Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
14-05-2026, 23:02
İsaqoğlunun "Günahsız günahkar" dünyası

Vaqif İsaqoğlunun

"Günahsız günahkar" dünyası


Müasir Azərbaycan nəsri hər zaman cəmiyyətin nəbzini tutmağı, baş verən sosial-mənəvi prosesləri bədii süzgəcdən keçirməyi bacarmışdır. Bu ənənəni layiqincə davam etdirən tanınmış yazar Vaqif İsaqoğlunun bu yaxınlarda işıq üzü görən "Günahsız günahkar" hekayələr kitabı ədəbi mühitdə xüsusi diqqət çəkir. Kitab təkcə bir yazıçı təxəyyülünün məhsulu deyil, həm də yaşanmışların, şahidliyin və vətəndaş yanğısının kağıza köçürülmüş fəryadıdır. Cəmiyyətin ağrılı nöqtələri və məmur özbaşınalığı kitabın mərkəzində dayanan əsas xətlərdən biri müəllifi dərindən narahat edən haqsızlıqlar və cəmiyyətdə kök salmış mənfi təzahürlərdir.
Vaqif İsaqoğlu hekayələrində özlərini "kiçik allahlar" hesab edən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvətxorluğa qurşanmış məmurların iç üzünü cəsarətlə açır. Yazıçı göstərir ki, bir insanın taleyi bəzən soyuq kabinetlərdə oturanların insafına qaldıqda, "günahsızlar" necə "günahkara" çevrilir. Kitabın adı da məhz bu paradoksdan doğur: Müəllif hekayələrində zərrə qədər də olsa yalana, süni boyalara yer vermir. Oxucu hiss edir ki, o, yalnız şahidi olduğu, gözləri ilə gördüyü real hadisələri qələmə alıb. Bu realizm oxucuda yazıçıya qarşı böyük bir inam yaradır.
Kitabın digər mühüm qatını vətənpərvərlik və milli yaddaşın qorunması təşkil edir. Müəllif "Anuş", "Erməni", "Mişel" kimi hekayələrində erməni faşizminin eybəcər simasını, dinc əhaliyə qarşı törədilən amansız divanları və insanlığa sığmayan vəhşilikləri bədii dillə gələcək nəsillərə ötürür. Bu hekayələr sadəcə keçmişin təsviri deyil, həm də bir ayıq-sayıqlıq çağırışıdır.
Vaqif İsaqoğlu türk dünyasına qənim kəsilən bu ideologiyanın mahiyyətini açaraq, oxucunu hər zaman ehtiyatlı olmağa və tarixin dərslərini unutmamağa səsləyir. Onun təsvir etdiyi "insan adına yaraşmayan hərəkətlər" əslində bir xalqın çəkdiyi iztirabların sənədli xronikasıdır.
Vaqif İsaqoğlunun "Oğru" hekayəsində professor Bədəlovun mənəvi dəyərlərinin maddi maraqlar qarşısında sarsılması və ömür yoldaşının xatirəsini əbədiləşdirmək üçün kitablarını satmağa məcbur qalması təsvir edilir. Hekayədə ziyalının çarəsizliyi və zəmanənin mənəvi aşınması ən dar məqamda kitabların sahibinə əl tutmaması fonunda göstərilir.
Vaqif İsaqoğlunun "Qazi Həsən" hekayəsi cəmiyyətin ən ağrılı yaralarına toxunan, oxucunu dərindən sarsıdan realistik bir əsərdir. Müəllif kiçik bir küçə hadisəsi fonunda mənəvi aşınmanı, laqeydliyi və qazilərin qarşılaşdığı sosial ədalətsizliyi ustalıqla təsvir edir.
Hekayənin süjet xətti iki tamamilə zidd dünyagörüşünün və mənəviyyatın toqquşması üzərində qurulub. Füzuli döyüşlərində iki erməni tankını məhv edən, qazi Həsən bədənində hələ də müharibənin qəlpələrini daşıyan Vətən fədaisidir. O, dövlətdən heç bir imtiyaz istəmir, öz halal zəhməti ilə yetişdirdiyi çiyələkləri sataraq dolanmaq istəyir. Sahə müvəkkili qanunu qorumalı olduğu halda, rüşvətxorluq və qanunsuzluq yaradır, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tabeçiliyindəki küçəni şəxsi qazanc mənbəyi kimi idarə edir.
Hekayədəki hadisələrin inkişafı insan mənəviyyatına vurulan ağır zərbələri müəllif ardıcıllıqla göstərir. Kapitanın qazinin sözünə qarşılıq ona şillə vurması, dövlətin asayiş keşikçisinin vətəndaşa qarşı fiziki və mənəvi zorakılığıdır. Polisin qəhrəmanlıq nişanələrini "iki-üç dəmir-dümür" adlandırması, cəmiyyətdə müqəddəs dəyərlərə verilən saxta qiymətin bariz nümunəsidir. "Gündəlik 40 manat verərsən, alver edərsən" tələbi, qanunların deyil, pulun hökmranlıq etdiyi korrupsiyalaşmış mühiti ifşa edir. Kapitanın çiyələk yeşiklərinə təpik vurması, əzilən meyvələrlə qazinin ayaqlar altına atılan qürurunu simvolizə edir. Ayaqqabısını qazinin kürəyinə sürtərək təmizləməsi isə insanlığın tamamilə bitdiyi, mənəvi eybəcərliyin zirvəsidir.
Vaqif İsaqoğlunun " Qazi Həsən" hekayəsində müharibədə tankları partladan, qəlpələrə sinə gərən yenilməz bir qəhrəman, sülh dövründə arxa cəbhənin amansız və laqeyd bürokratiyası qarşısında aciz qalır. Həsənin körpə uşaq kimi ağlaması fiziki ağrıdan deyil, bədənindəki qəlpələrin sızıltısından deyil, uğrunda canını qoyduğu vətəndə gördüyü mənəvi xəyanətdən və haqsızlıqdandır. Əsər hər bir fərdi qazilərə, şəhid ailələrinə qarşı daha diqqətli, hörmətli və vicdanlı olmağa səsləyir."Qazi Həsən" hekayəsi sadəcə bir polislə qazinin davası deyil, cəmiyyətdəki mənəvi aşınmaya qarşı yazılmış bir haray və xəbərdarlıq fəryadıdır.

