Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür .....                        Putin İran prezidenti ilə bu məsələləri müzakirə edib .....                        Binəqədidə yol hərəkətində dəyişiklik edildi - Yeni işıqforlar quraşdırıldı .....                        Pezeşkian etirazçıların tələbləri ilə razılaşıb .....                        Türkiyə sənayesinin uğuru: NATO-ya texnologiya ixrac edir .....                        Tovuzda iki maşın toqquşdu - Yaralanan var .....                        Bakıda iki küçədə nəqliyyat infrastrukturu təkmilləşdirildi .....                        “Azərenerji” elektrik xəttinə 24,6 milyon ayırdı .....                        Həbsdə olan sabiq icra başçısı AZADLIĞA ÇIXDI .....                       
Tarix : Bu gün, 18:40
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür


Milli həmrəylik Azərbaycan

xalqının ən böyük gücüdür


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli birlik ideyasını, dövlətçilik şüurunu və azərbaycançılıq məfkurəsini təcəssüm etdirən ən mühüm bayramlardan biri kimi tarixə düşüb. Bu günün dövlət bayramı kimi qeyd olunması xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olmaqla yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün vahid Vətən olduğunu təsdiqləyən mühüm siyasi və ideoloji hadisədir. Qədim və zəngin tarixə malik Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini ifadə edən bu əlamətdar gün hər bir azərbaycanlı üçün inam, ümid və qürur mənbəyidir.
Ümummilli Lider Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü milli şüurun yüksəlişi və xalqın ideoloji birliyinin rəmzi kimi dəyərləndirərək vurğulayırdı ki, dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlı yaşasa da, onların milli-mənəvi varlığını qoruyan və yaşadan yeganə dövlət müstəqil, suveren Azərbaycan Respublikasıdır. Məhz Azərbaycan dövlətçiliyinə sədaqət, ana dilinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri prinsiplərə hörmət dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını təşkil edir.
31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci il dekabrın 16-da onun sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında bu tarixin bayram günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Daha sonra Azərbaycan Respublikasının Ali Soveti bu təşəbbüsü dəstəkləyərək 31 dekabrı rəsmi bayram günü elan edib. Beləliklə, bu tarix təkcə təqvim bayramı deyil, bütün dünya azərbaycanlılarını bir amal ətrafında birləşdirən milli ideya gününə çevrilib.
Həmrəylik Gününün tarixi kökləri Sovet imperiyasının süqutu dövrünə təsadüf edir. Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədlərə doğru yürüşü, süni maneələrin aradan qaldırılması cəhdləri xalqımızın bir millət olduğunu bütün dünyaya nümayiş etdirdi. Uzun illər bir-birindən ayrı düşmüş soydaşlarımızın birləşmək arzusu milli şüurun oyanışının parlaq nümunəsi idi. Bu hadisələr həmrəylik ideyasını real tarixi fakt kimi möhkəmləndirdi və Azərbaycan xalqının bütövlüyə can atdığını bir daha sübut etdi.
Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu və təşkilatçısı olan Ulu Öndər Heydər Əliyev bu prosesi daim diqqət mərkəzində saxlayıb. Xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlər keçirərək onların problem və qayğıları ilə yaxından maraqlanıb, diaspor təşkilatlarının daha sıx və məqsədyönlü fəaliyyət göstərməsi üçün dəyərli tövsiyələr verib. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı milli qürur rəmzinə çevrilərək bu gün də hər bir azərbaycanlının mənəvi dayağıdır.
Prezident İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi bu siyasi xətti uğurla davam etdirərək diaspor quruculuğunu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, müstəqil Azərbaycan bütün azərbaycanlıların Vətənidir və harada yaşamalarından asılı olmayaraq hər bir soydaşımız güclü Azərbaycan dövlətinə arxalana bilər. Prezident İlham Əliyevin xarici səfərləri zamanı diaspor nümayəndələri ilə keçirdiyi görüşlər, onların fəaliyyətinə verdiyi dəstək dünya azərbaycanlılarının milli ruhunun yüksəlməsində mühüm rol oynayır.
Bu gün dünya üzrə on milyonlarla azərbaycanlı yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edir, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. Diaspor təşkilatları erməni lobbi dairələrinin ideoloji təxribatlarına qarşı mübarizədə, eləcə də Azərbaycan mədəniyyətinin, tarixinin və milli dəyərlərinin tanıdılmasında qətiyyət nümayiş etdirirlər. Diaspor quruculuğu sahəsində həyata keçirilən dövlət siyasəti nəticəsində dünyanın müxtəlif ölkələrində yüzlərlə Azərbaycan icması, koordinasiya şuraları və Azərbaycan evləri fəaliyyət göstərir.
Xüsusilə Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının nümayiş etdirdiyi misilsiz birlik və həmrəylik bu bayramın mahiyyətini daha da gücləndirdi. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün səylərini birləşdirdilər, müxtəlif ölkələrdə etiraz aksiyaları və informasiya kampaniyaları keçirdilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Dəmir yumruq” təkcə hərbi Qələbənin deyil, eyni zamanda Azərbaycan xalqının və dünya azərbaycanlılarının sarsılmaz birliyinin rəmzinə çevrildi.
2022-ci ildə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı isə bu həmrəyliyin tarixi zirvəsi oldu. Azad Qarabağda, azad Şuşada təşkil olunan qurultay müstəqil Azərbaycanın qalib dövlət kimi dünya azərbaycanlıları üçün əsas cazibə mərkəzinə çevrildiyini bir daha nümayiş etdirdi. Qurultayda qəbul olunan müraciət və qətnamələr dünya azərbaycanlılarının vahid mövqeyini və milli iradəsini ifadə etdi.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təkcə qlobal miqyasda deyil, ölkə daxilində də milli birliyin, sosial həmrəyliyin və vətənpərvərliyin təcəssümü kimi qeyd olunur. Ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın bizə əmanət qoyub getdiyi övladlara xüsusi diqqət və qayğı göstərilir. Dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılması rayonumuzda daim diqqət mərkəzində saxlanılır.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, vətənə bağlılıq, dövlətçilik iradəsi və gələcəyə inam ideyalarını özündə birləşdirərək həm ölkə daxilində, həm də dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız üçün ümummilli mənəvi dəyər kimi qeyd olunur. Bu bayram Azərbaycan xalqının keçmişini, bu gününü və gələcəyini birləşdirən, milli kimliyimizi və müstəqil dövlətçilik iradəmizi bütün dünyaya nümayiş etdirən əlamətdar gündür.

Malik Məmmədov
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər İƏD üzrə nümayəndəsi


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!