Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 24-08-2013, 13:34
Dünyamalı İmaməliyevin müsahibəsi


Dünyamalı İmaməliyev: «Milli Şuranın iflası qaçılmaz idi»

Azərbaycanda keçiriləcək prezident seçkisinə çox az bir müddət qalıb. Artıq prosesdə iştirak edəcək partiyalar hazırlıq prosesinə start veriblər. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) da seçkilərə öz namizədi — partiya sədri Qüdrət Həsənquliyevin namizədliyi ilə qatılacaq. Artıq BAXCP-nin namizədi MSK tərəfindən təsdiqlənib. BAXCP sədrinin ideoloji və təbliğat məsələləri üzrə müavini Dünyamalı İmaməliyevin partiyanın seçkilərə hazırlığı və müxalifət düşərgəsində yaşananlarla bağlı müsahibəsini təqdim edirik:
- Ali Məclisin sessiyasında partiyanın sədri Qüdrət Həsənquliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyini təsdiq eləmişik. Artıq sənədlər Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub, onun namizədliyi MSK tərəindən təsdiqlənib, imza vərəqələri alınıb. Avqustun 21-dən başlayaraq partiyanın rayon və şəhər təşkilatları müvafiq seçki dairələri üzrə aktiv imzatoplama kampaniyası aparırlar. Aldığımız son məlumatlara əsasən imzaların yarısı toplanıb. Yəqin, avqustun sonunadək imzalar partiyanın seçki qərargahına daxil olacaq. Bir neçə gün ərzində seçki qərargahında imzalar yoxlanılacaq və müvafiq sənədlərlə birlikdə MSK-ya təqdim olunacaq. Hazırda imzatoplama kampaniyası uğurla davam etdirilir. Rayon təşkilatlarının verdiyi məlumata görə, bütün imzatoplayanlar səylə öz işlərini davam etdirirlər.
- Təbliğat-təşviqat prosesinə başlamağa az müddət qalır. Bu məsələ ilə bağlı vəziyyət nə yerdədir? Şüarların, plakatların hazırlanması məsələsində nə yenilik var?
- Seçki şüarımız BAXCP-nin son qurultayında elan olunub. Seçkilərə «4-cü respublika» şüarı ilə gedirik. Bu şüar özündə geniş məfhumu ifadə edir. Bu, siyasi islahatlar, cəmiyyətin müasirləşməsi və digər məsələlərlə bağlıdır. Təbii ki, ötən seçkilərdəki kimi Qarabağ məsələsi də prioritet istiqamətlərmizdən biri olacaq. Qarabağ probeminin həlli ilə bağlı bizim partiyanın mövqeyi bəllidir və hazırlanan sənədlərdə öz əksini tapıb. Namizədimiz qeydə alınandan və təbliğat-təşviqat kampaniyası başlayandan sonra bütün tezislərmizi, cəmiyyətə verəcəyimiz mesajları açıqlayacağıq.
- BAXCP namizədlər arasında əsas rəqib kimi görür?
- BAXCP-nin əsas rəqibi kimi hazırda ölkə başçısı olan İlham Əliyevi görürük. Digər namizədləri isə özümüzə rəqib hesab etmirik. Şübhəsiz ki, belə bir qənaətə gəlməyimizin səbəbləri var. Apardığımız hesablamalar, əldə etdiyimiz məlumatlar bizə öz potensialımızı daha düzgün dəyərləndirmək imkanı verir.
- Milli Şura ətrafıvında baş verən hadisələr barədə məlumatlısınız. Bu qurumun perspektivini necə şərh edirsiniz?
- Milli Şura layihəsi artıq sona çatıb və tarixə çevrilib. Bu layihənin fiaskoya uğraması hamıya bəllidir. Milli Şura ilk dəfə ortaya atılan zamanda da biz, dəfələrlə vurğuladıq ki, bu, kənar qüvvələr tərəfindən hazırlanmış layihədir. BAXCP də zaman zaman buna qarşı çıxıb, cəmiyyətə səslənmişdi ki, əhali gözüaçıq olsun, baş verən prosesləri daha dərindən anlasın. Gedən proseslər sübut etdi ki, biz, mövqeyimizdə yanılmamışıq.
Milli Şura Rusiya tərəfindən yaradılmış bir layihə idi. Özünü millətçi və əsl müxalifətçi adlandıranlar da çox asanlıqla bu tilova düşdülər. Təəssüf ki, belə bir oyuna getdilər. Amma burada onların özlərinin də təmənnaları var idi. Onlar Azərbaycanın dövlətçiliyini, milli maraqlarını qurban vermək naminə belə hakimiyyətə gəlməyə hazırdırlar və atdıqları addımla bunu bir daha sübut etdilər. Ölkənin müstəqilliyi, suverenliyinin təhdid olunması isə onların vecinə belə deyil. Özləri də dəfələrlə bəyan etmişdilər ki, hakimiyyəti yıxmaq üçün şeytanla da əməkdaşlıq edə bilərlər. Atdıqları addımlarla dediklərini sübut etdilər. Sonda bəlli oldu ki, onlar sadəlövhcəsinə aldadılıblar və «Milli Şura» tələsinə düşüblər. Onlar hətta vahid namizəd kimi israrla tələb etdikləri şəxsin şanslarını belə layiqincə qiymətləndirməmişdilər. Onun ikili vətəndaşlığını, başqa ölkələr qarşısında öhdəliklərini belə düzgün müəyyənləşdirməmişdilər. Belə bir insanın başqa dövlətin göstərişi ilə qurduğu tora, özünü peşəkar siyasətçi hesab edənlər çox rahat şəkildə düşdülər. İndi də pat vəziyyətində qalıblar. Nə irəli addım ata bilirlər, nə də geriyə. Son narazılıqlar da bunu bir daha təsdiqləyir. Hərc mərclik davam edir, ağız deyəni qulaq eşitmir. Bu təfəkkürlə dövləti idarə etmək olar? Daha öncə də qeyd etdiyim kimi, Milli Şuranın iflası qaçılmaz idi. Bir sözlə qatar artıq gedib…

Əli


Paylaş



Bölmə: Müsahibə / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!