Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 27-12-2013, 12:23
«Cəmiyyətin inkişafı iqtidar və müxalifətin biri digərini daha yaxşı işləməyə məcbur etməsi ilə baş verir»







Dünyamalı İmaməliyev: «Əgər güclü iqtidarın güclü konstruktiv müxalifəti olarsa bundan həm dövlət, həm da cəmiyyət xeyir tapar»
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ideoloji və təbliğat işləri üzrə katibi Dünyamalı İmaməliyevin partiyanın mətbuat xidmətinə verdiyi müsahibəni təqdim edirik.
-Hər bir partiyanın ideologiyasının ana xətti olur. BAXCP-nin ideologiyasında ana xətt hansıdır?
-BAXCP yarandığı gündən özünün ideoloji xəttini bəyan edib. BAXCP-nin əsas ideoloji prinsipi Bütöv Azərbaycanda müstəqil, bütöv, demokratik, dünyəvi, huquqi dövlət qurmaqdır. Tarixi vətənimiz Azərbaycan Rusiya və İran arasında imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə ikiyə bölünüb. Bundan çıxış edərək bizim partiya Azərbaycan torpaqlarının bütövlüyünü əsas məqsəd kimi hədəf qoyub. BAXCP-nin əsas siyasi istiqaməti Qərb siyasi dəyərlərini və hüquq sistemini özündə ehtiva edən azad, hüquqi vətəndaş cəmiyyətinin formalaşdırılmasıdır. BAXCP dinc, sivil mübarizəni əsas tutur, zorakılıq və terrroru məqsədəçatma üsulu kimi qəbul etmir və pisləyir. Hakimiyyətə yalnız dinc, ədalətli seçki yolu ilə gəlməyə üstünlük verir. Bir sözlə, BAXCP olaraq biz Azərbaycanın milli dövlətçilik mənafeyini hər şeydən üstün tutaraq milli tənasübçülük, dövlətçilik, millətçilik, hürriyyətçilik və cümhuriyyətçilik ideyalarını həyata keçirməyi ideoloji ana xətt kimi götürürük.
-Partiyanın sədri Qüdrət Həsənquliyev hakimiyyəti hər zaman islahatlara çağırıb. Bu çağırışların sırasında parlament seçkilərində proporsional sistemin də tətbiq olunması var. Hətta bu məsələylə bağlı BAXCP-nin 2007-ci ildə hazırladığı Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi demək olar ki, bütün partiyalar tərəfindən müzakirə olunaraq dəstəkləndi. Ancaq hakimiyyət nədənsə proporsional seçki sisteminin tətbiqini gecikdirir.
-Doğru qeyd etdiniz. Partiyamızın sədri Qüdrət Həsənquliyev hər zaman istər parlament tribunasindan, istərsə də digər informasiya vasitələrindəki müsahibələrində və açıqlamalarında hakimiyyəti siyasi və iqtisadi islahatlara çağırıb. Hətta bu təkliflərdən həyata keçənləri də olub. Cəmiyyətin inkişafı bilavasitə iqtidar və müxalifətin biri digərini daha yaxşı işləməyə məcbur etməsi ilə baş verir. Əgər güclü iqtidarın güclü konstruktiv müxalifəti olarsa bundan həm dövlət, həm da cəmiyyət xeyir tapar. Normal konstruktiv müxalifət iqtidarın nöqsanlarını söyləyir və bu nöqsanların aradan qaldırılması yollarını təklif edir və ümummilli proseslərdə həmişə dövlətin və hakimiyyətin yanında olur. Konstruktiv müxalifətin yaranması isə cəmiyyətda, ancaq siyasi institutların formalaşmasından keçir. Yəni, proporsional seçki sistemi bərpa olunduqda cəmiyyətdə siyasi partiyaların rolu arır. Artıq insanlar hakimiyyətə gəlməyin dinc yolunu tutan siyasi partiyalara daha çox üstünlük verir. İndiki halda isə bir qrup özünü radikal adlandıran kəsim hakimiyyətə gəlməyin, ancaq zorakı, devrim, inqilab yolunu tutublar. Onların xaricdəki himayədarları hazırkı iqtidara təzyiq etmək üçün onlardan çox məharətlə yararlanırlar. Bundan irəli gəlirki, yaxın keçmişdə hamımız onları ayrı-ayrı dövlətlərin layihələrində necə canfəşanlıqla iştirak etmələrinin şahidi olduq. Ancaq biz deyirik ki, həm proporsional, həm də majoritar seçki sistemi qalmaqla Milli Məclisi formalaşdırmaq olar. Bu zaman cəmiyyətda siyasi partiyaların rolu yüksələr, nəticədə huquqi və güclü bir vətəndaş cəmiyyəti formalaşar. Qaldı hakimiyyətin bu məsələyə münasibətinə, Azərbaycan prezidenti İlham Əliyevin müxtəlif çıxışlarında siyasi reformalara dair verdiyi açıqlamalar böyük ümidlər verir və inanaq ki, bu dəyişikliklər baş verəcək. Prezidentin Azərbaycan Cümhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsinə dair verdiyi sərəncamı alqışlayırıq, bunu həmrəyliyin və birliyin bəyan olunması kimi qiymətləndiririk.
