Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
28-05-2026, 17:41
Ağıllı deputatdan maraqlı fikir

Ağıllı deputatdan

maraqlı fikir


İranlı deputat internetin yenidən açılmasının qanunsuz olduğunu deyib. İran parlamentinin mədəniyyət komitəsinin sözçüsü bildirib ki, internetə çıxışın yenidən bərpası qanuna ziddir. Əhməd Rəstineh İslam Respublikası real internetdən ayrılmış daxili şəbəkə olan Milli İnformasiya Şəbəkəsini tamamlamaq üçün bütün imkanlarından istifadə etməlidir. Deputat əlavə edib ki, internetə “nəzarətsiz çıxış”, xüsusilə yeniyetmələr baxımından ölkəyə ciddi zərər vura bilər. O həmçinin bildirib ki, Prezident Məsud Pezeşkian tərəfindən internetə çıxışı bərpa etmək üçün yaradılmış qurumun səlahiyyəti yoxdur, çünki onun funksiyaları Ali Kiberməkan Şurasının səlahiyyətləri ilə üst-üstə düşür.
28-05-2026, 17:30
Fərşi 8 aylıq həbsdən sonra azad edilib


Fərşi 8 aylıq həbsdən sonra azad edilib

Azərbaycanlı türk fəal Əlirza Fərşi 8 aylıq həbs cəzasının müddəti başa çatdıqdan sonra Mərənd həbsxanasından azad edilib.
Azərbaycan Milli Hərəkatının fəalı Əlirza Fərşi bununla bağlı özünün sosial media hesabında paylaşım edib.
Xatırladaq ki, Əlirza Fərşi 20 avqust 2025-ci ildə Mərənd ədliyyəsinə müraciət etdikdən sonra polis qüvvələri tərəfindən 8 aylıq həbs cəzasını çəkmək üçün Mərənd Mərkəzi Həbsxanasına köçürülmüşdü.
1978-ci il təvəllüdlü Əlirza Fərşi Tehranın Şərif və Texnologiya universitetlərinin proqramlaşdırma ixtisası məzunudur. O, Culfa Beynəlxalq Universitetindən uzaqlaşdırılmış müəllim, “Hər Türk Kəndinə Bir Türk Kitabxanası” kampaniyasının qurucusu, Milli Elitlər Fondunun üzvü və İran-İraq müharibəsində həlak olmuş komandirin oğludur.
Əlirza Fərşi Azərbaycanda tanınmış mülki fəallardan biridir və Güney Azərbaycan türklərinin hüquqları uğrunda fəaliyyəti səbəbilə dəfələrlə saxlanılıb və həbs olunub.
28-05-2026, 08:34
SU HƏYATDIR


SU HƏYATDIR

BƏS GÜN ƏRZİNDƏ NƏ QƏDƏR

SU İÇMƏLİYİK?


