Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
31-05-2026, 10:00
31-05-2026, 09:57
Güneyli futbolçunun məzarı hədəf alındı


Güneyli futbolçunun

məzarı hədəf alındı


Etirazlarda öldürülən Güneyli futbolçunun məzarı hədəf alındı.
Mübin Qənbərinin ailəsinə qarşı yeni təzyiq dalğası.
Gunaz.tv-nin məlumatına görə, İran hakimiyyətinin etirazçılara və etirazlarda həlak olanların ailələrinə qarşı təzyiqləri davam edir. Bu dəfə Xoy şəhərində yanvar etirazları zamanı öldürülən Güney azərbaycanlı futbolçu Mübin Qənbərinin məzar daşı dağıdılıb. Mübin Qənbəri Xoy şəhərindən olan 20 yaşlı azərbaycanlı futbolçu idi və “Peykan” klubunun gənclər komandasında çıxış edirdi. O, 2026-cı il yanvarın 8-də Tehranda baş verən etiraz aksiyaları zamanı İran İslam Respublikası qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib. Məlumata görə, gənc futbolçunun cənazəsi ailəsinə Tehran yaxınlığındakı Kəhrizəkdən təhvil verilib.
Mübin Qənbərinin məzar daşının dağıdılması İran hakimiyyətinin etirazlarda həyatını itirənlərin ailələrinə qarşı davam edən təzyiq siyasətinin yeni nümunəsi kimi qiymətləndirilir.

31-05-2026, 09:37
"Traktor" klubu Çempionlar Liqasına vəsiqə qazandı

"Traktor" klubu Çempionlar

Liqasına vəsiqə qazandı


Cənubi Azərbaycanın “Traktor” klubunun növbəti mövsümdə Asiya Çempionlar Liqasının Elit mərhələsində iştirakı böyük ölçüdə dəqiqləşib.
Çempionatın yarımçıq qalması və AFC-nin İran Futbol Federasiyasından qitə turnirlərində iştirak edəcək klubların siyahısını təcili şəkildə tələb etməsi vəziyyəti sürətləndirib.
40 gündən çoxdur müharibə şəraiti səbəbindən dayandırılan İran Pro Liqasında Təbriz təmsilçisi hazırkı vəziyyətə əsasən 39 xalla ikinci pillədə qərarlaşıb və bu nəticə ilə turnirə vəsiqəni təmin edib.
Hazırda “İstiqlal” 41 xalla liderdir. “Traktor” və “Sepahan” isə 39 xalla ikinci və üçüncü pillələri bölüşürlər. İran mediasının məlumatına görə, peşəkar lisenziya əldə etdiyi üçün “Traktor”un Elit mərhələdə iştirakı demək olar ki, rəsmiləşib.
“Sepahan”ın taleyi isə lisenziyalaşdırma ilə bağlı yekun qərardan sonra müəyyənləşəcək.
Qeyd edək ki, İran Pro Liqasında çempionun və digər yekun nəticələrin dünya çempionatından sonra keçiriləcək qalan oyunlardan sonra müəyyənləşəcəyi gözlənilir.
Beləliklə, İranı Asiya turnirlərində ümumilikdə 3 komanda təmsil edəcək: 2 komanda Asiya Çempionlar Liqasının Elit mərhələsində, 1 komanda isə Asiya Çempionlar Liqası 2-də çıxış edəcək.

31-05-2026, 09:01
Mənəvi ağrının vizit kartı


Mənəvi ağrının

vizit kartı


( Sənədli hekayə )

