Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                       
2-05-2026, 23:48
Blokada yarıldı

Blokada yarıldı

Marşall adalarının bayrağı altında üzən və göyərtəsində Hindistana məxsus yük olan "MT Sarv Shakti" qazdaşıyan tankeri Hörmüz boğazını təhlükəsiz şəkildə keçib və ayın ortalarına qədər Hindistana çatacağı gözlənilir. Bu barədə Hindistanın ANİ agentliyi məlumat yayıb.
Agentliyin mənbələrinin məlumatına görə, 18-i Hindistan vətəndaşı olmaqla 20 ekipaj üzvünün olduğu və 46 313 ton mayeləşdirilmiş karbohidrogen qazı daşıyan "MT Sarv Shakti" gəmisi mayın 2-də Hörmüz boğazını keçib. Gəminin mayın 13-də Vişakhapatnama çatacağı proqnozlaşdırılır.
Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı müharibəsi başladıqdan sonra Tehran Hörmüz boğazını onlarla əlaqəli olan və İslam Respublikasına qarşı təcavüzü dəstəkləyən ölkələrin gəmiləri üçün bağlamaq qərarına gəlib. Münaqişə müddətində bir sıra tankerlər Tehranın icazəsi olmadan boğazdan keçdikləri üçün hücuma məruz qalıblar.
Martın 25-də İranın xarici işlər naziri Abbas Araqçı bildirib ki, İran Rusiya, Hindistan, İraq, Çin və Pakistan da daxil olmaqla dost ölkələrə Hörmüz boğazından keçməyə icazə verib.
2-05-2026, 15:52
Slovakiya Prezidenti Azərbaycana gələcək

Slovakiya Prezidenti

Azərbaycana gələcək


Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri planlaşdırılır.

Bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov Şərqi Zəngəzur və Qarabağa səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Slovakiya da təmsil olunacaq: baş nazirin müavini, eləcə də regional inkişaf naziri gələcək. Bundan əlavə, artıq may ayında, WUF ərəfəsində, parlament sədrinin səfəri gözlənilir. Həmçinin Slovakiya Prezidentinin Azərbaycana rəsmi səfəri planlaşdırılır”, - deyə səfir bildirib.
E.Qasımov qeyd edib ki, Slovakiya ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur: "Biz müdafiə sənayesi sahəsində, eləcə də infrastruktur layihələrində yaxşı əməkdaşlıq edirik”.
"Çox müsbət təəssüratlarım formalaşıb. Qarabağda artıq bir neçə dəfə olmuşam, buna görə ümumilikdə təəssüratlarım müsbətdir”, - deyə diplomat səfəri şərh edərkən əlavə edib.
Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.
Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndələr iştirak edirlər.

2-05-2026, 15:48
Azərbaycanla bağlı açıqlama


Azərbaycanla bağlı açıqlama

Ölkələrimiz arasında münasibətlər müxtəlif sahələr üzrə inkişaf edir və yaxın perspektivdə daha yüksək səviyyəyə çatdırılması mümkündür. Bunu Azərtac-a açıqlamasında İsrailin Azərbaycandakı səfiri Ronen Kraus deyib. Diplomat qeyd edib ki, Azərbaycanla İsrail arasında əməkdaşlıq kibertəhlükəsizlik, süni intellekt, turizm, aqrar və su texnologiyaları kimi istiqamətləri əhatə edir. “Kibertəhlükəsizlik əsas prioritetlərdən biridir. Süni intellekt isə münasibətlərə yeni əlavə olunan sahədir.” Ronen Kraus turizm sahəsində də müsbət dinamikanı diqqətə çatdırıb. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycana səfər edən israilli turistlərin sayı təxminən 70 min nəfər olub və bu göstəricinin artacağı gözlənilir.
Səfir, həmçinin su resurslarının səmərəli idarə olunmasının xüsusi əhəmiyyət daşıdığını bildirərək, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensialın yüksək olduğunu qeyd edib.
2-05-2026, 09:28
Bu yolda mən varam!


Bu yolda mən varam!