BƏDƏN ÜZVLƏRİNİN HARAYI, BİZİ SUSUZ QOYMAYIN

Susuz bədən, susuz səhra kimidir. Orqanizmimizdə su balansı pozulanda damarlarlarmızda axan qan narahar olub haray salır ki, damardan suyumu çəkməyin. Axan kanalım daralır. Qatılaşıb qaralmağa başlayıram, yəni qısası qanımı qaraltmayın. Bilin ki, çətin dolaşıram hər bir üzvü qidalandıra bilmirəm.
Bu səbəbdən ki, orqanlar çıxır bədəndə su axtarışına. Yağışdan sonra yalaxlarda qalan sular olar ey, onun kimi dədən üzvülərmizin də eləsi var ki, ehtiyat suyu biraz çox saxlaya bilmir. Məsələn böyrək çirkli suyu saxlamır tez süzür sidik kisəsinə oda saxlamır çünki artıq o lazımsızdı bədənə. Beləcə təmiz suyumuzun ehtiyat deposu qanımızda dövr edir.
Bax burda suzsuz üzvlər başlayırlar damardakı suyu əllərindəki hörtumla hərəsi bir tərəfdən çəkməyə. Bu yerdə qanımızın tərkibi qatılaşdı ürəyin işi düşdü çətinə aləm qarışdı bir- birinə təzyiq yüksəldi. Baş özünən çıxdı ki, ayə siz neynirsiniz. Hamımız susuzluqdan gül kimi soluruq quruyub gedəcəyik. Qara ciyərdə yazıqdı ödnən bir yerdə quruyan torpaq kimi çadar -çadar olub parçalanacaq. Bir atəş qalayın böyrəklərdə qalan bir fincan suyimuz var tez qaynatsın ki, parı tüstü kimi yayılsın görüb gəlsinlər. Səsimizi eşidən olsun. Yaxudda bəlkə nəfəsi daralan boğulmaq həddinə çatan, ağ ciyər tab gətirməyib qışqırsın ki, yandım ciyərimi su deyni yandırmayın beyindəki yatan oçaqlara siqnal verib oyadır. Durun su istəyin amma buz kimi deyil biraz ilıq olsun yay olanda nolar ki, dişlərin minasını çatlatmayın. Yazıqdı isti söyuğa az salın bir ömür tab gətirə bilsinlər öz işlərini görə bilmək üçün, sorada suçlu sayılmasınlar. Yoxsa sırayla çatdıyırlar bir -bir kökünən çıxardıb atılar. İmkan vermillər ki, onlara qoz, fındıx sındırılar qəndi xırta- xırtla yeyirlər. Sonra da deyillərki xarab oldu çürüdü. Çürüməsin neynəsin bu ağappaq incilər, çox incədirlər. Səhər axşam heç çoxunu fırçalamıllar da. Siqaret bir yannan qida qalıntıları, ərp bir yannan rənglərini eliyir sapsarı. Bir sözlə ömrün sonuna yarsı qala ya qalmaya.
İstəmirəm bu orqan hekayəmi uzadam. Çünki yüz qramlıx kəmiysiz dil var ha susuzluxdan parça-parça olsa da ölənə kimi susmur. Ondan qorxuram ki, bir çoxu ağızların içində sakit dura bilməyəcək. Yazdıxlarımın mahiyətini anlıya bilməyən susuzluqdan gücdən düşmüş biraz da qurumuş beyinləri yazan əllərimi asıf- kəsəcəklər ki , bu nə yazıdı yazıfdı eyyy.
