İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 13-02-2026, 14:59
Dərsdən kənarda formalaşan şəxsiyyətlər

Məktəbin görünməyən gücü:

Dərsdən kənarda

formalaşan şəxsiyyətlər


Məktəbdə hər şey dərs zamanı ilə ölçülmür. Bəzən şagirdin potensialı qiymət cədvəllərində yox, dərsdən sonrakı saatlarda üzə çıxır. Sinifdə arxa partada sakit oturan bir uşaq səhnədə özünü inamla ifadə edə, idman meydanında komandanı arxasınca apara, sosial layihədə məsuliyyət götürə bilər. Məhz bu anlarda biz şagirdi fərqli tərəfdən tanımağa başlayırıq.
Bu gün “məktəbdənkənar fəaliyyətlər” dediyimiz anlayış əslində daha geniş məna daşıyır. Bu, sadəcə dərnək və məşğələ deyil. Bu, sinifdənkənar inkişaf və özünüifadə mühitidir. İdmanla yanaşı incəsənət, musiqi, teatr və natiqlik klubları, elmi-tədqiqat və texnologiya yönümlü layihələr, sosial və ekoloji təşəbbüslər, intellektual oyunlar, icma ilə əməkdaşlıq proqramları– bütün bunlar şagirdin fərqli bacarıqlarını üzə çıxaran sahələrdir. Bu mühitlərdə uşaq yalnız öyrənmir, özünü tanıyır. Ünsiyyət qurmağı, komandada işləməyi, məsuliyyət daşımağı, liderlik etməyi, fikrini ifadə etməyi öyrənir. Bunlar nə testlə ölçülür, nə də bir dərsin içində tam formalaşır, amma həyat üçün ən vacib bacarıqlar məhz bunlardır.
Şagirdyönümlü yanaşma burada öz mahiyyətini göstərir. Hər uşaq eyni sahədə uğurlu ola bilməz, lakin hər uşağın güclü olduğu bir istiqamət vardır. Məktəbin vəzifəsi bu istiqamətləri təyin etmək, şagirdə seçim imkanı yaratmaqdır. Uşaq maraq göstərdiyi sahədə iştirak etdikdə, həmin fəaliyyət onun üçün məcburiyyət yox, inkişaf fürsətinə çevrilir. Bu prosesdə valideynlərin rolu isə çox vaxt yetərincə vurğulanmır. Valideynlər bəzən məktdənkənar inkişafı düzgün qiymətləndirmir, diqqəti yalnız akademik nəticələrə yönəldirlər. Halbuki bu fəaliyyətlər uşağın şəxsiyyət kimi formalaşmasının əsas mərhələlərindən biridir. Valideyn uşağın marağını görməli, onu dinləməli və bu seçimə hörmət etməlidir. Uşağı yalnız “faydalı görünən” sahələrə deyil, özünü rahat hiss etdiyi istiqamətlərə yönəltmək uzunmüddətli inkişaf üçün daha sağlam yanaşmadır. Təhsil müəssisələri və valideynlər bu məsələdə ayrı-ayrı tərəflər deyil. Müəssisə imkan yaradırsa, valideyn təşviq etməli, məktəb müşahidə edirsə, valideyn dəstəkləməlidir. Bu əməkdaşlıq olduqda şagird özünü tək hiss etmir, seçimini daha cəsarətlə edir.
Məktəbdənkənar inkişaf mühitinin gücü ondadır ki, burada uşaq səhv etməkdən qorxmur, çəkinmir. Burada o, nəticəyə yox, prosesə fokuslanır. Məhz bu proses onun özgüvənini artırır, məktəblə münasibətini möhkəmləndirir və gələcək seçimlərinə işıq tutur.
Bu gün məktəbin gücü yalnız akademik göstəricilərlə ölçülmür. Məktəbin gücü şagirdin sinifdən kənarda da inkişaf edə bilməsi, valideynin bu inkişafı anlaması və dəstəkləməsi ilə ölçülür.
Unutmayaq ki, şagirdi müstəqil şəxs kimi bir bütöv olaraq görən ailə və məktəb, cəmiyyət üçün daha faydalı, hazırlıqlı fərdlər yetişdirir.

Günay Qurbanova,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri


Paylaş



Bölmə: Maarif / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!