Zelenski: Rusiya və Belarusdan başqa hər yerdə görüşə hazırıq .....                        "Real Madrid" Avropa Superliqasından çıxıb .....                        İrana hücum üçün hər şey hazırdır – XƏRİTƏ YAYILDI .....                        Paşinyan iş adamlarına müraciət etdi: Azərbaycandan keçən yol açıqdır! .....                        Audiovizual Şuranın iclası keçirilib, iki yeni lisenziya verilib .....                        Nazirliklərdə bu sahədə yeni müavin ayrılsın - Prezident .....                        Türkiyə parlamentində dava - Deputat xəsarət aldı .....                        Paşinyan Qazax-İcevan yolu ilə bağlı suala cavab verdi .....                        Məktəblərin tədris proqramına dəyişikliklər edilməlidir - İlham Əliyev .....                       
Tarix : Dünən, 23:42
İlqar Kamil şəhid Murad Nağıyevə həsr etdiyi kitabını təqdim edib


İlqar Kamil şəhid Murad Nağıyevə həsr etdiyi kitabını təqdim edib

Azərbaycan Milli Kitabxanasında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə yazıçı İlqar Kamilin “9-cu mərtəbə” adlı sənədli romanının təqdimatı keçirilib. Qeyd edək ki, roman 44-günlük Vətən müharibəsi şəhidi, tank komandiri, leytenant Murad Nağıyevin həyatı, döyüş yolu və məktubları əsasında qələmə alınıb.

Tədbir torpaqlarımızın müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Murad Nağıyevin həyatı, hərbi təhsili, döyüş yolu və vətən müharibəsində göstərdiyi şücaətlər haqqında məlumat verilib. Çıxışlarda Muradın həm cəsur zabit, həm də həssas qəlbli, istedadlı bir insan, şair olduğu xüsusi vurğulanıb.
Təqdimatda kitabın müəllifi yazıçı İlqar Kamil, şəhidin qardaşı Orxan Nağıyev, Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn, “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova və Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvü Əli Zeynallı çıxış edərək kitabdan Murad Nağıyevin məktublarını səsləndiriblər. Onu da deyək ki, bu məktublar şəhidin Vətənə, anasına, dostuna, sevdiyinə və şəhidlik zirvəsinə həsr olunub.
Çıxışlarda həmçinin Muradın qəhrəmanlığı, özünəməxsus xarakteri və şeirləri haqqında fikirlər səsləndirilib. Müəllifin əsərdə Muradın həyatı və şəxsiyyətinə səmimi yanaşması xüsusi qeyd olunub.

Tədbirdə şəhidimizə həsr edilmiş videoçarx da nümayiş etdirilib.
Yazıçılar Birliyinin katibi, yazıçı, tərcüməçi Səlim Babullaoğlu və professor İlham Pirməmmədov da kitab haqqında düşüncələrini paylaşıblar. Onlar şəhidimizin vətənpərvərlik ruhunu və ədəbi irsini gənclərə çatdırmağın əhəmiyyətini vurğulayıblar.

3 saylı UGİM-in “Çiçəyim” uşaq teatrının və “Azəri inciləri” vokal qrupunun gənc istedadları şeir və musiqi nömrələri ilə tədbirdə iştirak ediblər. Sonda Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova şəhid Murad Nağıyevin ailə üzvləri, şəhid ailələri və tədbirdə iştirak edən digər qonaqlara göstərdikləri diqqət və iştiraka görə minnətdarlığını bildirib.
Sonra müəllif oxucular üçün kitabını imzalayıb.

Mina RƏŞİD


Paylaş



Bölmə: Şəhidlər / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!