Hələ ey nələr-nələr yazıx çənəni də əldən salacaqlar. Keşgə gündə yeddi səkkiz dəfə çox şeyə qarışan başın qulaxlarına pıçıldayıb deyə ki, gündə iki və ya iki litir yarım su içməlisən bizim yaşamağımız üçün. Yadınızdan çıxmasın su həyatdır canlı aləmi yaşatmaq üçün. Bax özü də bu saatlarda için ki, vücudunuz sağlam olsun. Başı ağrıtmasın, gözü ağlatmasın. Bədəndə olan bütün orqanlar hekayənin sonunda dilə gəlib dedilər ki, bizim haraymızı oxuyanlara, eşidənlərə çatdırın ki, biz nə qədər su içməliyik bir zəhmət sənə zamanınıda de bilsinlər. GÜN ƏRZİNDƏ -İKİ VƏ YA İKİ LİTİR YARIM. (2-2,5) İçdiyimiz suyun temperaturu orqanizmimizin istiliyi ilə eyni dərəcə olmalıdır.
Bu saatlarda içilən suyun teperaturu 37 dərəcə olarsa artıx çəkimizdəndə azad olmuş olarıq. Sağlamlığımlz üçün yaxşı yox ey belə lap əla olar. Belə başlamaq.
1-cı səhər saat 7-8 arası bir fincan-içmək ki, mədə, bağırsaq təmizlənsin,
2- ci saat 9-00 da bir fincan içmək dərini nəmləndirir və hamarlayır qocalmamızı ləngidir. Gözəl qalmaq istəyirik.
3-cü saat 11-30 bir bardaq İçmək günorta yeməyinə qədər beyindəki gərginliyi aradan götürür əhval ruhiyyəni yüksəldir. İştahanı açır.
4-cü günorta Saat 1-00 da bir fincan içmək yeməyin həzminə kömək edir. Mədə turşuluğunu nizamlayır köpün azalmasına böyük təsir edir. Yemək arası içmək.
5-ci saat 3-00 (15) da bir fincan içmək .Orqanizmimiz də su və duz mübadilədini nizamlayır. Damarların möhkəmlənməsinə kömək edir.
6–cı saat 5-00 –da (17) bir fincan içmək arıqlamaq istəyənlər üçün yeməkdən 5-10 dəqiqə əvvəl arıqlar üçün isə yeməkdən 30- dəqiqə sonra. Bədən üzvlərindəki artıq yağların toplanmamasını nizamlayır.
7-ci Saat 7-00(19) bir fincan içmək yemək zamanı. Maddələr mübadiləsini gücləndirir. Zəif orqanların fəailiyyətini artırır.
8-ci saat 8-00 (axşam) bir bardaq içmək. Orqanizmidən zərərli maddələri təmizləyib çıxarırması sayəsində ,bədən üzvslərimiz rahat həyat yaşayır. Beləliklə yuxu rejimidə nizamlsnmış olur.
9-cu Axşam bir fincan içmək .(Burda saat önəmli deyil ) Yatmazdan öncə İnfarkt və insult riskini azaldır.
Əlavələr: Eyni zamanda düşa girməzdən öncə bir bardaq isti su içmək təzyiqi aşağı salır. Çox söyuq su içmək böyrəklərin balansını pozur.
Arıqlamaq üçün təkcə su ilə bəslənmə çox təhlükəlidir.
Bu qayda ilə Allahın bizlərə bəxş etdiyi təmiz sudan istifadə etmək, sağlam yaşamağmızın və uzun ömür sürməymizin açarlarından biridir.
Belə əziz oxucular bədən üzvlərmizin harayına əməl edəyin ki, verilən ömrü saglam başa vurağın. Hər birinizə Yaradandan inci kimi saf və su qədər pak uzun ömür arzulayıram.
Sara GÖYÇƏLİ (Şərifova)
Şair- publisit,
AJB üzvü TAİB QŞ sədr müavini
(36 ildir TİBB SAHƏSİNDƏ çalışır)
21.04.2026

