Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
11-05-2026, 18:30
Jurnalistdən maraqlı təklif


Jurnalistdən maraqlı təklif

"Bakı-Xəbər" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Aydın Quliyev Azərbaycan hökumətinə maraqlı təkliflə öz səhifəsində şıxış edib. Butov.az təklifin mətnini təqdim edir:

"Azərbaycan dövləti Minsk Qrupunda 30 il həmsədr ölkələri təmsil etmiş ABŞ, Fransa və Rus diplomatlarının işinə hüquqi- siyasi qiymət verməli ,cinayət işləri açmalıdır...Onlar 30 il Ermənistanın təcavüzünü dəstəklədilər, Azərbaycan xalqını aldatdılar, özlərinə sərvət yığdılar...Onların öz hökumətlərinə yazdıqları aylıq və ya illik hesabatlar açılmalıdır...Azərbaycan xalqı bilməlidir ki, onlar Qarabağla əlaqədar hər addımlarından sonra öz nazirlərinə nə hesabat təqdim ediblər..."
11-05-2026, 16:12
Qazaxıstanda Azərbaycan Ruhu:

Qazaxıstanda Azərbaycan Ruhu:

Türküstanda Yeni Dil və Mədəniyyət Ocağı Qazaxıstanda yaşayan azərbaycanlıların öz milli kimliyini, dilini və tarixini yaşatmaq istiqamətində fəaliyyəti yeni bir mərhələyə qədəm qoyub. Türküstan vilayətində fəaliyyətə başlayan özəl Azərbaycan məktəbi, qısa müddət ərzində soydaşlarımızın mənəvi sığınacağına çevrilib. Bu təhsil ocağının əsas özəlliyi dərslərin birbaşa Azərbaycandan dəvət olunmuş peşəkar pedaqoqlar tərəfindən tədris olunmasıdır. Məktəbdə gənc nəslə ana dilimizin incəlikləri ilə yanaşı, Azərbaycanın şanlı tarixi və zəngin mədəniyyəti aşılanır. Bu, qürbətdə böyüyən uşaqların öz köklərinə bağlı qalması üçün atılan ən strateji addımlardan biri kimi qiymətləndirilir.

10 May: Heydər Əliyevin Anım Günü və Zəfər Ruhlu Tədbir keçirildi. Dünən, yəni 2026-cı il mayın 10-da məktəbdə xüsusi bir tədbir baş tutub. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anım gününə həsr olunmuş mərasim Qazaxıstandakı diaspor nümayəndələrinin təşkilatçılığı ilə yüksək səviyyədə keçirilib.Tədbirin ən duyğulu anları uşaqların ifasında səslənən şeirlər olub.

Şagirdlər Qarabağ zəfərinə, vətən torpağına həsr olunmuş bədii kompozisiyalarla çıxış edərək, minlərlə kilometr uzaqda olsalar da, qəlblərinin Azərbaycanla döyündüyünü sübut ediblər. Təşkilatçılar bildirirlər ki, bu cür təşəbbüslər təkcə təhsil deyil, həm də birlik mesajıdır.

Diaspor nümayəndələrinin və yerli azərbaycanlı icmasının birgə səyləri nəticəsində ərsəyə gələn bu layihə, Qazaxıstan və Azərbaycan arasındakı mədəni körpüləri daha da möhkəmləndirir. Yüksək səviyyədə təşkil olunan bu anım tədbiri bir daha göstərdi ki, Azərbaycan dili və mədəniyyəti dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir soydaşımızın qürur mənbəyidir.
Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü

Əziz oxucular, şəkilləri və tədbir haqqında məlumatı Qazaxstandan soydaşımız Fərhad Süleymanov göndərib.

