İran ABŞ ilə razılığa gəldi .....                        İordan vadisində partlayış: Bir uşaq ölüb .....                        Bakıda kişi keçmiş arvadının yeni ərini bıçaqlayıb .....                        İkinci cəhd magistratura imtahanı asan olacaq - AÇIQLAMA .....                        Hərbi polisin binası partladı: 3 nəfər öldü .....                        Salyanda bu ailələrə 12 mənzil veriləcək .....                        Rusiya-ABŞ-Ukrayna danışıqları başlayıb - YENİLƏNİB .....                        Magistratura imtahanlarının nəticələri AÇIQLANDI .....                        Kənd Təsərrüfatı Nazirliyində CİDDİ POZUNTULAR .....                       
Tarix : 25-04-2016, 13:39
Tanınmış alim Əli Əliyev dünyasını dəyişib


Aprelin 23-də gecə Azərbaycanın yol təsərrüfatında tanınmış alim, texnika elmləri doktoru, professor, “Şöhrət” ordenli, “AZVİRT” MMC-nin baş direktoru Əli Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Butov.az Gün.Az-a istinadən xəbər verir ki, Əli Əliyev 1933-cü il may ayının 20-də Vedi rayonunun Dəhnəz kəndində anadan olub.

Valideynləri ilə birlikdə Qazaxıstana sürgün edilib.

Ə.Əliyev 1947-ci ildə Frunze Sənaye Texnikumunun “Şəhər yollarının və körpülərin tikintisi” fakültəsinə daxil olub.

1953-cü ildə Qırğızıstan Respublikası Avtomobil Nəqliyyatı Nazirliyinin “Yolmühəndistikinti” trestində mühəndis-layihəçi, sonradan isə tikintinin baş mühəndisi vəzifəsində çalışıb.

1958-ci ildə Saratov Ümumittifaq Avtomobil yolları İnstitutuna daxil olub, sonradan Bakıya köçmələri ilə əlaqədar olaraq təhsilini Azərbayjan Politexnik İnstitutunda davam etdirib və oranı 1965-ci ildə bitirib. 1972-ci ildə Bakı şəhərində yeni yaradılmış “Xüsusiləşdirilmiş yol tresti”nə rəis təyin edilib.

Professor Ə. Əliyev 1999-cu ilin dekabrından indiyədək “AZVİRT” MMC-nin baş direktoru vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı sərəncamla Ə. Əliyev Azərbaycanda tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Allah rəhmət etsin!


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!