Milli Məclisin komitəsində almanlarla görüş keçirilib .....                        Göygöldə qəza - Ölən var .....                        Əfqanıstanda yenidən güclü zəlzələ .....                        CHP-nin İstanbul qurultayının nəticələri LƏĞV EDİLDİ .....                        Putinlə Zelenski təkbətək görüşə hazır deyillər - Ərdoğan .....                        Laçın aeroportunda buraxılış məntəqəsi yaradılır .....                        Azərbaycanda pul bazası azalıb .....                        “Azərbaycan və Ermənistan sülh prosesində son nöqtəyə çatıblar” - Ərdoğan .....                        Sarayda qayın gəlini qətlə yetirdi - YENİLƏNİB .....                       
Tarix : 21-08-2013, 17:27
BAXCP-dən İrana etiraz


“İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas İraqçının Azərbaycanı mədəni istilada ittiham etməsi, böyük Azərbaycan şairi Nizamini fars şairi kimi təqdim etməsi və mövzunu ölkəmizdə tədris olunan dərsliklərə rəsmi etiraz müstəvisinə çıxarması Tehranın şovinist siyasətdən əl çəkmədiyini bir daha göstərir”

Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Türk dünyası və bütöv Azərbaycan məsələləri üzrə katibi Yaşar Kələntərli partiyanın Mətbuat Xidmətinə açıqlamasında bildirib. Onun sözlərinə görə, İran indiyə qədər Azərbaycanla bağlı məkrli siyasət yürüdüb və tariximizi, mədəniyyətimizi təhrif etməyə çalışıb: "Nizami Gəncəvinin Azərbaycan şairi olmasını bütün dünya qəbul edir, təkcə İran yox! İran və Ermənistan Azərbaycana eyni münasibəti sərgiləyirlər. Hər ikisi tarixən bizə qarşı düşmən mövqeyində olublar. Hecə ki, ermənilər ayrı-ayrı xalqlara məxsus mədəniyyət nümunələrini, tarixi abidələri, dəyərləri, hətta musiqimizi oğurlamaqla, öz adlarına çıxmaqla qondarma erməni mədəniyyəti yaratmağa çalışır, İran da eyni şəkildə Azərbaycanın tarixini, tarixi şəxsiyyətlərini, mədəniyyətini mənimsəməyə çalışır. Bu mənada İrandan gələn bu kimi bəyanatlara nə təəccüblənmək, nə də ciddi əhəmiyyət vermək lazım deyil".
Yaşar Kələntərlinin fikrincə, İran-Azərbaycan münasibətlərinin qaydasında olduğu barədə fikirlər heç də reallığı əks etdirmir: "Bu mövzunun ortaya atılması düşünmürəm ki, sadəcə bir iddiadır. Adətən belə bəyanatlar bir çox hallarda İran-Azərbaycan münasibətlərində digər xoşagəlməz məqamlarla paralellik təşkil edir. Məsələn, ötən gün həm də məlum oldu ki, vitse-admiral Şahin Sultanovun İrana nəzərdə tutulan səfəri baş tutmayacaq. İran tərəfi bunu yeni hökumətin formalaşması prosesilə izah etməyə çalışdı. Amma görünür, daha ciddi məsələlər var və İran bu kimi addımlarla Azərbaycana təzyiq göstərməyə çalışır".


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!