TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 12-01-2026, 13:49
Loğmanoğlu yaradıcılığının   fəlsəfi çalarları

Loğmanoğlu

yaradıcılığının

fəlsəfi çalarları


Azərbaycan poeziyasında müəllim-şair kimi tanınan Vidadi Loğmanoğlu öz yaradıcılığı ilə oxucunu yalnız duyğulandırmır, eyni zamanda düşündürür. Onun şeirlərində fəlsəfi çalarlar açıq şəkildə nəzəri fikirlər kimi deyil, həyatın özündən doğan suallar və müşahidələr vasitəsilə ifadə olunur. Şair insan, zaman, vicdan və milli kimlik kimi anlayışlara dərin mənalar yükləyərək poeziyanı düşüncə müstəvisinə qaldırır.
Vidadi Loğmanoğlunun yaradıcılığında insan və zaman münasibəti əsas mövzulardandır. Zaman şair üçün sadəcə keçən illər deyil, insanın daxili aləmini sınağa çəkən bir qüvvədir. O, insan ömrünün faniliyini xatırladaraq oxucunu həyatın mənası üzərində düşünməyə vadar edir. Bu baxımdan onun şeirlərində ekzistensial fəlsəfəyə xas olan “insan niyə yaşayır?” və “ömrün dəyəri nə ilə ölçülür?” kimi suallar hiss olunur.
Şairin fəlsəfi dünyagörüşündə vicdan anlayışı mühüm yer tutur. O, insanın sözünə, əməlinə və mövqeyinə görə məsuliyyət daşıdığını vurğulayır. Loğmanoğlu üçün susmaq da bəzən yanlış seçim ola bilər. Bu yanaşma onun yaradıcılığında etik fəlsəfənin – insanın mənəvi borcunun ön planda olduğunu göstərir. Şair oxucunu biganə qalmamağa, haqq və ədalət tərəfdə durmağa çağırır.
Vidadi Loğmanoğlunun poeziyasında milli kimlik mövzusu da fəlsəfi məzmun daşıyır. Vətən onun üçün yalnız torpaq deyil, yaddaş, tarix və mənəvi varlıqdır. Şair fərdi “mən”lə milli “biz”i birləşdirərək göstərir ki, insan kökündən, xalqından uzaq düşəndə mənəvi boşluq yaşayır. Bu düşüncə onun şeirlərində milli varlığın qorunmasının fəlsəfi əsasını təşkil edir.
Şair söz və sükut arasında da fəlsəfi tarazlıq yaradır. O, sözün gücünə inansa da, bəzən deyilməyən fikirlərin daha ağır məna daşıdığını göstərir. Bu xüsusiyyət Şərq poeziyasına xas olan sükut fəlsəfəsi ilə səsləşir və Loğmanoğlunun yaradıcılığına dərinlik qatır.
Nəticə etibarilə, Vidadi Loğmanoğlunun yaradıcılığı fəlsəfi baxımdan zəngin və çoxqatlıdır. Onun şeirləri oxucuya hazır cavablar vermir, əksinə insanı düşünməyə, öz daxili aləminə nəzər salmağa çağırır. Məhz bu xüsusiyyət onun poeziyasını yalnız ədəbi deyil, eyni zamanda fəlsəfi dəyərə malik edir.

Elman RÜSTƏMOV,

yazıçı-publisist


İndi isə Vidadi Loğmanoğlunun bir neçə yeni şeirini oxucularımızın ixtiyarına veririk:
Bayırda vaxtsız qar yağır!

Bayırda vaxtsız qar yağır!
Kiminin başına,
Kiminin papağına,
Kiminsə bayaqdan
Boyadımış kababına,
Kiminin qazanına, aşına...

Bayırda vaxtsız qar yağır..
Kiminin onsuz da
Yoxluqdan, kövrəklikdən
Üşüyən dözümünə,
Üşüyən içinə...

Bayırda vaxtsız qar yağır...
Kiminsə hələ
Alaram deyə
Daşınıb-düşündüyü
İntəhasız fikrinə,
Ümidsiz ümidinə...

Bayırda vaxtsız qar yağır...
Mənimsə çoxdan
Ayrılıqlardan və tənhalıqdan
Buz bağlayan ruhuma,
İzimə, cığırıma.

Yazıqlaşan bu dilim

Bəlkə ana laylasın
Dinləməyib gənc nəsil.
Zamanın günahımı,
Yoxsa mənim günahım.
Heç əcnəbi dilində
Layla demək olurmu?
Oxşayıb körpəsini
Ovutmaq, dilə tutmaq.
Uyuyub birgə yatmaq,
Olmasa heç olurmu?
Nə var mənim başımda!?
Bəlkə də bilmirlər heç
Bayatı nə, ağı nə,
Dərdimi söyləməyə,
Bir şıkayət deməyə,
Ötən qəmli günümü
Dünənimnən gətirib,
Bu günümə verəndi.
Köklənib cəngi üstə,
Hər döyüş meydanında
Bir gəraylı deyəndi.
Düşmənə hərb öyrədən,
Hər döyüşdən bir zəfər
Alıb geri dönəndi.
Bir qoşma söyləyəndi
Yazıqlaşan bu dilim.
Mənim nəğməkar dilim.

Məmməd Araz! Belə dünya düzəlməz.

Məmməd Araza ithaf olunur


Çox söz açdın torpağından daşından,
Nələr çəkmiş bu dunyanın başından,
İncimisən başbilənlər başından
Məmməd Araz! Belə dünya düzəlməz.

Çox satqının düşmənindən hay alıb,
Çox biqeyrət çox ismətli yar alıb,
Nanəcib də özünə bir ər alıb,
Məmməd Araz! Belə dünya düzəlməz.

Nahaqlar dünyanı bürüyən zaman,
Haqq da öz içində əriyən zaman,
Bu dünya neyləsin, neyləsin zaman,
Məmməd Araz! Belə dünya düzəlməz.

Yaranışdan dünya həmən dünyadı,
Çox sitəmə sinə gərən dünyadı,
Sən əydiyin, mən əydiyim dünyadı
Məmməd Araz! Belə dünya düzəlməz.

Söylədin, sözündən söz götürən az,
Odundan, közündən qor götürən az,
Sorma Vidadidən, Məmməd özün yaz,
Məmməd Araz! Belə dünya düzəlməz.


Paylaş



Bölmə: Ədəbiyyat / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!