Sina, Ömər Xəyyam və başqa bu kimi klassikləri gərəyincə mütaliə etmişdir.
1907-ci ildə onun tatar şairi Qabdulla Tukay ilə görüşü olmuş və bu dostluq Tukayın ölümünə qədər davam etmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, Zakir Şakirov 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda iştirak etmiş və türk dillərinin latın qrafikasına keçirilməsi məsələlərinin müzakirəsində əsaslı təkliflərlə çıxış etmişdir .
O, bu misli görünməyən tədbirdən daha öncə yazıb nəsr etdirdiyi “Türkoloji qurultay haqqında” məqaləsində türkologiya ilə bağlı mühüm təkliflər irəli sürmüşdür. Bu təkliflərdə o, türk dillərinin xüsusiyyətlərinin müəyyənləşdirilməsi, ortaq terminologiyanın hazırlanması, dialektlərin öyrənilməsi, vahid yazı sisteminin qurulması və xüsusi ilə Elmi İnstitutunun yaradılması kimi ilə bağlı məsələlərin vacibliyindən bəhs etmişdi .
Şakirov Başqırdıstan Elmi-Tədqiqat İnstitutunda çeşidli sahə lüğətlərinin hazırlanmasında da fəal iştirak etmişdir. O, botanika, kimya və riyaziyyat üzrə terminoloji lüğətlərin ya ayrıca müəllifi, ya da müəlliflərindən biri olmuşdur.
Elmi ekspedisiyalar zamanı o, başqırd xalqının dili, folkloru və maarif tarixi ilə bağlı mühüm materiallar toplamış, Akmulla kimi milli klassiklərin yeni əsərlərinin aşkara çıxarılmasında aparıcı rol oynamışdır.
Araşdırmalar göstərir ki, Zakir Şakirov başqırd dilçiliyi tarixində mühüm yeri olmuş tanınmış şəxsiyyətlərdən öncülü olmaqla Əmək qəhrəmanı (1928), Əməkdar elm xadimi (1944) kimi yüksək mükafatlara layiq görülmüşdür.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!