-Bu il ölkəmizdə keçirilən prezident seçkilərində BAXCP öz namizədi ilə iştirak etdi. BAXCP-nin namizədi Qüdrət Həsənquliyevin seçkilərdə şüarı da fərqliydi-»Hədəfimiz parlamentli respublika. Düşüncəmizi, həyatımızı, ölkəmizi dəyişək». İlk olaraq parlamentli respublikanın əhəmiyyətini qeyd edərdiniz.
-İlk öncə onu qeyd etmək istəyirəm ki, ümumiyyətlə, 2013-cü il partiyamız üçün yadda qalan illərdəndir. Belə ki, Bakı Əyləncə Mərkəzində partiyamızın möhtəşəm üçüncü qurultayını keçirdik. Qurultayda partiyamızın sədri Qüdrət Həsənquliyevi yenidən yekdilliklə BAXCP-nin sədri seçdik və prezident seçkilərində namizədliyini irəli sürdük. Partiyamız bu seçkilərdə tam gücü ilə iştirak etdi və sədrimiz debatlarda cəmiyyət üçün əsas platformamızı çatdırdı. Biz partiyamızın üzvləri və tərəfdarlarımızla Yasamal rayonu «Məhsul» stadionunda iki dəfə görüş-mitinq keçirdik. Bu mitinqlər öz həcminə və gedişatına görə onlarla partiyanın təmsil olunduğu Milli Şuranın mitinqindən qat-qat əzəmətli idi. Bu isə onu deməyə əsas verir ki, bizim konstruktivlik ideyalarımız cəmiyyətdə radikallıqdan daha həvəslə və inamla qəbul olunur.
Bildiyimiz kimi 1918-ci ilin may ayının 28-də Şərqdə ilk dəfə olmaqla Azərbaycanda Demokratik Cümhuriyyət quruldu. Bu Cümhuriyyət öz quruluşuna görə Parlamentli Respublika modeli idi. Nədir parlamentli respublika? Parlamentə seçkilər proporsional seçki sistemi ilə keçirilir. Hökuməti parlamentdə çoxluq təşkil edən partiya formalaşdırır, baş nazirin isə səlahiyyətləri artırılır. Bu halda hökumət seçicinin səsi ilə formalaşdığını bilir və daha məsuliyyətlə işləyir, çünki bilir ki, qarşıdan yeni seçkilər gəlir. Əgər yenidən hökumətdə qalmaq istəyirsə, seçkilərdə qalib gəlməlidir. Yəni, seçicinin səsini qazanmalıdır. Bu isə huquqi bir vətəndaş cəmiyyətinin yaranmasına gətirib çıxaracaq.
-Düşüncəmizi, həyatımızı, ölkəmizi necə dəyişə bilərik?
Və yaxud seçki kampaniyası boyunca şüarda yer alan bu fikirlərin mahiyyətini seçicilərə izah edə bildinizmi?
-Bəli, izah etdik. Ancaq nə dərəcədə. Bunu sonrakı proseslərdə vətəndaşlarızın münasibəti göstərəcək. Biz deyirik ki, demokratik cəmiyyət quraq. Ancaq demokratiya hazır bir yemək deyil ki, bişirib xalqın qarşısına qoyasan. Demokratiya ictimai şüurun dəyişməsi və yenilənməsi ilə gedən uzun bir yoldur. Danılmaz bir faktdır ki, vətəndaşlarımız arasında ictimai şüur və ictimai qınaq ləng inkişaf edir. Yəni, cəmiyyətin özünün hər hansı bir məmurun və ya sıradan bir vətəndaşın neqativ hərəkətinə bir təpkisi olmalıdır. Bizdə isə fərqlidir. Məsələn, ictimai nəqliyyatda sürücü əgər nəqliyyat vasitəsini normal idarə etmirsə, marşurutdan çıxırsa və ya hansısa sərnişin qeyri-etik bir hərəkət edirsə, hər kəs onu qınamaq əvəzinə susmağa, üzünü kənara çevirməyə üstünlük verir. Yaxud hansısa rüşvətxor məmur vətəndaşdan nəsə umursa, haqqını sonadək müdafiə etmək, etirazını bildirmək əvəzinə, vətəndaş susmağa, deyiləni həyata keçirməyə üstünlük verir. Buna görə deyirik ki, bu saydığımız dəyişikliklər biri digərini dəyişəcək. Yəni, düşüncəmizdəki dəyişiklik həyatımızda, o isə ölkəmizdə dəyişikliklərə stimul verəcək.
-Seçki platformasında bir sıra məsələlər yer almışdı. Onlardan biri də təhsil kreditinin tətbiqi, tibbi sığorta ilə bağlıydı. Ölkədə təhsilin və səhiyyənin inkişafı üçün bunların həyata keçirilməsinin zəruriliyi göstərilirdi.