Kitabın ən sarsıdıcı və emosional məqamları "Ana istəyi" və "Şəhid" hekayələrində cəmlənib. Müəllif şəhid anasının daxili dünyasını, onun övlad itkisindən doğan sonsuz ağrısını elə ustalıqla təsvir edir ki, oxucu bu kədərin içində boğulur. "Məni də oğlumla birlikdə dəfn edin" deyən ananın fəryadı, əslində bütün Azərbaycan analarının mətanətinin və sevgisinin simvoludur."Şəhid" hekayəsində qəfil gələn xəbərin ananı "ildırım kimi vurması" səhnəsi sarsıdıcıdır. Lakin yazar burada həm də mənəvi ucalığı qeyd edir. Övladının tabutu qarşısında duran ananın: "İndi o təkcə mənim oğlum deyil, Azərbaycanın oğludur" - deməsi, fərdi kədərin milli qürura çevrilməsinin ən yüksək nöqtəsidir.
Vaqif İsaqoğlunun "Günahsız günahkar" kitabı təmizlik, düzlük, sədaqət və torpaq sevgisi kimi ali dəyərlərin təbliğinə xidmət edir. Bu əsər həm bir ictimai qınaq, həm də milli ruhun dirçəlişinə töhfədir. Yazıçı oxucusunu həm ətrafındakı haqsızlıqlara qarşı mübariz olmağa, həm də vətən qarşısındakı borcunu unutmamağa çağırır.