Redaksiyadan: Müəllifin yazı üslubuna toxunmadığımızı nəzərə almağınızı xahiş edirik!
28-05-2026, 08:24
"İkarus"un son uçuşu

Abid Şamiloğlu,
müəllim-Quba,
Afurca kəndi.


"İkarus"un son uçuşu
(Fantastik hekayə)

Bəzən uçmaq üçün təyyarəyə ehtiyac yoxdur; bir dostun sadiqliyi sizi ən yüksək zirvələrə qaldıra və ən çətin enişlərdən xilas edə bilər. Zaur və Oktay uşaqlıqlarını eyni həyətdə keçirmişdilər. Həmişə dəniz kənarında narın qumun üzərində uzanıb göyləri seyr edirdilər. Yaşadıqları yer aeroporta çox yaxın idi. Aeroportdan havaya qalxan təyyarələrə tamaşa etmək onlar üçün çox maraqlı idi.
Onların oyunları da, xəyalları da, arzuları da eyni idi: böyüyəndə oxuyub təyyarəçi olmaq, polad qanadlı nəhəng quşları idarə etmək. Məktəbdən sonra qaçaraq aviamodelçilik dərnəyinə gedər, taxtadan və kağızdan düzəltdikləri kiçik motorlu "təyyarələri" havaya uçuranda sanki özləri də o kabinədə oturarmış kimi həyəcanlanardılar.
İllər keçdi, arzular reallığın astanasına gəldi. Hər iki dost Aviasiya Akademiyasına sənədlərini verdi. Zaurun yolu açıq idi. O, həm imtahanlardan, həm də tibbi yoxlanışdan uğurla keçdi. Lakin taleyin acı sürprizi Oktayı gözləyirdi. Həkim komissiyası onun görmə qabiliyyətindəki xırda bir qüsuru əsas gətirərək "təyyarəçi ola bilməz" qərarını verdi.
Zaur göylərin fatehi olanda, Oktay arzularını asfalt yollara köçürdü. O, nəhəng bir "İkarus" avtobusunun sürücüsü oldu. Zaur hər dəfə uçuşdan qayıdanda dostunu kabinəsinə dəvət edər, ona dünyanı buludların üzərindən göstərərdi. Oktay dostu üçün sevinsə də, içindəki o qırılmayan "uçmaq eşqi" həmişə köksünürdü.
Zaur dəfələrlə Oktayı təyyarəsinə mindirib kabinədə öz yanında oturtmuş, onu dünyanın bir çox şəhərlərinə – Londona, Bombeyə, Parisə, Praqaya aparmışdı. Oktay özündən çox sevdiyi dostuna minnətdarlığını bildirmişdi. Zaur isə Oktaya demişdi: "Sənin işin mənim işimdən daha dəyərlidir, çünki sən avtobusunda apardığın sərnişinlərlə həmişə ünsiyyətdə olursan, mən isə heç vaxt onlarla ünsiyyətdə ola bilmirəm".
Bir gün tale onları heç vaxt unudulmayacaq bir sınağa çəkdi. Zaurun idarə etdiyi sərnişin təyyarəsi enişə hazırlaşarkən qabaq təkərlərin açılmadığı məlum oldu. Aeroportun dispetçer qülləsində hava buz kimi soyumuşdu. Radiostansiyadan Zaurun səsi eşidilirdi: "Qabaq şassi sıradan çıxıb, mexaniki açılış baş vermir. Yanacaq bitmək üzrədir, gövdə üzərinə enişə məcburam". Bu təyyarənin burnunun beton zolağa sürtünərək alovlanması və böyük ehtimalla partlayış demək idi.
Aşağıda – hava limanının düz yanında Oktay "İkarus"un sükanı arxasında donub qalmışdı.
