Fransa baş naziri istefa verdi - Makron çətin durumda .....                        Azərbaycandan bu ölkələrə sərt cavab .....                        Ermənistanın Azərbaycana müsbət cavab verməsini gözləyirik - Çavuşoğlu .....                        Rüfət Səfərovla bağlı qərar verildi .....                        Gürcüstan müxalifəti debatdan yayındı .....                        Ceyhun Bayramov Aİ rəsmisi ilə görüş keçirdi .....                        Fransada kütləvi nümayişlər başlayır .....                        Sazişin 90 faizi razılaşdırılıb - Paşinyan .....                        “20 Yanvar”dan Sumqayıta yeni avtobuslar istifadəyə verilir .....                       
Tarix : 29-08-2013, 12:27
Babək Xürrəmi


İşıqlı ATALI
Mütləqə İnam Ocağının Yükümlüsü

Babək Xürrəmdinin qəhrəmanlığı bütün zamanları aşır

837-ci il avqustun 26-da (1176) qəhrəman Bəzz qalası ərəblər tərəfindən işğal olundu. Babək Xürrəmdin dünyanın azman imperiyalarından biri ilə axıra kimi şərəflə döyüşdü. Bu, Türk yenilməzliyi, birsifətliyi idi. Təəssüf ki, bu tarixi demək olar, çox az soydaşımız xatırlayır. Aydınlarımız bu mövzuda danışmaq istəmirlər. Ancaq özgələrdən, özgələrin qəhrəmanlarından çox danışırıq, onları başımıza qaldırırıq.
Tarix millət üçün şərəflə yaşananda tarix olur. Tariximizin şanlı səhifələrindən biri də Babək Xürrəmdinlə bağlıdır. Onun qəhrəmanlığı nəinki bir yüzilə sığmır, üstəlik bütün zamanları aşır.

***

Babək Xürrəmdinin xalqımızın azadlığı uğrunda apardığı uzunmüddətli döyüşlər soydaşlarımız tərəfindən unudulmayıb. Ancaq tariximizdən yaxşı sonuğ (nəticə) çıxarmamışıq. Əgər çıxarsaydıq, o zaman Babək mövzusuna münasibətimiz indi tamam başqa olardı.
Dünya hərb tarixində (bu, etiraf edilsə də, edilməsə də) möhtəşəm döyüşkənliyi və bənzərsizliyi ilə yeni bir səhifə yaradan Babək Xürrəmdinin bu gün kifayət qədər tariximizdə özünə yer tutmaması düşündürücüdür. Makedoniyalı İsgəndər Zərdüştün "Avesta"sının əksəriyyətini yandırdı, məhv etdi. Sonradan ərəblər də "Avesta"nın başına oyunlar açdılar. Ancaq bütün bunlar "Avesta"nın türk ruhunun məhsulu olmasını pərdələyə bilmədi. Faktdır ki, çağdaş dövrdə mövcud olan dinlər, dünyabaxışları mahiyyətcə təməlini, ilkin qaynağını "Avesta"dan götürür. Babəkin dünyagörüşü Zərdüşt ruhu ilə sıx şəkildə bağlıdır.

***

23 il azman ərəb xilafəti ilə döyüşən, qətiyyən sarsılmayan, əksinə, xilafəti sarsıdan bir güc kimi Babək Xürrəmdin türkün əzəmətini, yenilməzliyini sübut edə bildi. Hər halda çox düşündürücüdür: türkün başına bu qədər fəlakətlər gəlib, onu sözün əsl mənasında zaman-zaman məhv etmək istəyiblər. Ancaq türk məhv olmayıb, qalxıb və Zərdüştü, Babəki, Həsimini, Səttarxanı verib. Həqiqətdir ki, hələ də tarixi dəyərlərimizə yiyə dura bilmirik, bu dəyərlərimizdən istənilən səviyyədə bəhrələnmirik. Görəsən, Babək Xürrəmdin ənənəsinin, döyüşkənliyinin, yenilməzliyinin günümüzün indiki gərgin və çox hallarda çıxılmaz görünən dönəmində sözün böyük mənasında örnəyə çevrilməsi üçün nə etməliyik?
***
Bu gün Bakıya qədəm basan hər bir əcnəbi Babək Xürrəmdin kimi yenilməz bir qəhrəmanın Vətəninə gəldiyini hiss edirmi, daha doğrusu, biz gələnlərə bunu hiss etdirə bilirikmi? Azərbaycanın sovet ideologiyasının buxovlarından azad olduğu, müstəqillik qazandığı yeni dönəmdə Babək mövzusuna istər-istəməz yeni səviyyədə, daha yaradıcı yöndə yanaşmağımız olduqca gərəklidir. Babək Xürrəmdin yenilməz türk sərkərdəsi, fiolosof, habelə Xürrəmdinlik inancının bənzərsiz qurucusudur. Babəkin həm də kitabları varmış. Ancaq ərəblər Bəzz qalasını işğal edərkən ondan demək olar, heç bir soraq qoymayıblar, Babəkə aid olan nə varsa, hamısını məhv ediblər.