Hüseyn İsaoğlu,
yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü.
14-05-2026, 08:30
Paşinyan seçisinə əsəbləşib


Paşinyan seçicisinə

əsəbləşib


Ermənistan Baş naziri Nikol Paşinyanın seçki kampaniyası zamanı gənc bir oğlanla dialoqu diqqət çəkib. Paşinyan Ermənistan vətəndaşının Qarabağ barədə sözlərinə qəzəblənib. Belə ki, gənc oğlan 2018-ci il seçkiləri zamanı Paşinyana səs verdiyini, onun isə Qarabağı Azərbaycana “verdiyini” iddia edib.
Gəncin sözlərinə Paşinyan cavabında qeyd edib: “Sən azadsan. Kimə istəsən, səs verə bilərsən. O qədər azadsan ki, gəlib bunu Baş nazirin üzünə deyirsən. Əvvəlki vaxt olsaydı, səni tualetdə ölü tapardılar”.
Paşinyan Ermənistanın özünü xilas etdiyini, Qarabağın ölkə üçün tələ olduğunu, əvvəlki rəhbərlərin ölkəni talamaq üçün müharibədən sui-istifadə etdiyini vurğulayıb. Həmçinin o, İkinci Qarabağ müharibəsi başlayarkən cəmi 2 ildir hakimiyyətdə olduğunu xatırladaraq, hazırda Ermənistan ordusunun gücləndiyini bildirib, bunun sübutu kimi isə gənci 28 mayda keçiriləcək parada dəvət edib.
Paşinyan "tualetdə ölü tapılardın" sözü ilə xatırladıb ki, 2001-ci ildə Ermənistanın o vaxtkı prezidenti Robert Köçəryan İrəvanda “Poplavok” kafesinə gedir. Orada sinif yoldaşı Poqos Poqosyan ona “Salam, Rob” deyə müraciət edir. Köçəryana qeyri-rəsmi müraciətə cəsarət etdiyi üçün prezidentin mühafizəçiləri onu tualetə aparıb döyüb öldürürlər.
Cinayəti törədən şəxs isə cəmi bir il şərti cəza alır.
14-05-2026, 08:21
Fırtınadan ölənlər var

Fırtınadan ölənlər var

Hindistanın Uttar Pradeş ştatında baş verən şiddətli yağış və güclü fırtına nəticəsində azı 27 nəfər həyatını itirib.
Hindistan mətbuatının yaydığı məlumata görə, əlverişsiz hava şəraiti ştatın bir çox bölgəsində ciddi fəsadlara səbəb olub.
Məlumata əsasən, güclü külək və toz fırtınası nəticəsində elektrik xətlərində qəzalar baş verib, nəqliyyatın hərəkətində problemlər yaranıb.
Fırtına zamanı çox sayda ağac və elektrik dirəyi aşıb, evlərə və nəqliyyat vasitələrinə ziyan dəyib.
Səlahiyyətlilərin ilkin məlumatına əsasən, Prayaqraj şəhərində 16, Bhadohi rayonunda 6, Budaun bölgəsində isə 5 nəfər ölüb.
Yerli hakimiyyət orqanları zərərin qiymətləndirilməsi və xilasetmə işlərinin davam etdiyini açıqlayıb.
14-05-2026, 08:17
Neft ehtiyyatları azaldı


Neft ehtiyyatları azaldı

Ötən həftə ərzində ABŞ-də kommersiya neft ehtiyatları 4,306 milyon barel azalıb.
Butov.az xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi məlumat yayıb:
Benzin ehtiyatları bu həftə 4,08 milyon barel azalıb, digər neft ehtiyatları məhsulları isə 190 min barel artıb. Analitiklər orta hesabla xam neft ehtiyatlarının 2,1 milyon barel, benzin və neft ehtiyatları məhsullarının isə təxminən 2,85 milyon barel azalacağını proqnozlaşdırmışdılar.
NYMEX-də ticarət edilən xam neftin saxlandığı Kuşinq terminalındakı ehtiyatlar, əvvəlki həftə 648 min barel azalmadan sonra 1,7 milyon barel azalıb.
14-05-2026, 08:14
İrana qəfil hücum başladı

İrana qəfil hücum başladı

Küveyt Fars körfəzində İran gəmisinə hücum edib və dörd İran vətəndaşını saxlayıb. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat yayıb. Nazirin sözlərinə görə, hadisə beynəlxalq sularda baş verib və Tehran bunu qanunsuz addım kimi qiymətləndirir.
Əraqçi məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma apardığını və İranın öz vətəndaşlarının hüquqlarını müdafiə etmək üçün bütün addımları atacağını bildirib.
Hadisə ilə bağlı Küveyt tərəfindən hələlik açıqlama verilməyib.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!