O, dostunun səsini kütləvi radio dalğalarından eşidirdi. Oktay yaxşı bilirdi ki, Zaurun idarə etdiyi o nəhəng polad kütləsi yerə dəyən an saniyələr hər şeyi həll edəcək. O, mühərriki işə saldı, "İkarus"un köhnə, amma etibarlı mühərriki mırıldadı. Darvaza taybatay açıldı. Oktay "İkarus"u eniş zolağına sürdü.
Zaur təyyarəni yerə yaxınlaşdırdı. Sürəti minimuma endirdi. Oktay güzgüdən arxaya baxdı: nəhəng gövdə bir kabus kimi onun üzərinə enirdi. Avtobus titrəyir, sürət göstəricisi sona yaxınlaşırdı. İndi onlar eyni sürətlə hərəkət edirdilər.
Zaur kabinədə tər içində idi. "Dayanma, Oktay, bir az da sürəti artır!" deyə pıçıldadı. O, təyyarənin burnunu yavaş-yavaş avtobusun damına doğru endirməyə başladı. İlk təmas baş verəndə dəhşətli bir metal səsi ətrafa yayıldı. "İkarus"un tavanı təzyiqdən əyildi, şüşələr titrədi. Oktay sükanı iki əli ilə elə bərk sıxmışdı ki, barmaqlarının buğumları ağarmışdı. Avtobusun amortizatorları təyyarənin ağır ağırlığı altında az qala yerə yapışmışdı.
Zaur əsas tormozları sıxdı. Təyyarənin arxa təkərlərindən qara tüstü çıxdı. Oktay da eyni anda çox ehtiyatla əyləcə basdı. Əgər o, kəskin dayandırsaydı, təyyarə avtobusun üzərindən aşar, hər ikisi məhv olardı. Onlar sanki tək bir orqanizm kimi hərəkət edirdilər. Mil-mil, saniyə-saniyə sürət azaldı. Nəhayət, hər iki nəhəng maşın zolağın tam sonunda, toz-duman içində dayandı. Sükut çökdü. Yalnız soyuyan metalın çırtıltısı və uzaqdan gələn yanğınsöndürən maşınların siqnalı eşidilirdi.
Zaur kabinədən aşağı, dostunun yanına qaçanda ayaqları titrəyirdi. Oktay isə hələ də sükanı elə bərk sıxmışdı ki, sanki buraxsa, hər şey yenidən uçulacaqdı.
Zaur "İkarus"un qapısını dartıb açdı. Oktay başını sükana söykəmişdi, alnından axan tər gözlərinə süzülürdü.
Zaur (səsi titrəyərək): — Oktay! Sən nə etdin?! Bu dəlilik idi! Sən həyatını riskə atdın...
Oktay yavaşca başını qaldırdı, dodaqlarında yorğun, amma qürurlu bir təbəssüm var idi. Gözlərinin içinə qədər toz dolmuşdu.
Oktay sakitcə pıçıldadı: — Deyəsən, bu dəfə mənim "təyyarəm" səninkindən daha ağır yük daşımalı oldu, dostum?
Zaur: — Sən həmişə bizdən daha yüksəkdə uçmusan, Oktay. Çünki sən bu gün insanları ölümün pəncəsindən xilas etdin. Sən əsl qəhrəmansan. Vətən, xalq sənin qəhrəmanlığını unutmayacaq.
Zaur əlini dostunun çiyninə qoydu. Gözləri dolmuşdu.
Zaur: —" Mən yuxarıda çarəsiz qalmışdım. Amma aşağı baxanda sənin "İkarus"unu gördüm. Elə bil ki, daha da cəsarətləndim, gücə, qüvvətə gəldim. O an anladım ki, sən hələ də məni qoruyursan".