***

Babəkin islam dünyabaxışına yox, o dövr ərəb hakimiyyətinə qarşı olması təsəvvürünün yaradılması məntiqsizlikdir, çünki ərəblər Azərbaycana konkret islam adlı dini dünyabaxışla gəlirdilər. Babək isə Vətənimizi azad görmək istəyirdi və bu müqəddəs amal uğrunda vuruşurdu. Hər halda Azərbaycan türkü Vətəninin azadlığı uğrunda 23 il gecə-gündüz döyüşən, yenilməyən Babəkə qarşı olan ərəb tarixçilərinin kinini heç zaman unutmamalıdır. Əgər Babəkin təhqiramiz şəkildə edamı ilə hər şey qurtarsaydı, o zaman yenə dərd yarı idi. Babək hərəkatı faktiki olaraq məğlubiyyətə düçar olduqdan sonra yüzillər boyunca ərəb tarixçiləri Xürrəmdinlik Hərəkatının təsirini heç eləmək, Babəki bir tarixi sima olaraq tamamilə aşağılamaq yönündə iş görüblər.
Babəklə bağlı nə yazılıbsa, hamısı ərəb qaynaqlarındadır. O çağlarda Babəkin şəxsiyyəti, getdiyi yol, xürrəmilərin fəlsəfəsi, istəkləri, bütövlüklə ulusumuzun özgəçiliyə qarşı ilk böyük dirənişi ilə bağlı özümüzünkülərin yazdığı və bugün yararlana biləcəyimiz çox az şey var. Yağılarımız iradəmizi sarsıtmaqdan doymayıb, bu böyük dirənişlə bağlı nə varsa, hamısını yandırıb, qarşılığında Babək babamız, onun uca, qudsal yolu, igidliyi ilə ilgili ən alçaq, ləyaqətsiz sözləri yazıb saxlayıblar.

***

Babək gedib ərəbin yurdunu tutsaydı, orada ərəbləri qırsaydı, onda ərəbin yaramaz tarixçilərinin bu qudsal kişi ilə ilgili yazdıqları da doğru olardı. Bəs Babəkimizin başçılığı altında ulusumuz yad, özgə, yağı, qaniçən, soyumuzu kəsən ərəbə qarşı necə davranmalıydı? Özünü hər şeylə ortaya qoymuş, böyük gələnəklər yiyəsi, uca dəyərlər yaratmış bir ulus üçün başqasının qoltuğunda yaşamaq ölüm sayılmazdımı? Ərəb türkün belini əyməsəydi, indi bir ovuc erməni onun başını kəsməyə, xaincəsinə arxadan zərbə endirməyə girişməzdi.

***

Yenilməz qəhrəmanımız Babək Xürrəmdindən danışırıq. O qəhrəmanımızdan ki, bu gün də Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımız hər il onun doğum günündə gedilməsi artıq mümkün olmayan, hər cür maneələr yaradılan Babək qalasından mənəvi güc alır. Bu gün biz Babək Xürrəmdin adlı qəhrəmanımızı ruhumuzun işığında daha yaxşı tanımalıyıq. Onu hər cür böhtanlardan, çirkablardan qorumalıyıq. Babəkin məşhur "Bir gün azad yaşamaq qırx il rəzil qul kimi yaşamaqdan daha şərəflidir" kəlamı çox şey deyir. Babəkə ikili münasibətdən azad olmağımız gərəkdir, çünki o, Türk xalqının hər mənada azadlığı uğrunda döyüşürdü. Qədim dövrün ən böyük qul üsyanının başçısı Spartak haqqında tarix kitablarında kifayət qədər təqdiredici fikirlərə rast gəlmək mümkündür. Babək isə o boyda xilafəti dəhşətə gətirmişdi. Babəkin məğlubiyyətinin bir əsas səbəbi vardı: o da Babəkin böyük ruhuna bərabər siyasətinin olmamasında idi. Bu, İnam Atanın (Asif Atanın) qənaətidir. Düşmən güclü idi, Türk soyumuzun biri-birini sevməməsindən məharətlə istifadə edə bildi. Təəssüf ki, türk türkü o dövrdə də sevmirdi, bir-birinə qarşı döyüşürdü. Afşinin (Ağşının) Sasanilər imperiyasının tərkibində Azərbaycan vədinə Babək aldanmadı: çünki Babək Azərbaycanın heç kəsdən asılı olmayan, müstəqil varlığını istəyirdi.

***

Ərəblər Bəzz qalasını əslində yenə bilmədilər: çünki əgər bu gün də Babəkin anımı (xatirəsi) yaşayırsa, o deməkdir ki, mahiyyətcə düşmənin özü yenilib. Sən həmişə bizimləsən, Babək!
Atamız var olsun!


Paylaş



Bölmə: fotomanset1
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!