Rubinyandan sərt cavab: Solovyov itdir! .....                        İranda saxlanılan etirazçı edam ediləcək .....                        Deputat öz yerinə onu təyin etdi .....                        Ermənistan Solovyova görə Rusiyaya nota verdi .....                        İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                       
Tarix : 2-11-2025, 12:44
"Qərbi Azərbaycandan deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)" - milli yaddaşın hüquqi sənədləşdirilməsi


"Qərbi Azərbaycandan deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)" - milli yaddaşın hüquqi sənədləşdirilməsi

Səməd Vəkilovun təqdim etdiyi “Qərbi Azərbaycandan deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” adlı elmi tədqiqat əsəri 1948–1953-cü illərdə Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisində) yaşayan azərbaycanlıların deportasiyasına, bu ağrılı hadisənin tarixi, hüquqi və insani nəticələrinin araşdırılmasına həsr edilmişdir. Kitabı bu mövzuda aparılan araşdırmalar sırasında fərqləndirən əsas cəhət həm arxiv sənədlərinə, həm də şahid ifadələrinə əsaslanması və deportasiyanın Salyan bölgəsinə məcburi köçürülən azərbaycanlı icmaları üzərində aparılmış tədqiqatla konkretləşdirilməsidir. Müəllif deportasiyanın tarixi köklərini və siyasi motivlərini araşdıraraq deportasiyanın SSRİ-nin və xüsusilə Stalin rejiminin Qafqazda apardığı etnik-siyasi siyasətin bir hissəsi olmasını qeyd edir və II dünya müharibəsindən sonra SSRİ-nin Türkiyəyə qarşı ərazi iddiaları (Qars, Ərdahan məsələsi) ilə paralel, Ermənistan rəhbərliyinin “xaricdəki ermənilərin repatriasiyası” üçün torpaq və yaşayış yeri axtarmasının buna rəvac verməsini faktlarla sübuta yetirir. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il qərarı ilə Ermənistan SSR-dən 100 min azərbaycanlının köçürülməsi qərarı rəsmi sənədlərdə “könüllü köçürülmə” kimi təqdim edilsə də, müəllif arxiv materiallarına əsasən sübut edir ki, bu, zorakı deportasiya idi:"Məktubun nə imzası, nə də tarixi var idi. Bu isə göstərirdi ki, guya ‘Bağırovun Stalinə məktubu’ könüllülük pərdəsi altında saxta hazırlanmış sənəd idi" .
1948–1953-cü illərdə deportasiya dalğalarla həyata keçirilmiş, Ermənistanın 24 rayonundan 200-dən çox kənd boşaldılmış, köçürülənlərin əksəriyyəti Salyan, Sabirabad, Saatlı, İmişli, Zərdab, Kürdəmir, Göyçay kimi Kür-Araz ovalığındakı rayonlara yerləşdirilmişdi.
Kitabda deportasiyanın mədəni genosid tərəfləri də göstərilir, Azərbaycan məktəblərinin, qəzetlərinin və teatrlarının bir-bir bağlanması, İrəvanda Azərbaycan dilində fəaliyyət göstərən Pedaqoji İnstitutun fakültələrinin ləğv edilərək Azərbaycana köçürülməsini
müəllif Azərbaycanlıların Ermənistandakı varlığını tamamilə silmək üçün sistemli siyasətin tərkib hissəsi olduğunu xüsusi qeyd edir.
Səməd Vəkilovun təqdim etdiyi araşdırmanın əsas bölümü Salyan rayonuna deportasiya olunan ailələrin bioqrafik məlumatları, şəxsi xatirələri və yaşayış şəraiti geniş təsvirinə həsr olunub. Müəllif “Qarabağlı”, “Yeni Uluxanlı”, “Qaraçala”, “Xalaç” kimi kəndlərdə məskunlaşmış icmaların xatirələri, bugünkü yaşamı fonunda deportasiyanın nəticələrini insan taleyi fonunda işıqlandırır.

Qərbi Azərbaycandan deportasiyaya dair yazılmış ən sistemli tədqiqatlardan biri olan kitabın müəllifi olaraq
Səməd Vəkilov Qərbi Azərbaycandan deportasiyanı – sadəcə miqrasiya deyil, planlı etnik təmizləmə aktı kimi qiymətləndirir.
Qərbi Azərbaycandan deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” kitabı SSRİ-nin totalitar siyasətinin Azərbaycan xalqına vurduğu zərbəni sənədlərlə sübut edən, Ermənistanın azərbaycanlılardan etnik təmizlənməsini açıq göstərən bir araşdırma olaraq həm tarixi faktlara, həm hüquqi sənədlərə, həm də insan talelərinə söykəndiyi üçün həm elmi, həm də emosional dəyərə malikdir.

Elnarə Qaragözova,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi


Paylaş



Bölmə: Ədəbiyyat / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!