Kanaldan tapılan meyitin kimliyi məlum oldu .....                        COP29 dialoqlarına həsr olunmuş film nümayiş edilib .....                        İlham Əliyev Rusiyaya getdi - FOTO .....                        Ötərxan Eltacın “SƏBRİN İNTİQAMI” adlı kitabı işıq üzü görüb. .....                        İranın İsraillə birbaşa qarşıdurma planları .....                        İsraildə terror - 1 ölü, 9 yaralı .....                        Mayis Bərxudarov vəzifəsindən azad edildi .....                        Qəzzada ölənlərin sayı 42 min nəfərə çatır .....                        Dövlət qulluğu imtahanı keçirilib .....                       
Tarix : 13-09-2013, 21:53
Türk ordusunun Bakını işğaldan azad etməsindən 95 il ötür...


Türk ordusunun Bakını işğaldan azad etməsindən 95 il ötür...

“Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzində “Türk ordusunun Bakını işğaldan azad etməsindən 95 il ötür” mövzusuna həsr olunmuş tədbir keçirib. Azərbaycanın İstiqlalı uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra “VMDD” İB-nin Mətbuat xidmətinin rəhbəri Ülviyyə Qurban tədbiri giriş sözü ilə açaraq sözü “VMDD” İB-nin sədri Hürrü Əliyevə verib. H.Əliyev iştirakçıları salamlayaraq, Azərbaycan-Türkiyə dostluğundan və bu birliyin tarixi siyasi əhəmiyyətindən danışıb. Daha sonra mövzuya həsr olunmuş videorolik nümayiş olundu.

Qeyd edək ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyit Ahmet Arslan, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bakı təmsilçisi Sadettin Topukçu, tarixçi alimlər, tədqiqatçılar, müxtəlif təşkilat rəhbərləri KİV nümayəndələri iştirak edirdilər. Onlar çıxış edərək 15 sentyabr Bakının azad olunmasının tarixi önəmi və Türk Dünyasının bu günü ilə bağlı fikirlərin açıqlayıblar.

Mövzu ilə bağlı tədbirdə tarixçi alimlər Ələkbər Ələkbərov, Nigar Əhmədova, Türk səfirliklərinin nümayəndələri Seyit Ahmet Arslan, Sadettin Topukçu, şair publisist Abbas Abdulla, “Dünya Ana və Uşaqlar” İB-nin sədri Dünya xanım, CXP-nin sədri Bədrəddin Quliyev, Müasir İnkişaf İB-nin sədri Mübariz Göyüşlü, Azərbaycan Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Yasif Nəsirli, general Əlövsət Qasımov və başqaları mövzü ilə bağlı fikirlərini bölüşərək əsasən vurğuladılar ki, 1918-ci il sentyabrın 15-i tariximizə yüzlərlə igid türk əsgərinin şəhid olması ilə düşüb və bu tarixdə Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib.
Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunmuş, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulmuşdur.
Tədbirin sonunda birliyin sədri Hürrü Əliyev tədbiri təşkil edib ərsəyə gətirdikləri üçün təşkilatın department rəhbərləri Babək Cəfərova, Namiq Hüseynova, Ramilə Eminliyə, Əli Kərimova və Ülviyyə Qurbana və tədbirdə iştirak edən hər kəsə təşəkkürnü bildirdi. Sonra isə adı cəkilən department rəhbərlərinin hər biri tədbirlə bağlı öz fikirlərini bildirərək tədbir iştirakçılarına minnətdarlıqlarını bildirdilər.

Şəhla Aslan

Türk ordusunun Bakını işğaldan azad etməsindən 95 il ötür...

Türk ordusunun Bakını işğaldan azad etməsindən 95 il ötür...

Türk ordusunun Bakını işğaldan azad etməsindən 95 il ötür...


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!