Oktay: — Sən göylərin qəhrəmanısan, Zaur. Amma mənə elə gəlir ki, mənim avtobusum bu gün ilk və sonuncu dəfə uçuş həyata keçirdi. Bax, damı tamamilə əzilib, amma sən sağsan. Bu vaxt aeroportun xilasetmə qrupları və jurnalistlər onlara tərəf qaçmağa başladılar. Kameralar parıldayır, hamı bu möcüzəni lentə alırdı. İki dost üçün dünya daha da gözəlləşmişdi. Bütün qəzetlər, jurnallar Zaur və Oktayın şücaətindən, qəhrəmanlıq əfsanəsindən yazırdı. Hamı onları qəhrəman adlandırırdı. Həyatı xilas olunmuş sərnişinlər bu qəhrəmanlarla şəxsən görüşüb, sevinc göz yaşları axıdaraq onlara təşəkkür edirdilər.
Onlar anladılar ki, bəzən arzular həyata keçməsə də, amma əvəzində həyat bizə o arzulardan daha böyük olan bir fədakarlıq və sadiqlik şansı verir.
Bir neçə ay sonra Zaur və Oktay yenidən həmin eniş zolağında görüşdülər. "İkarus" artıq təmir olunmuşdu, amma onun damında kiçik bir nişan — təyyarə şəkli həkk olunmuşdu. Zaur isə təqaüdə çıxana qədər hər enişdə aşağıya baxır və asfaltın üzərində dostunun avtobusunu görəndə özünü dünyanın ən təhlükəsiz pilotu hesab edirdi.
Zaur və Oktay qocalanda da həmin günü eyni həyəcanla xatırlayırdılar. Zaurun evinin divarında həmin qəzalı eniş anını əks etdirən fotoşəkil asılmışdı. Şəklin altında isə Oktayın xətti ilə bu sözlər yazılmışdı: "Sən göylərdə tək deyildin, mən həmişə aşağıda səni tutmağa hazır idim".
İllər sonra dostlar öz ürək sözlərini bir-birinə yazılı surətdə bildirdilər. Zaur yazırdı: "Oktay, mən minlərlə saat uçdum, yüzlərlə şəhər gördüm. Amma həyatımda gördüyüm ən gözəl mənzərə — o tozlu eniş zolağında mənə tərəf sürətlə gələn sənin narıncı "İkarus"un idi. O gün mən anladım ki, yerə enmək uçmaqdan daha çətin və daha şərəflidir, əgər səni aşağıda gözləyən sadiq dostun varsa..."
Oktay isə dostu Zaura belə yazmışdı: "Zaur, mən heç vaxt göylərə qalxa bilmədim, amma o gün sənin təyyarənin ağırlığını avtobusumun damında hiss edəndə sanki mən də buludların arasına daxil oldum. Sən mənim uşaqlıq arzumun qanadı idin, mən isə sənin həyatının təkərləri. Biz heç vaxt ayrılmadıq".
Biri göyləri fəth etdi, digəri yolları. Amma tale onları elə bir nöqtədə birləşdirdi ki, orada nə texnika, nə də qaydalar keçərli idi. Bu, bir pilotun bacarığı ilə bir sürücünün cəsarətinin deyil, iki uşaqlıq dostunun bir-birinə olan sonsuz inamının hekayəsidir.
Aviasiya Muzeyinin girişində bir abidə ucaldılmışdır. Postamentin üzərində qəzalı təyyarənin və əzilmiş "İkarus"un maketi qoyulmuşdur. Abidənin üzərində isə cəmi üç söz yazılıb:
"Güvən, cəsarət, vəfa".
28-05-2026, 08:05
SAZIN VƏ SƏNƏTİNİN VURĞUNU

