Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : Bu gün, 13:01
Fərrux Rüstəmov yazır:


Fərrux Rüstəmov yazır:

Bu gün bir əsrlik tarixi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərovun özəl günüdür. Bu münasibətlə hörmətli Cəfər müəllimi təbrik edir, möhkəm cansağlığı, bərəkətli ömür və nəvə-nəticə sevinci arzulayıram.
***
1960-cı il aprel ayının 21-də Naxçıvan şəhərində anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri 158 №-li orta məktəbi bitirmiş və ADU-nun Tarix fakültəsinə daxil olmuşdur. 1980-1983-cü illərdə universitetin göndərişi əsasında təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsində davam etdirmişdir. 1983-cü ildə MDU-nun Tarix fakültəsinin aspiranturasına daxil olmuş, 1987-ci ildə dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Moskvada Azərbaycanlı Tələbə və Aspirantlar Şurasının sədr müavini olmuşdur. 1987-1994-cü illərdə Azərbaycan Dövlət Universitetinin (1989-cu ildən BDU) Tarix fakültəsində böyük laborant, Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1990-1994-cü illərdə BDU-da tarix üzrə doktorluq dissertasiyalarının müdafiəsi ilə bağlı İxtisaslaşmış Dissertasiya Şurasının elmi katibi, 1992-1994-cü illərdə Tarix fakültəsinin dekan müavini, 1994-1998-ci illərdə yeni yaradılmış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifələrində işləmişdir.
1998-2003-cü illərdə BMT və Azərbaycan hökumətinin “Azərbaycanda QHT/İƏT-lərin institusional potensialının artırılması ilə vətəndaş cəmiyyətinin gücləndirilməsi” birgə layihəsinin milli koordinatoru olmuşdur. 2000-2001-ci illərdə Fulbrayt proqramının qalibi kimi ABŞ Dövlət Departamentinin təqaüdü ilə Nyu-York Universitetinin Dövlət İdarəçiliyi Məktəbində tədqiqatçı alim vəzifəsində çalışmışdır. Həmin dövrdə həm də BMT-nin mərkəzi qərargahında“Elektron Hökumət” layihəsinin icraçılarından olmuşdur. 2000-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşən Müasir Məsələlər üzrə Təqaüdlər Proqramının qalibi olmuşdur.
2001-ci ilin noyabr ayında keçirilən Dünya Azərbaycanlılarının I Qu-rultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü seçilmiş, 2002-ci ildə Milli Məclisə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə təqdim olunan 3 namizəddən biri olmuş, 2003-2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) direktoru vəzifəsində işləmişdir.
2004-2006-cı illərdə BMT və Azərbaycan hökumətinin “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olun¬ması üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə institusional yardım” birgə layihəsinin milli koordinatoru olmuşdur.
17 fevral 2010-cu ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda tarix üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə etmişdir. 2013-cü ildən professordur.
2006-2014-cü illərdə Azərbaycan Turizm İnstitutunun, 2014-2016-cı illərdə onun bazasında yaradılan Azərbaycan Turizm və Menecment Universitetinin rektoru olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 23 iyun 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsinə təyin olunmuşdur.
Hazırda “ADPU-nun Xəbərləri”, “Təhsildə İKT”, “Tarix, insan və cəmiyyət” jurnallarının baş redaktoru, “Azərbaycan məktəbi”, “Kurikulum” və Moskvada nəşr edilən “İnsan kapitalı” (“Человеческий капитал” Журнал Московского университета) elmi-praktik jurnallarının, “Kommunikologiya” (“Коммуникология”) beynəlxalq elmi jurnalının, Rusiya Dövlət Humanitar Universitetinin “Avrasiya tədqiqatları. Tarix. Politologiya. Beynəlxalq münasibətlər” elmi jurnalının (Вестник РГГУ. Серия «Евразийские исследования. История. Политология. Международные отношения». Научный журнал) və s. redaksiya heyətinin üzvüdür.
2013-2016-cı illərdə “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının baş redaktoru olub. 2016-cı ildən ADPU-nun nəzdində fəaliyyət göstərən “Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi”, “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası” ixtisasları üzrə Dissertasiya Şurasının sədridir.
2020-ci ildə Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının xarici qiymətləndiricisi (ekspert) seçilib. Avrasiya İpək Yolu Universitetləri Konsorsiumu (ESRUC) İcraedici Şurasının üzvüdür. Prof. Cəfər Cəfərov 12 dekabr 2017-ci ildə Avstriyanın IMC/FH KREMS Universitetinin fəxri doktoru, 20.05.2023-cü ildə isə Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun fəxri professoru adına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin Sərəncamları ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)”, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)”, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalları ilə, 2021-ci il 17 dekabr tarixində "Şöhrət" ordeni ilə təltif edilmişdir.
ABŞ-da təhsil alan Azərbaycanlı Məzunlar Assosiasiyasının “Təhsil sahəsində ən yaxşı nəticəyə görə” diplomu (2008), “Fəxri turizm işçisi” döş nişanı (2014), Humanist Pedaqogikanın Beynəlxalq Mərkəzi tərəfindən “Humanist pedaqogikanın cəngavəri” adı və “Ürək və qu quşu” döş nişanı (2017), Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “General Həzi Aslanov” (2019) və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin “Milli Ordunun 100 illik yubileyi” (2019) medalları və müxtəlif media mükafatları, həmçinin 2024-cü ildə “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq jurnalının Türk Dünyasının “Qızıl ürək” ordeni ilə təltif edilib.

Azərbaycan tarixinin müasir problemləri, XX əsrin 20-ci illərinin sonu-30-cu illərində Azərbaycan kəndi, vətəndaş cəmiyyətinin inkişafı, dövlət idarəçiliyi və cəmiyyətin demokratikləşməsi, turizmin və ali pedaqoji təhsilin inkişaf perspektivləri ilə bağlı respublikada və xaricdə nəşr olunan 90-dan çox kitabın, tədris-metodiki vəsaitin, elmi məqalənin müəllifidir. 36 xarici ölkədə keçirilən 110-dan çox beynəlxalq seminar, konfrans və simpoziumun iştirakçısı olmuşdur.

Fərrux Rüstəmov,
pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi


Paylaş



Bölmə: Təhsil / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!