-Hər bir ölkənin gələcəyini onun sağlam genofondu və savadlı vətəndaşı formalaşdırır. BAXCP sədri Qüdrət Həsənquliyevin seçki platformasında sosial sferaya geniş yer ayrılmışdı. İcbari tibbi siğorta, təhsilin inkişaf konsepsiyası, aztəminatlı ailələrin və pensiyaçıların sosial şəraitinin yaxşılaşdırılması yolları platformada tezislər şəklində öz əksini tapmışdı. Hazırda ölkəmizdə dövlət və özəl ali məktəbləri fəaliyyət göstərir. Ancaq bir məqama nəzər salsaq görərik ki, ölkə iqtisadiyyatı, hüquq sistemi və tibbi təhsildə ödənişli təhsil haqqı çox yüksəkdir. Təbii ki, aztəminatlı ailələrdən olan savadlı abituriyentlər daha az və ya ödənişsiz ixtisasları seçirlər. Bu isə gələcəkdə ölkədə ixtisaslı kadr qıtlığı yaranmasına gətirib çıxara bilər. Bizim partiyanın prezidentliyə namizədi öz platformasında qeyd edirdi ki, belə tələbələrə uzunmüddətli təhsil krediti verilə bilər. Onlar isə yüsək ixtisaslı kadr kimi əmək fəaliyyətinə başladıqdan sonra götürdükləri krediti hissələrlə ödəyə bilər. O ki, qaldı tibbi sığorta məsələsinə, bu, hazırda əhalinin sağlamlığının təmin olunmasında ən vacib məqamdır. Mən özüm dəfələrlə müsahibələrimdə bu məsələnin vacibliyini qeyd etmişəm. İcbari tibbi sığortanın tətbiqi əhalinin əksər təbəqəsinin ixtisaslaşmış tibbi xidmətdən yararlanmasına kömək edəcək. Biz təklif edirik ki, dövlət tibbi müəsisələrinin əksəriyyəti sonradan öz profililə işlədilmək şərtilə özəlləşdirilməlidir. Bu özəlləşdirmədən daxil olan vəsait tibb işçilərinin əmək haqqının və ixtisasın artırılmasına yönəldilməlidir. Son illər istər Baki şəhərində, istərsədə regionlarda ən müasir avadanlıqlarla və şəraitlə təmin olunmuş tibbi müəssisələr istifadəyə verilir, lakin xüsusən də regionlarda ixtisaslı kadr qıtlığı hiss olunur. Bir neçə ildir ki, icbari tibbi sığortanın tətbiqinə dair dövlət başçısı sərəncam imzalayıb və bu iş üçün vəsait də ayrılıb. Bu məsələnin həyata keçirilməsi mexanizmi isə Nazirlər Kbinetinə həvalə olunub. Ancaq Nazirlər Kabineti məsələnin həlli yolunu tapa bilmir və bu məqsədlə ayrılmış vəsait istifadə olunmadan büdcəyə qayıdır. Biz təklif edirik ki, burada vacib olan tibbi sığorta paketini dövlət tərəfindən təmin etmək olar. Belə halda həkimlərin və xəstələrin arasında yarananan neqativ hallar aradan qalxmış olar.
-Gələn il bələdiyyə, 2015-ci ildə isə parlament seçkiləri keçiriləcək. Hər iki seçkilərdə qələbə qazanmaq üçün partiyada hansı işləri görmək planlaşdırılır?
-Nəzərinizə çatdırım ki, BAXCP mükəmməl seçki texnologiyası olan siyasi partiyadır. Bizim uzun illər sınanmış və özünü təsdiq etmiş seçki praktikamız mövcuddur. Bu işdə təcrübəsi olan xeyli funksionerlərimiz və sıravi üzvlərimiz var. Bu vaxta kimi bütün seçki proseslərində iştirak etmişik. Artıq üçüncü dəfədir ki, partiyamızın sədri Qüdrət Həsənquliyev parlamentdə təmsil olunur. Ötən bələdiyyə seçkilərində partiyamiz ölkə miqyasında bələdiyyələrdə təmsil olunmasına görə üçüncü yerdə qərarlaşdı. Qarşıdan gələn bələdiyyə seçkilərində isə daha mütəşəkkil formada iştirak edəcəyik. Məqsədimiz bələdiyyələrin ən azı yarısında təmsil olunmaqdır. Partiyamızın sədri Qüdrət Həsənquliyev Ali Məclisin sonuncu sessiyasında bələdiyyə seçkilərini 2015-ci ildə keçiriləcək parlament seçkilərinin əsas hazırlıq prosesi adlandırdı və əsas tezislərini bəyan elədi. Hədəfimiz 2015-ci ildə formalaşacaq parlamentdə BAXCP fraksiyası şəklində təmsil olunmaqdır. Fürsətdən istifadə edib millətimizi, cəmi dünya azərbaycanlılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2014-cü təqvim ilinin gəlişi münasinbəti ilə təbrik edirəm. Qoy Bütöv Azərbaycanımız dünya dövlətləri arasında daha layiqli yerini tutsun.


Paylaş



Bölmə: Siyasət / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!