Қазақстандағы Әзірбайжан рухы:

Түркістандағы «Жаңа тіл және мәдениет орталығы» Қазақстанда тұратын әзірбайжандықтардың ұлттық болмысын, тілі мен тарихын сақтау мақсатындағы қызметінде жаңа кезеңге аяқ басты. Түркістан облысында жұмысын бастаған жекеменшік әзірбайжан мектебі аз уақыт ішінде қандастарымыздың рухани баспанасына айналды. Бұл оқу орнының басты ерекшелігі – сабақтарды Әзірбайжаннан тікелей шақырылған кәсіби ұстаздар жүргізеді. Мектепте жас ұрпаққа ана тіліміздің қыр-сырын, сонымен қатар Әзірбайжанның даңқты тарихы мен бай мәдениетін үйретеді. Бұл шетелде өсіп келе жатқан балалардың өз тамырымен байланысын сақтауы үшін жасалған стратегиялық қадамдардың бірі болып саналады. 10 мамыр: Гейдар Әлиевті еске алу күні және Жеңіс рухы іс-шарасы өтті. Кеше 2026 жылдың 10 мамырында мектепте ерекше оқиға болды. Қазіргі Әзірбайжан мемлекетінің негізін қалаушы Гейдар Әлиевті еске алу күніне арналған салтанатты шараны Қазақстандағы диаспора өкілдері жоғары деңгейде ұйымдастырды.Ұйымдастырушылар мұндай бастамалардың тәрбиелік мәні ғана емес, ауызбіршілікті де білдіретінін айтады. Диаспора өкілдері мен жергілікті әзірбайжан қоғамдастығының бірлескен күш-жігерінің нәтижесінде жасалған бұл жоба Қазақстан мен Әзірбайжан арасындағы мәдени көпірді одан әрі нығайта түсуде. Жоғары деңгейде ұйымдастырылған бұл еске алу іс-шарасы әзірбайжан тілі мен мәдениеті әлемнің қай түкпірінде тұрса да, әрбір отандасымыз үшін мақтаныш екенін тағы бір паш етті.
Хусейн Исаоғлы, жазушы-публицист,
AYB және AJB мүшесі.
.
11-05-2026, 15:06
Dolu və sel XƏBƏRDARLIĞI

Dolu və sel XƏBƏRDARLIĞI

Mayın 12-14-də əsasən günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
11-05-2026, 06:49
Virus yayılan gəmidəkilər təxliyə edildi


Virus yayılan gəmidəkilər təxliyə edildi

İspaniyanın Kanar adalarına çatan “MV Hondius” kruiz gəmisindən hantavirus yayılması səbəbindən 100-ə yaxın sərnişin təxliyə olunub. Bu barədə İspaniyanın səhiyyə naziri Monika Qarsiya mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, gəmidən 19 müxtəlif ölkəni təmsil edən 94 nəfər düşürülüb. Bundan əvvəl gəmi Kanar adalarının Tenerife limanında lövbər salıb. İspaniya hakimiyyəti sərnişinlərin təxliyəsi üçün xüsusi protokol hazırlayıb.
Məlumata görə, son repatriasiya reysinin bu gün -mayın 11-də həyata keçirilməsi planlaşdırılır.

11-05-2026, 06:45
Qətərdə ABŞ gəmisi vurulub


Qətərdə ABŞ gəmisi vurulub

İrana məxsus pilotsuz uçuş aparatları Qətər sahilləri yaxınlığında ABŞ şirkətinə aid kommersiya gəmisinə hücum edib. Bu barədə "Fox News" telekanalı məlumat yayıb. Bildirilib ki, ABŞ-nin "Safesea Group" şirkətinə məxsus "Neha" adlı gəmi Doha yaxınlığında lövbərdə olduğu zaman hücuma məruz qalıb.
O da bildirilib ki, dronlardan biri gəmiyə dəyib, digəri isə hədəfi vura bilməyib. Hadisə zamanı gəmidə 23 dənizçi olub, xəsarət alan olmayıb.
Telekanal qeyd edib ki, hücum zamanı gəmi yük daşımayıb və Qətər sahilləri yaxınlığında dayanıb.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!