Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                       
Bu gün, 08:10
Elektron siqaretlər qadağan olundu


Elektron siqaretlər

qadağan olundu


Almaniyada birdəfəlik elektron siqaretlərin qadağan edilməsinə dair qanun hazırlanır. Bu barədə ölkənin ətraf mühit, iqlim, təbiətin mühafizəsi və nüvə təhlükəsizliyi naziri Karsten Şnayder qeyd edib. Nazir bildirib ki, bu il ərzində birdəfəlik elektron siqaretlərin qadağan olunması ilə bağlı qanun layihəsi Federal Məclisə təqdim ediləcək. Hazırlanacaq qanun layihəsinə əsasən, birdəfəlik bu siqaretlərin Almaniyada satışının qadağan edilməsi nəzərdə tutulur.
Şnayder qadağanın səbəbi kimi bu cihazların yaratdığı yanğın riskini göstərib.
O qeyd edib ki, istifadəçilər bu siqaretləri çox vaxt məişət tullantıları və ya təkrar emal torbaları ilə birlikdə atırlar ki, bu da tullantı emalı müəssisələrində yanğınlara səbəb olur.
Bu gün, 08:06
Urmu gölündə su səviyyəsi 1,40 santimetr artıb


Urmu gölündə su səviyyəsi

1,40 santimetr artıb


Qərbi Azərbaycan Ətraf Mühit Baş İdarəsinin rəhbəri bildirib ki, Urmu gölündə su səviyyəsi 1,40 santimetr artıb. Qərbi Azərbaycan Ətraf Mühit Baş İdarəsinin direktoru Hüccət Cəbbarinin sözlərinə görə, yağıntılar nəticəsində Urmiya gölünün vəziyyəti əvvəlki illərlə müqayisədə yaxşılaşıb.
O, bildirib: “Su səviyyəsində 1,40 santimetr artım qeydə alınıb, bəzi ərazilərdə isə göl yatağının dərinliyi 2–2,5 metrə çatıb.”
Cəbbarinin sözlərinə görə, Urmiya gölündə suyun həcmi 3,5 milyard kubmetrdir və bu göstərici son illərlə müqayisədə 6–7 dəfə artım deməkdir.
Cəbbarinin açıqlamasına görə, yay aylarında istilər səbəbilə hər il gölün dərinliyindən 70–80 santimetr su buxarlanır. Lakin bu il suyun 50 faizi buxarlansa belə, gölün tam quruması gözlənilmir. Bununla belə, bir neçə mütəxəssis bu nikbin qiymətləndirməyə ehtiyatla yanaşıb.
Mütəxəssislər bildiriblər ki, görünən yaxşılaşma ictimaiyyəti aldatmamalıdır və struktur islahatları aparılmasa, vəziyyət yenidən sürətlə pisləşə bilər. Onlar suyun idarə olunması, qanunsuz və həddindən artıq yeraltı su çıxarılmasının qarşısının alınması, ekoloji su payının təmin edilməsi, əkinçilik modelinin dəyişdirilməsi və vahid monitorinq sisteminin yaradılmasını əsas prioritetlər kimi göstəriblər.
Bu gün, 07:47
Həmədanlıların əmlakı müsadirə olundu


Həmədanlıların əmlakı

müsadirə olundu


Müharibə ilə bağlı daha 40 həmədanlıya qarşı cinayət işi açılıb və onların əmlaklarının müsadirəsi barədə qərar verilib. Bu barədə İran məhkəmə hakimiyyətinin "Mizan" saytı məlumat yayıb:
Onlar "düşmənlə əməkdaşlıq", "düşmən şəbəkələrlə əlaqə" və "milli maraqlara zidd fəaliyyətlər"də günahlandırılıblar. Kimliyi açıqlanmayan şəxslərin bütün daşınan və daşınmaz əmlakı, bank hesabları və aktivləri müəyyən edilərək müsadirə edilib və onlara hər hansı maliyyə köçürmələrinə qadağa qoyulub.
Xatırladaq ki, ötən ay eyni ittihamlara görə 61 həmədanlının əmlakı müsadirə olunub.
Bu gün, 07:44
15 mayda sülh müzakirəsi aparılacaq

15 mayda sülh

müzakirəsi aparılacaq


ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib ki, İsrail və Livan rəsmiləri 14-15 may tarixlərində Vaşinqtonda "hərtərəfli sülh və təhlükəsizlik sazişi"nin bağlanmasına yönəlmiş müzakirələr aparacaqlar. ABŞ Dövlət Departamentinin sözçüsü davamlı sülh və təhlükəsizlik, Livanın bütün ərazisi üzərində suverenliyinin tam bərpasının müzakirə ediləcəyini vurğulayıb.
Piqot bildirib ki, Amerika Birləşmiş Ştatları hər iki hökumətin bu prosesə sadiqliyini alqışlayır və başa düşür ki, hərtərəfli sülh Livanda dövlət hakimiyyətinin tam bərpasından və Vaşinqtonun xarici terror təşkilatı kimi tanıdığı Hizbullahın tamamilə tərksilah edilməsindən asılıdır.
İki tərəf arasında görüşlər ABŞ administrasiyasının fəal dəstəyi ilə Vaşinqtonda keçirilir. Livanda 17 apreldən etibarən atəşkəs rejiminin tətbiqi barədə razılıq əldə edilib. 23 apreldə keçirilən ikinci görüşdən sonra atəşkəsin üç həftəlik uzadılması elan edilib.
Bu gün, 07:39
Robert sayıqlayır


Robert sayıqlayır

Biz təhlükəsizlik modelimizi təklif edirik: müasir və döyüşə hazır ordu, güclü lider və güclü müttəfiq.
Bu sözləri “Ermənistan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan 8 mayda Eçmiədzində seçki kampaniyası çərçivəsində keçirdiyi mitinqdə bildirib.
“Bəşəriyyət hələ başqa bir model ortaya qoymayıb. Bizi müharibə ilə təhdid edirlər, amma sadə bir həqiqət var: təcavüzkar qələbə şanslarının çox yüksək olduğuna əmin olduqda müharibəyə başlayır. Əks halda, heç bir ölkə müharibəyə başlamaz.
Biz sülh üçün çalışırıq, amma sülh davamlı, zəmanətli və zəmanətçiləri ilə olmalıdır. Sülh bir nəfərin şıltaqlığından asılı ola bilməz. Bu, sülh deyil, rüsvayçılıqdır və biz buna imkan verməyəcəyik”, - deyə Köçəryan sayıqlayıb.
Bu gün, 07:23
Uzun yolun Yolçusu

Afət Möhbalı

Uzun yolun Yolçusu

Yolum uzun, yüküm ağır, amma mənzilim müqəddəsdir. Mən bu yola sadəcə addımlamaq üçün deyil, bir ideyanı yaşatmaq üçün çıxdım. Hər addımımda əcdadın ruhu, hər baxışımda Turanın işığı var.Bilirəm ki, Qızıl Almaya gedən bu yol tikanlıdır, enişli-yoxuşludur. Lakin bu yolda çəkilən hər əzab, hər yorğunluq mənim üçün qürurdur. Bu yolda mənimlə eyni düşüncədə, eyni əqidədə olanlarla bu yolu çiyin-çiyinə yürümək də bir qürurdu. Bu yolda hər kəs yürüyə bilməz, eyni yolun yolçuları ilə bu yolu yürüməyin şərəfini, qürurunu yaşamağın özü də bir ucalıqdır. Çünki bu yolda Bütöv Azərbaycan həqiqəti, bu zəhmətin sonunda isə Böyük Turanın möhtəşəm quruluşu dayanır.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!