Qarabağdakı erməni sakinlərin nümayəndələriylə növbəti görüş keçirildi .....                        Sahibə Qafarova Fransanın qərəzli mövqeyini pislədi .....                        Müdafiə naziri MDB-nin iclasında iştirak etdi .....                        "Şərurun səsi" qəzetinin baş redaktoru vəfat etdi .....                        Ermənistanın Azərbaycana təhvil verdiyi silahların siyahısı açıqlandı .....                        XİN Başçısı Putinin müşaviri ilə görüşdü .....                        DSX erməni generalı “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanıldı .....                        Türkiyə ilə Azərbaycan birgə layihələrin icrası üzrə yol xəritəsi imzaladı .....                        Putin orduya payız çağırışı haqqında fərman imzaladı .....                       
Tarix : 24-06-2016, 11:21
Bu gün Elçibəyin doğum günüdür


Bu gün Azərbaycan milli hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin doğum günüdür.


Butov.az Publika.az-a istinadən xəbər verir ki, Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub.

7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini bitirib.
1962-ci ildə universiteti bitirdikdən sonra təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb.

1965-ci ildə xarici ezamiyyətdən dönən Elçibəy BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.

“Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).

1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edib və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum olunub. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilib.

Həbsdən sonra Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmağa başlayıb.

Ə. Elçibəy 1988-ci ildə Azərbaycanda başlayan milli azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.

1992-ci il iyunun 7-də prezident seçilib. 1993-cü ildə Gəncədə başlayan hərbi qiyamdan sonra Bakını tərk edərək, doğulduğu Kələki kəndinə gedib.

İyunun 24-də Milli Məclisin qərarı ilə prezident səlahiyyətlərinə son verilib. Bundan sonra o, fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib.

Xərçəng xəstəliyindən əziyyət çəkən Ə. Elçibəy 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişib. Onun nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!