Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
10-05-2026, 06:49
Bir Mübarək zəng


Bir Mübarək zəng

Bəzən qəfil, gözləmədiyin bir zəng sənə bir dünya sevinc bəxş edə bilər. Bu sevinci dünən yaşadım. Əziz, sevimli, çox hörmətli müəllimim prof. Cahangir Məmmədli mənə zəng etdi. Tədbirdə olduğumdan əvvəlki zənglərini cavabsız buraxmışdım. Tədbirdən çıxan kimi gələn zəngi cavablayanda ilk əvvəl səsindən tanımadım. Qınadı məni. Sən mənim səsimi necə unuda bilərsən dedi. Haqlı idi. Hələ tənə də vurdu ki, niyə Bakıya gedəndə dədə evinə dəyib onları axtarmıram. Xeyli zarafatlaşdıq. Əsas mətləbdən yayındım-son yazımı-"Min ölüm haqqında bir povest"i bəyəndiyinə görə zəng etmişdi. Xeyli təriflədi, yaradıcılığımı yaxından izlədiyini, yazılarımı oxuduğunu, uğurlarıma sevindiyini dedi. Sanki mənə bir dünya sevinc bəxş etdi. Müəllim təbriki, xeyir duası ayrı şeydir. Çox sağ olun, əziz Cahangir müəllim, çox sağ olun üstümdə zəhməti keçən əziz müəllimlərim...
...Və nə yaxşı zəng etdin, Cahangir müəllim, məni ötənlərə qaytardın, tələbə kimi yazıma qiymətini yazdın...Zənginizi həmişə gözləyəcəyəm...
Esmira İsmayılova
BDU Jurnalistika fakültısinin ötən əsr məzunu
10-05-2026, 06:43
Yeni virus yayılır

Yeni virus yayılır

İspaniyada və Cənubi Atlantik okeanındakı arxipelaqda "MV Hondius" kruiz gəmisindəki epidemiya ilə əlaqəli iki şübhəli hantavirus infeksiyası hadisəsi qeydə alınıb. Bu barədə "Reuters" məlumat yayıb. Qeyd olunub ki, yoluxma hallarından biri İspaniyanın Alikante əyalətində 32 yaşlı qadında hantavirusa uyğun simptomlar müşahidə olunur. Ölkənin səhiyyə üzrə dövlət katibi Xavyer Padillanın sözlərinə görə, o, 25 apreldə infeksiyadan vəfat edən "MV Hondius" təyyarəsindəki niderlandlı sərnişinlə eyni təyyarədə olub.
İkinci yoluxma hadisəsi - Britaniyanın xarici əraziləri olan Müqəddəs Yelena, Yüksəliş və Tristan-da-Kunya adalarının bir hissəsi olan arxipelaqda yaşayan britaniya vətəndaşında aşkarlanıb. "O, çox güman ki, aprelin 13-dən 15-dək adalarda dayanacaq zamanı "MV Hondius" gəmisindən düşüb", - deyə məlumatda qeyd olunub.
10-05-2026, 05:39
Filarmoniya bağında konsert


Filarmoniya bağında konsert

Azərbaycan Dövlət Xor Kapellası tərəfindən M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının 90, kollektivin isə 60 illik yubileyi çərçivəsində 9 May – Faşizm üzərində Qələbə Gününə həsr olunan konsert proqramı təqdim edilib.AZƏRTAC xəbər verir ki, Filarmoniya bağında açıq havada təşkil olunan proqram Xor Kapellasının ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra dahi bəstəkar Üzeyir Hacıbəylinin “Ey Vətən” əsəri ifa edilib.
Proqram çərçivəsində Azərbaycan xalq mahnıları - "Almanı atdım xarala”, “Həştərxana gedən gəmi”, “Səndən mənə yar olmaz” təqdim olunub.
Qeyd edək ki, yubiley ili münasibətilə keçirilən bu cür konsert proqramları milli musiqi irsinin təbliği, klassik və xalq musiqisinin geniş auditoriyaya çatdırılması, eləcə də gənc nəslin estetik zövqünün formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
10-05-2026, 05:34
Qlobal neft ehtiyatları sürətlə azalır

Qlobal neft ehtiyatları sürətlə azalır

Şərqdə davam edən münaqişə səbəbindən qlobal neft ehtiyatları sürətlə azalır.
Yaxın Şərqdə davam edən münaqişə və Hörmüz boğazında gəmiçilik məhdudiyyətləri səbəbindən qlobal neft ehtiyatları sürətlə azalır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Morgan Stanley” investisiya bankı məlumat yayıb.
Qlobal neft ehtiyatları 1 martdan 25 aprelə qədər gündə təxminən 4,8 milyon barel azalıb ki, bu da əvvəlki minimum səviyyələri xeyli üstələyir.
Digər investisiya bankı “Goldman Sachs” isə ehtiyatların 2018-ci ildən bəri ən aşağı səviyyəsinə yaxın olduğu barədə xəbərdarlıq edib.
Qeyd olunur ki, sürətlə azalan ehtiyatlar daha kəskin qiymət artımları və çatışmazlıq riskinin artdığını göstərir və bunun nəticələrini dünya hökumətləri effektiv şəkildə aradan qaldıra bilməyəcəklər. Qlobal ehtiyatların kəskin şəkildə tükənməsi münaqişə bitdikdən sonra belə, dünya bazarında son dərəcə qeyri-sabit vəziyyətin yaranmasına səbəb ola bilər.

10-05-2026, 05:29
Hörmüzdə 58 gəmi ələ keçirildi

Hörmüzdə 58 gəmi ələ keçirildi

Hörmüz boğazında blokada başlayandan bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına doğru gedən və ya oradan çıxan 58 ticarət gəmisini ələ keçirib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkə hesabında paylaşdığı məlumatda deyilir.
"ABŞ Hərbi Dəniz Qüvvələri İranın blokadasını tam şəkildə təmin etməyə davam edir. Bu günə qədər CENTCOM qüvvələri gəmilərin İran limanlarına daxil olmasının və ya oradan çıxmasının qarşısını almaq üçün 58 ticarət gəmisinin istiqamətini dəyişdirib və dörd gəmini sıradan çıxarıb", - məlumatda bildirilir.
CENTCOM hərbi blokada dövründə ABŞ Hərbi Dəniz Qüvvələrinin İran limanlarından çıxan və ya oranı tərk edən İslam Respublikası ilə əlaqəli 70-dən çox neft tankerini ələ keçirdiyini açıqlayıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə hava zərbələri endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. Öz növbəsində İran Hörmüzün Fars körfəzi ölkələrinə gedən gəmilər üçün bağlandığını bildirib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!