Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
Tarix : 18-10-2013, 18:05
Tanınmış şairlər müstəqillik ideologiyasının təbliğindən razıdırmı?
Həmkarımız Elmin Nuri Azərbaycanın Dövlət müstəqilliyinin bərpası və onun təbliğinin vəziyyətilə bağlı yazı hazırlayıb. Maraqlı olacağını düşünərək “Butov.az” saytının oxucularına da tədim edirik.

18 oktyabr Azərbaycanın ikinci dəfə öz müstəqilliyinə qovuşduğu gündü. Müstəqillik əslində hər zaman sağlam ideologiyanın məhsulu olub. Cəmiyyətdaxili təfəkkür inkişaf etdikcə, o cəmiyyəti təşkil edən insanların dövləti də özünün müstəqil inkişaf tarixinə qədəm qoyur. Sırf düşüncə məhsulu olan istiqlal, müstəqillik bir çox sahələrin sayəsində formalaşır ki, onların da önündə gələn ədəbiyyatdır. Vaxtikən “xalqlar həbsxanası” adlandırılan SSRİ də öz nüfuzunu gücləndirmək üçün ədəbiyyatdan əsas təbliğat məqsədi kimi inkişaf edib.
Hələ Azərbaycan Demokratik Cümhuriyyəti yarananda dahi Məhəmməd Əmin Rəsulzadə başda olmaqla dövrün ziyalıları, dövlət xadimləri ədəbiyyatdan dövlətçilik ideologiyasını inkişaf etdirmək məqsədilə istifadə ediblər. Bu, Məhəmməd Əminin sonradan yazdığı “Çağdaş Azərbaycan ədəbiyyatı“ əsərində öz əksini tapıb. Zaman keçdi və dünyanın yenidən qarışdığı bir dönəmdə Azərbaycanda meydan hərəkatları baş verdi. Bildiyimiz kimi, o hərəkatın da önündə məhz, ədəbiyyat xadimləri dururdu. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı, Rüstəm Behrudi, Vaqif Bayatlı Odər və başqalarının ideoloji cəhəddən yönləndirdiyi kütləni o zaman hakimiyyətdə olan heç bir siyasətçi yönləndirə bilməzdi. Bəs indi necə? Ədəbiyyat və milli ideologiya tandemi bu gün öz işini necə görə bilir? Yuxarıda adı çəkilən şairlərin ikisi ilə əlaqə saxladıq.
Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bu mövzunun daha geniş söhbətə ehtiyacı olduğunu vurğuladı: “Ədəbiyyat da dövlətçilik ideologiyası təbliğatının bir forması olmalıdı. Bu barədə söhbət ancaq bayramlarda yada düşməməlidi. Mütamadi müzakirə olunmalıdı. Əslində bu məsələ ayaq üstə danışılası məsələ də deyil. Xeyli vaxt tələb edir. Hərdən görürük ki, gənclər arasında sorğu keçirilir. Çox primitiv bir suala gözlərini döyə-döyə baxırlar. Fikirləşirsən ki, 20 ildir keçdiyimiz müstəqillik yolu hələ ki bu insanların ruhuna hopmayıb. Odur ki, bu cür ciddi mövzu barədə daha geniş söhbət etməyimiz yaxşı olardı“.
Tanınan şair Vaqif Bayatlı Odər isə məsələyə başqa cür yanaşdı. O, milli ideologiyanın inkişafını və dövlətçilik amilinin gücləndirilməsini ədəbiyyatın yox, siyasətin işi olduğunu vurğuladı:
“Müstəqillik uğrunda ən yaxşı mübarizə aparan ədəbiyyat olub. “Müstəqllik” deyəndə göz önünə ədəbiyyatçılar gəlirdi. O zaman siyasətçilər demək olar ki, yox idi. Olanları da sözlərini deyə bilmirdilər. Bizim vaxtımızda da dövlətçiliyin ən güclü təəssübkeşi ədəbiyyat olub. O öz sözünü deyirdi. Düzdü, onları sıxışdırırdılar. Elə mənim özümü də neçə dəfə sıxışdırıblar. Yadıma gəlir ki, Bəxtiyar Vahabzadəni “Gülüstan” poemasına görə həbs etmək istəyirdilər. Xəlil Rzanı həmçnin həbs etmişdilər. Elə mənim özümü də neçə dəfə ora-bura dartıblar. Ədəbiyyat istiqlal uğrunda mübarizənin ön cəbhəsi idi. Sevinirəm ki, indi yaxşı siyasətçilər yetişir və onlar dövlətçiliyin formalaşmasında fəal rol oynayırlar. Yəni ki, ədəbiyyatın bu funksiyasını əllərindən alıblar. Nə yaxşı ki, alıblar. Çünki yazıçılar daha çox öz işlərilə məşğul olsalar yaxşıdı. Bizə də tez-tez zəng edib soruşurlar ki, siz niyə filan siyasi prosesə qarışmırsız? Ədəbiyyatçılar daha çox ədəbiyyatla məşğul olsalar yaxşıdı”.



Paylaş



Bölmə: Siyasət / Manşet
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!