SAZIN VƏ SƏNƏTİNİN

VURĞUNU


Azərbaycanın qədim və zəngin mədəniyyət xəzinəsi olan aşıq sənəti əsrlər boyu ustad-şəyird ənənələri üzərində yaşayaraq nəsillərdən-nəsillərə ötürülmüşdür. Bu ənənəni qoruyan, həm aşıqlıq sənətində, həm də musiqi alətlərinin hazırlanması sahəsində dərin iz qoyan el sənətkarlarından biri də Azərbaycan Aşıqlar Birliyinin üzvü, tanınmış aşıq-sazbənd Kövrək Murad (Murad Əli oğlu Sarıyev) dır.
Kövrək Murad 7 iyul 1952-ci ildə Borçalı mahalının (Gürcüstanın Bolnisi rayonu) Aran-Dəllər (Muşevani) kəndində anadan olmuşdur. Borçalı mühiti hər zaman saza, sözə olan dərin sevgisi, aşıq və şairlərinin bolluğu ilə seçilmişdir. Muradın sənətə olan meyli hələ uşaq yaşlarından, ailə mühitindən başlamışdır. Atası Əli dülgər ustadı olmuş, cır armud ağacından müxtəlif məişət əşyaları, o cümlədən qapı, pəncərə və arabalar düzəltmişdir. Atasının əl işlərinə baxaraq sənətin sirlərini mənimsəyən balaca Murad, arada armud ağacı parçalarından kustar üsulla özünə ilk sazlarını yonmağa başlamışdır.
Borçalı aşıq mühitinin azman ozanı, Gürcüstanın Əməkdar mədəniyyət işçisi, ustad Hüseyn Saraclı ilə görüş Kövrək Muradın sənət taleyində ən həlledici məqamlarından sayılır. Həyatında ən mühüm hadisə onun Türk dünyasının gözəl dastanlar bilicisi Hüseyn Saraclı ilə qarşılaşması olur. Kənddə keçirilən məclislərin birində el ağsaqqalları ustad sənətkara kənddə saza-sözə vurğun olan istedadlı bir gəncin olduğunu bildirirlər. Murad ustadın qarşısında "İncəgülü" aşıq havasını yüksək məharətlə oxuyur. Hüseyn Saraclı gəncin səsini və ifasını bəyənərək, "Bu uşaqda əsl aşıq səsi var, bundan nəsə olacaq" deyir.
1976-cı ildə, ustadın 60 yaşı olarkən Murad onun rəsmi və sonuncu şəyirdi kimi fəaliyyətə başlayır.Qədim aşıq qanunlarına görə şəyird qəbul edilmək üçün üç ağsaqqalın ustadın yanına minnətçi getməsi və razılıq alınması tələb olunurdu. Bu razılıqdan sonra Kövrək Murad tam 5 il ustadı Aşıq Hüseyn Saraclının evində yaşamış, həm sənətin incəliklərini öyrənmiş, həm də ona təsərrüfat işlərində köməklik edərək ustadına qulluq etmişdir.
Ustadım Aşıq Hüseyn Saraclı, Aşıq Əmrah Gülməmmədov, Aşıq Məhəmməd Sadaxlı, Aşıq Kamandar, Xındı Məmməd, adlarını sadalamadığım neçə-neçə ustad saz-söz sərrafları və xiridarlar ozan sənətini təkcə mənə yox, çoxlarına sevdiriblər.
Kövrək Murad təkcə gözəl səsli aşıq deyil, həm də saz alətinin dilini bilən peşəkar sazbənddir. Sazbəndlik el arasında "saza bənd olmaq", onun sehrinə düşmək kimi qiymətləndirilir. Ustadı Hüseyn Saraclı da xüsusi olaraq sazbəndliklə məşğul olmasa da, dostlarının sazını təmir etməyi bacarırdı. Bu bacarıq Murada keçmiş və o, atasından öyrəndiyi dülgərlik sirlərini sazbəndlik sənəti ilə birləşdirmişdir. Usta öz yaradıcılığında əsasən Borçalıdan gətirdiyi tut və armud ağaclarına üstünlük verir. Onun qənaətinə görə, məhz bu ağaclar saza ən təmiz və məlahətli səsi bəxş edir.
Ömrünün müdrik çağlarında Bakıya köçən sənətkar, uzun illər boyu "Neftçilər" metro stansiyası yaxınlığındakı emalatxanasında fəaliyyət göstərmişdir. Onun emalatxanası həm yerli aşıqların, həm də sənətsevərlərin, türk dünyasından, eləcə də dünyanın müxtəlif ölkələrindən gələn insanların daimi görüş və saz bərpa mərkəzinə çevrilmişdir. Bir sıra mühüm dövlət tədbirlərində və beynəlxalq festivallarda iştirak edən Kövrək Murad, qədim aşıq mühitinin ədalət prinsiplərini hər zaman uca tutmuşdur. Onun ifasında lentə alınan "Sallama Kərəmi" və "Qaraçı", "Ağır Şərili", "Yanıq Kərəmi" kimi ustad havaları musiqi arxivlərində və Gürcüstan radiosunun fondlarında qorunub saxlanılır.
Kövrək Murad həm də yaradıcı aşıqdır. "Kövrək dubeyti" adlı mükəmməl bir saz havası yaradıb. O, hazırda qədim dövrün aşıqlarının bir-birinin sənətinə qarşı çox ədalətli və hörmətlə yanaşdıqlarını fəxrlə qeyd edərək, gənc nəslə ustad-şəyird ehtiramını aşılamağa davam edir.

Hüseyn İsaoğlu,
yazıçı-publisist,
AYB və AJB üzvü
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!