9-05-2026, 07:39
Robert sayıqlayırBiz təhlükəsizlik modelimizi təklif edirik: müasir və döyüşə hazır ordu, güclü lider və güclü müttəfiq.Bu sözləri “Ermənistan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan 8 mayda Eçmiədzində seçki kampaniyası çərçivəsində keçirdiyi mitinqdə bildirib.
“Bəşəriyyət hələ başqa bir model ortaya qoymayıb. Bizi müharibə ilə təhdid edirlər, amma sadə bir həqiqət var: təcavüzkar qələbə şanslarının çox yüksək olduğuna əmin olduqda müharibəyə başlayır. Əks halda, heç bir ölkə müharibəyə başlamaz.
Biz sülh üçün çalışırıq, amma sülh davamlı, zəmanətli və zəmanətçiləri ilə olmalıdır. Sülh bir nəfərin şıltaqlığından asılı ola bilməz. Bu, sülh deyil, rüsvayçılıqdır və biz buna imkan verməyəcəyik”, - deyə Köçəryan sayıqlayıb.
9-05-2026, 07:23
Afət Möhbalı
Uzun yolun Yolçusu Yolum uzun, yüküm ağır, amma mənzilim müqəddəsdir. Mən bu yola sadəcə addımlamaq üçün deyil, bir ideyanı yaşatmaq üçün çıxdım. Hər addımımda əcdadın ruhu, hər baxışımda Turanın işığı var.Bilirəm ki, Qızıl Almaya gedən bu yol tikanlıdır, enişli-yoxuşludur. Lakin bu yolda çəkilən hər əzab, hər yorğunluq mənim üçün qürurdur. Bu yolda mənimlə eyni düşüncədə, eyni əqidədə olanlarla bu yolu çiyin-çiyinə yürümək də bir qürurdu. Bu yolda hər kəs yürüyə bilməz, eyni yolun yolçuları ilə bu yolu yürüməyin şərəfini, qürurunu yaşamağın özü də bir ucalıqdır. Çünki bu yolda Bütöv Azərbaycan həqiqəti, bu zəhmətin sonunda isə Böyük Turanın möhtəşəm quruluşu dayanır.