Türkçülük və Turançılıq mənim üçün sadəcə bir ideologiya deyil, bu, həyatımın mənası, varoluş səbəbimdir. Uğrunda mübarizə apardığım bu yol, hər bir Türk övladının şərəfli gələcəyi naminə seçilmiş müqəddəs bir yoldur. Milli kimliyimizin, dilimizin, tariximizin, mədəniyyətimizin qorunması və gələcək nəsillərə doğru şəkildə çatdırılması üçün göstərdiyim səylər gündəlik fəaliyyətimin əsasını təşkil edir. Yazdıqlarım, paylaşdıqlarım, qatıldığım tədbirlər və təşkil etdiyim təşəbbüslər bir məqsədə – Türk dünyasının birliyinə xidmət edir.
Bəzən həyatın təbii axarı içində yaşadığım şəxsi çətinliklər mənə yorğunluq gətirsə də, ruhən və mənən daima milli ideallarımın keşiyindəyəm. Bəziləri məni yolumdan döndərmək, inamımı qırmaq istəsə də, əksinə bu cəhdlər məni daha da möhkəmləndirir.
Çünki mən bilirəm – bu yol asan yol deyil. Amma bu yol, “Qızıl Alma” yoludur. Bu yol, Bütöv Azərbaycanın, Böyük Turanın yoludur!
İdeallarımız böyükdür, ona görə də mübarizəmiz də böyük və qətiyyətli olmalıdır. Hər bir addım, hər bir səs, hər bir fikir bu birliyə xidmət etməlidir.
Bu yolda mən varam – inamla, əzmlə, ruh yüksəkliyi ilə. Və bu yolda sonadək irəliləməyə hazıram!
Tanrı Türkü qorusun!
2-05-2026, 09:04
ABŞ Qəzza missiyası bitir


ABŞ Qəzza missiyası bitir

ABŞ İsraildəki Mülki-Hərbi Koordinasiya Mərkəzini (CMCC) bağlayır. Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mərkəz İsrail və HƏMAS arasında atəşkəsə nəzarət etməli, həmçinin Qəzzaya humanitar yardımın çatdırılmasını koordinasiya etməli idi.
Bu qərar ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq nizamlanması planının dalana dirənməsi ilə əlaqələndirilir. Səbəblər arasında atəşkəsdən sonra İsrailin davam edən hücumları və HƏMAS-ın silahı yerə qoymaqdan imtina etməsi göstərilir.
CMCC-nin funksiyaları ABŞ komandanlığı altındakı Beynəlxalq Stabilləşdirmə Qrupuna veriləcək. ABŞ hərbi personalının sayı 190-dan 40-a endiriləcək, hərbçiləri isə digər ölkələrin mülki mütəxəssisləri əvəz edəcək. Qurumun gələcəkdə Beynəlxalq Qəzzaya Dəstək Mərkəzi adlandırılması ehtimal olunur.
2-05-2026, 08:57
Heydər Oğuzun kədərli proqnozu


Heydər Oğuzun

kədərli proqnozu


Bir çox Avropa ölkəsinin kəşfiyyat orqanları açıq şəkildə Ukrayna müharibəsinin daha 4-5 il davam etməsinin vacibliyindən danışır. Onların fikrincə, Avropa ölkələri yalnız bu müddət ərzində Rusiya ilə açıq döyüşlərə girməyə hazır olacaq. O zamana qədər isə Ukrayna Rusiya ilə savaşmalı və Moskvanın başını qatmaqla bərabər, həm də onu yaxşıca zəiflətməlidir. Bu sözləri bildirən politoloq Heydər Oğuz qeyd edib ki, 2022-ci ilin 24 fevralında Rusiya Ukraynaya hücum edərkən və bu müharibənin bir neçə günə başa çatacağı, yəni Rusiyanın işğalı tamamlayacağı iddiaları yayılanda müharibənin 2030-cu ilə qədər davam edəcəyini proqnozlaşdırıb:
“Mən bu proqnozu Avropa Birliyinin Rusiyadan aldığı neft və qaz məhsulları ilə bağlı proqrama əsasən vermişdim. Həmin proqramlarda Rusiyadan alınan enerji daşıyıcılarından tam şəkildə yalnız 2030-cu ildə imtina ediləcəyi planlaşdırılır. Bu məntiqlə müharibənin də 2030-cu ilə qədər davam edəcəyi təxmin edilirdi”.
Politoloq vurğulayıb ki, ötən gün “World Politics Review”də yayımlanan bir məqalədə də Ukrayna savaşının ən azı 2029-cu ilə qədər davam edəcəyi bildirilib:

“CNN və “Vaşinqton Post” kimi nüfuzlu informasiya kanallarının da əməkdaşı olan Frida Gitis yazır: “Müharibənin 2028-ci ilə qədər başa çatacağı ehtimalı azdır, ona görə də AB artıq 2029-cu ilə qədər Kiyevin maliyyəsini gücləndirmək üçün əlavə 117 milyard dollarlıq kredit paketi planlaşdırır”.
2-05-2026, 08:11
İsraildən Livana zərbə

İsraildən Livana zərbə

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Livanın cənubundakı Habbuş yaşayış məntəqəsinə zərbə endirməsi nəticəsində azı 8 nəfər həlak olub, 6 nəfər isə yaralanıb. Bu barədə TASS-ın məlumatında deyilir.
Bildirilib ki, xilasedicilər təkrar hücumlardan ehtiyat etdikləri üçün dağıntıları təmizləmə işlərini dayandırmaq məcburiyyətində qalıblar.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!