Mirzə müəllim ömrünü elmə, kitablara və tələbələrə həsr etmiş bir insan idi. Saçlarına dən düşmüş, alnındakı qırışlar illərin gərgin axtarışlarından xəbər verən bu tanınmış alim, cəmiyyətdə hamının böyük hörmət bəslədiyi bir ziyalı idi. Onun üçün ən böyük zənginlik mənəviyyat, ən böyük qazanc isə elm idi. Lakin dövran elə gətirmişdi ki, dolanışıq çətinliyi hər qapını döydüyü kimi, onun da evindən yan keçməmişdi. Gözəl bir yaz səhəri idi. Xalası Mirzə müəllimə yaxınlaşıb, bir az çəkinə-çəkinə, bir az da çarəsizlikdən dilləndi:
– Mirzə, evdə xeyli şorumuz var. Bilirsən ki, maddi vəziyyətimiz bu aralar bir az sıxıntılıdır. Apar bu şoru Saratovka bazarında sat, evə bir-iki lazımlı şey alarsan. Mirzə müəllim duruxdu. Ömründə bircə dəfə də olsun ticarətlə məşğul olmamışdı. Auditoriyalarda mühazirə oxuyan, beynəlxalq konfranslarda çıxış edən bir alim üçün bazarda şor satmaq xəyalına belə gətirmədiyi bir iş idi. Lakin həyatın reallıqları qarşısında boyun əyməkdən başqa əlacı yox idi. O, ağır bir sükutla başını salladı, heç nə demədi. Səhər tezdən durub, ağ torbalara bükülmüş şor bağlamalarını götürdü və ağır addımlarla kəndin mərkəzinə tərəf yollandı. Kənd mərkəzində hələ heç kim yox idi. Səhərin mehi insanın üzünə toxunurdu. Mirzə müəllim əlindəki şor torbaları ilə yol kənarında dayanıb birtəhər gözləməyə başladı. İçində böyük bir xəcalət hissi var idi; - tanış-bilişin onu bu vəziyyətdə görməsindən çəkinirdi. Bu dəm uzaqdan bir maşın göründü. Yaxınlaşan maşın dayandı və qapısı açıldı. Sükan arxasında əyləşən şəxs kənd məktəbinin direktoru idi. O, dolanışığını təmin etmək üçün altı-bazar günləri öz köhnə maşını ilə taksiçilik edirdi. Direktor pəncərəni endirib hörmətlə dilləndi:
– Sabahınız xeyir, Mirzə müəllim! Bazaramı gedirsiniz? Mirzə müəllim utana-utana, birtəhər başı ilə "hə" işarəsi etdi. Direktor dərhal maşından düşüb baqajı açdı, alimin əlindəki şor torbalarını ehtiyatla oraya yerləşdirdi. Mirzə müəllim də ağır addımlarla maşına əyləşdi. Yol boyu ikisi də sükuta qərq olmuşdu. Hər ikisi bir-birinin vəziyyətini gözəl anlayır, lakin bu barədə danışmağa xəcalət çəkirdilər. Biri elmlər namizədi, digəri isə gələcək nəsli yetişdirən bir pedaqoq idi. Amma bu gün taleyin gərdişi onları fərqli bir nöqtədə birləşdirmişdi. Nəhayət, Saratovka bazarına çatdılar. Maşın dayandı. Mirzə müəllim əlini cibinə atıb 2 manat çıxardı və ön oturacağın üstünə qoydu. Sonra maşından düşmək istədi. Məktəb direktoru pulu görən kimi diksindi və dərhal etiraz etdi:
– Mirzə müəllim, aybdır, vallah aybdır! Sizdən pul götürə bilmərəm. Xahiş edirəm, pulunuzu geri götürün. Mən sizə sadəcə hörmət əlaməti olaraq yolüstü kömək etdim. Mirzə müəllim dayandı. Dönüb direktorun yorğun, amma qürurlu gözlərinə baxdı. Ürəyindəki bütün o ağrı, cəmiyyətin gəldiyi bu nöqtəyə olan təəssüf hissi bir anda dilinə köçdü. O, pulu geri götürmədi, dərindən bir ah çəkərək acı bir təbəssümlə dedi:
– Yox, həmkarım, nə ayıb? Pulu mütləq götür. Bu, sənin haqqındır. Amma bir şeyi unutma... Bir millətin ki, məktəb direktoru taksiçi, alimi isə bazarda şor satandırsa, vay bu ölkənin halına! Mirzə müəllim torbalarını götürüb bazarın hay-küylü kütləsinə doğru irəlilədi. Məktəb direktoru isə əlindəki 2 manata baxa-baxa, maşının sükanına söykənib uzun-uzun xəyala daldı. Bu iki manat sadəcə bir yol pulu deyil, bir dövrün, bir cəmiyyətin ziyalısının çəkdiyi mənəvi ağrının vizit kartı idi.
Hüseyn İsaoğlu,

yazıçı-publisist,
AYB və AJB üzvü.


Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!